Arxiv
26 Oktyabr 2019, 10:16 | ƏDƏBİYYAT
Adıqara

Rafiq Həsənov,
veteran jurnalist


Onunla həm qonşuyam, həm də ötənlərdə eyni müəssisədə çalışmışıq. Bir vaxtlar illərlə ona-buna yalvardı, dil tökdü. Haralara nələrsə boyun aldı, dəridən-qabıqdan çıxdı ki, onun Kommunist Partiyasına üzv olmasına kömək göstərilsin. Birini zinhar edirdi ki, ona zəmanət versin, digərinə qılıqlanırdı ki, guya Sov.İKP Proqram və Nizamnaməsini ondan yaxşı bilən, bu partiyanın taktika və strategiyasını ondan ustalıqla həyata keçirən tapılmaz. Yəni ki, həmin bu Adıqara Sov.İKP üzvlüyünə çox layiqli kommunist ola bilər. Əlqərəz, Adıqara Kommunist Partiyasına qəbul olundu.

Bir qədər ötəndən sonra “sədaqətli” kommunist Adıqara hansı yollasa bu partiyanın yerli təşkilatının katibi də “seçildi”. Amma daldada, orda-burda dil-dil ötərək SSRİ-nin kölgəsini qılıncladı:
– Belə də ölkə, belə də quruluş olar? İşçiyə də 100 manat maaş verərlər? Vallah, vaxt gələcək bu ölkənin ərazisini Çin səddi, Berlin divarları kimi hasara alacaqlar ki, onun adamları, qayda-qanunu kənara çıxmasın, digər məmləkətlərə sirayət edilməsin! Çox təhlükəlidir bu dövlət, – deyib boğaz yırtırdı... 

Amma özü ürəyində tutduğu yoldaydı. Təşkilat üzvlərindən topladığı partiya üzvlük haqqı pullarını bank hesabına köçürmək əvəzinə şəxsi işlərinə ata malı kimi xərclədi. Vəziyyət aşkarlananda kommunistlər iclasa toplaşıb onun məsələsini prinsipiallıqla müzakirə etdilər. Xəyanətə, etimadsızlığa görə onu partiya üzvlüyündən, tutduğu vəzifədən kənarlaşdırmaq qərarına gəldilər. Lakin Adıqara heç nəyə məhəl qoymadı, hamının üzünə dirəndi. Nəinki könüllü, heç ümumi partiya iclasında qəbul edilmiş qərarı da saymayıb vəzifədən getmədi. Axırda müəssisənin kommunist olmayan əməkdaşları da yığışıb “Adıqaranın kabineti”nin qapısını mismarladılar.

Ölkədə müxalifətçilik yarananda Xalq Cəbhəsinə qatıldı Adıqara. Hər yerdə, – mən demokratam, Sov.İKP-dən imtina etmişəm, – söylədi. Ona burada da inandılar. Cildini dəyişdi, lakin adamlar arasında intriqa yaratmaq xislətini dəyişmədi, hətta bu əməllərini daha da genişləndirdi. Bax bu fəaliyyəti və canfəşanlığı sayəsində neçə-neçə həmrəy insan bir-birinə düşmən kəsildi.

Elə ki, Adıqaranın çirkin əməlləri faş oldu, bir partiyadan digərinə, bir qruplaşmadan başqa birinə adlamağı özünə peşə seçdi. Bəhanəsi də belə oldu: “Əvvəlki partiyanı bəyənmədiyim filankəs maliyyələşdirir”, “o birində xoşum gəlməyən rəqibim üzvdür”, “yeni daxil olduğum partiyanın xətti ürəyimcə deyil” və sair. Yəni mövsümün dəyişməsiylə, günəşin çıxmasıyla, külək əsməsiylə, yağmurla əlaqədar olaraq qiyafə kimi dondan-dona girdi. Kommunistlər arasına düşəndə özünü “yoldaş”, cəbhəçilərin yanında “bəy”, məclislərdə “müəllim”, rəsmilərə rast gələndə ”cənab” kimi apardı.

Aradabir həyətdə, məhəllədə rastlaşırıq. Dərhal yaşı 70-i ötmüş ləyaqətli bir idarə rəhbərinin adını çəkib gileylənməyə, narazılıq etməyə başlayır: - Bu yaşda da adamdan rəhbər olar? Onu çıxarıb yerinə mənim kimisini təyin eləsinlər də, – deyir. Cavab verib bildirirəm: – Bacarıqla, ədalətlə işləyirsə, xalqa, vətənə fayda verirsə niyə də olmasın? Elə ölkələrin adını sadalayıram ki, Adıqara onları əsl azad, demokratik dövlət adlandırır. Məhz həmin məmləkətlərin bəzilərində dövlət başçılarının sinni nəinki 70-i, hətta 80-i də ötüb. Buna baxmayaraq belə qocaman rəhbərlər dövləti normal idarə edirlər, – deyirəm. Etiraz eləyir: – Yox! Mən onları nəzərdə tutmuram. Ölkə rəhbəri gənc, enerjili olmalıdır! – söyləyir. Vaxt gəldi İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu dəfə Adıqara qabağımı kəsib, – bu yaşda cavandan hökmdar olar? – dedi. Niyə olmaz? – soruşdum, – sözümə davam elədim: - Əvvəla “hökmdar” başqadır, prezident başqa. İkincisi də məgər tarixdən gənc, lap elə yeniyetmə şəxsin dövlət başçısı olmasını oxumamısan? Biri elə lap erkən yaşlarından hakimiyyətə gələn, istedadı və bacarığı ilə Azərbaycan dövlətçiliyi tarixinə şərəf gətirmiş Şah İsmayıl Xətai necədi səninçün? – söylədim.

Bir dəfə Adıqaranı televiziya verilişində gördüm. Odlu-alovlu danışır, kimisə prokuror sayağı ittiham eləyib deyirdi ki, adamın bir sifəti olar. Teleşərhçi onun kimliyindən xəbərdar olduğundan soruşdu:
– Bildiyimə görə siz əvvəllər kompartiyanın və daha bir neçə partiya və qruplaşmanın üzvü olmusunuz. Hazırda hansı ideologiyaya xidmət edirsiniz? “Sədaqətli”, “birsifətli” Adıqara söylədi:
– Mən demokrat adamam, hələ ürəyimcə olan ideyaya xidmət eləyən partiya yoxdur, ona görə hələ heç bir partiyada yoxam!?.

Bir neçə ay bundan öncə Adıqaranı məsciddən qayıdan gördüm. Mollalar sayağı saqqal saxlamışdı, əlində təsbeh vardı. Axund Əhmədi görcək ona yanaşdı. Sağ əlini sinəsinə qoyub təzim elədi, axundla iki əllə görüşdi. Davranışıyla axunda bildirmək istədi ki, mən sizinləyəm. Görünür könlündən “məşədi”, “kərbəlayi” və ya “hacı” adlarını mənimsəmək xülyası keçir. 
Sonrakı gün qarşıma tamam başqa qiyafədə çıxdı: saqqalını taraş elətdirmiş, təzə qara kostyum geymiş, ağ köynəyinin üstündən alabəzək qalstuk bağlamışdı. Uzaqdan səsləndi: Gördün Ukraynada Maydandakılar neynədilər? Kreşşatiki də tutdular. İrəli, ukraynalılar sayaq! Avropa Birliyinə! Avrointeqrasiyaya doğru! –deyib qəribə avazda car çəkdi...

Hər işdən narazı Adıqara qışda soyuqdan, yayda istidən şikayətçi, gileylidir. Yel əsəndə küləyi lənətləyir, yağış, qar olanda göy üzünü qarğıyır. Qarşısına tanış-bilişdən kimsə rast gəlsə güzarandan, sağlamlığından elə söhbət açır, deyirsən o, sağlamlıq durumu cəhətdən dünyanın ən nasaz, talesiz kimsəsidir. Dilinə xoş söz gətirməz. Biri desə ki, gül dərəndə barmağıma tikanı batıb, onun sözünü ağzında kəsər: – Ə, sən yaxşısan, mənim ayağımı balta kəsib, – deyər. Ürəyimdən keçir ki, bu “bəxti qara” Adıqaranın dilini xeyir sözə öyrədim, ağzından bir kərə xoş söz eşidim. O səbəbdən söyləyəcəm: – Barmağım bala batıb! Görən bunun müqabilində deyər ki, ağzım bala batıb? Düşünürəm, belə desə söyləmələri də şirin, xoşniyyət olar!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23 Şagirdləri “Bakı Metropoliteni”nə apardılar - FOTOLAR 17 Noyabr 2019, 11:05 Siyasətin Əliləri... - Həsənovlardan Kərimliyədək... 17 Noyabr 2019, 10:56 Akademik Əhliman Əmiraslanovun doğum günüdür 17 Noyabr 2019, 10:51 Nənə və 4 nəvəsi dəm qazından boğulub öldü 17 Noyabr 2019, 10:39 Qol.az saytı 11 yaşına çatdı 17 Noyabr 2019, 10:28 Belarusda parlament seçkisi keçirilir 17 Noyabr 2019, 10:22