Modern.az

Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib - FOTO

Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib - FOTO

21 Oktyabr 2019, 18:19

Moskvadakı “Metrovaqonmaş” Səhmdar Cəmiyyətində (SC) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə “Metrovaqonmaş” SC-nin daxil olduğu “Transmaşholdinq” SC-nin direktor müavini Atyom Ledeneyev, “Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Mərasimdə bildirilib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə ulu öndər Heydər Əliyevin tapşırığı ilə zavodun ərazisində ümumi sahəsi 15,8 min kvadratmetr olan vaqon istehsalı korpusu tikilib istismara verilib. Hazırda burada metro vaqonlarının istehsalına dair müasir sexlər fəaliyyət göstərir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu