Arxiv
28 Oktyabr 2019, 14:42 | MEDİA
Jurnalistlər Pozneri çətin duruma salan azərbaycanlı qızdan DANIŞDILAR: “Özümüz özümüzün düşməniyik”

ABŞ-ın Kaliforniya ştatında məşhur rusiyalı telejurnalist Vladimir Pozneri susduran azərbaycanlı tələbə Arzu Məmmədovanın çıxışı mediada, sosial şəbəkələrdə səs-küyə səbəb olub. Pozneri təftiş edən məlum çıxışında Arzu özünün də Dağlıq Qarabağdan olduğunu söyləyib, ermənilərlə azərbaycanlıların vaxtilə bir yerdə yaşadığını diqqətə çatdırıb. O, Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu qeyd edərək, Poznerə bu sualı ünvanlayıb: 

"Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrı-seçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?".

Vladimir Pozner A. Məmmədovanın sualları qarşısında aciz qalaraq "Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir", replikasını verib. A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan Respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.


Gənc qızın bu addımı sosial şəbəkələrdə və mətbuatda müzakirə olunub, azərbaycanlı jurnalistlərin xarici ölkələrdə aktivliyi məsələsini gündəmə gətirib.

Tələbənin Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışması qarşısında “Jurnalistlər hansı işi görürlər” sualı səsləndirilib. Belə görünür ki, əksəriyyət xüsusilə xaricdə yaşayan jurnalistlərin Qarabağ məsələsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində fəaliyyətindən narazıdır. 


Bu barədə Modern.az-a danışan telejurnalist, professor Qulu Məhərrəmli söyləyib ki, Arzu Məmmədovanın həmin görüşdə addımı situasiya ilə bağlı məsələdir. Jurnalist düşünür ki, azərbaycanlı tələbə həmin situasiyada çox layiqli və ləyaqətli davranıb:


“Onun auditoriyadakılara gerçəkliyi çatdıra bilməsi çox müsbət addımdır. Bu, o deməkdir ki, bizim həqiqətən hazırlıqlı gənclərimiz var, onlar yeri gələndə öz mövqelərini bildirə bilirlər.

Amma bu hadisəni bir jurnalistlə müzakirə etmək yanlışdır. Bundan istifadə edib, xaricdə o cümlədən Azərbaycanda fəaliyyət göstərən jurnalistləri aşağılamaq, irad tutmaq, belə müqayisə aparmaq doğru deyil. Belə situasiyalarda hazırlıqlı olmaq zərurəti bütün vətəndaşlara aiddir. Jurnalistin isə hazırlığı daha yüksək səviyyədə olmalıdır. Belə nümunəvi jurnalistlərimiz var ki, çəkinmədən rəsmilərə suallar ünvanlaya bilirlər. Halbuki, nəyə görədirsə, onlar çox görünmürlər. Ya onların təmsil etdikləri mətbuat qurumlarının azadlığı məhduddur, yaxud da müxbirlərin özləri üçün müəyyən çərçivələr müəyyənləşdirirlər. Belə olanda onların xaricdəki fəaliyyəti də görünmür. Amma istənilən halda, fəaliyyətdə aktiv olan jurnalistlərin peşəkarlığını şübhə altına almaq doğru deyil”.


“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev düşünür ki, Arzu Məmmədova ilə qürur duymaq, onun fədakarlığını həm sosial platformalarda, həm internet resurslarda, həm bütün növ informasiya alətlərində manşetə daşımaq lazımdır:


“Mən bu barədə status da yazdım. Hətta vurğuladım ki, qoy gənclərimiz ürəkli olsun, bu kimi tədbirlərdə Azərbaycanın haqlı mövqeyini qorumaqda tərəddüd etməsinlər.
“Jurnalistlərimiz onlardan nümunə götürməlidirlər” kimi yanaşmaları isə ədalətli hesab etmirəm. Bildiyiniz kimi, Azərbaycan jurnalistləri zaman-zaman bu kimi auditoriyalarda kifayət qədər aktiv olub, hətta bəziləri verdikləri suallara görə işlərindən belə olublar. Bu nöqteyi-nəzərdən Azərbaycan juranlistlərinin belə məsələlərdə passiv olduqlarını iddia etmək doğru yanaşma deyil. Əksinə, hesab edirəm ki, Arzu Məmmədova da məhz o jurnalistlərimizin cəsarətindən nümunə götürüb. Düşünürəm ki, ölkədən kənarda yaşayan hər bir Azərbaycan gənci peşəsindən və fəaliyyətinən aslı olmayaraq məlum auditoriyalarda həm də jurnalist olmalıdır. Necə ki, Arzu Məmmədova olduğu məkanda həm də bir jurnalist kimi Azərbaycanın maraqlarını müdafiə edən sual verdi. Məlum olduğu kimi, Azərbaycan jurnalistlərinin bütün beynəlxalq auditoriyalarda iştirakı müxtəlif səbəblərdən mümkünsüzdür. Belə məqamlarda Arzu Məmmədova kimi gənclərimizin onları əvəz etməsi gözəl nümunədir”.


Müstəqil jurnalist Azər Rəşidoğlu deyir ki, Azərbaycanda kifayət qədər istedadlı jurnalist və ictimai fəal var. Ermənilərlə ideoloji savaşda bizim potensialımız daha güclüdür:

“Sadəcə, biz özümüz özümüzün düşməniyik. Ermənilər milli məsələdə birləşə bilir, biz isə birləşə bilmirik. Yüzlərlə insan var ki, savadı ilə düşməni susdura bilər. Onlara yardım etmək əvəzinə mane oluruq”.


A.Rəşidğlunun fikrincə, bu mövqeyi dəyişməyimizə ehtiyac yoxdur:

“Dəyişmək lazım deyil. Müsbət addım atanı nümunə götürməliyik, lakin onu ilahiləşdirməməliyik. Bu gənc qıza da bu qədər qısqanc yanaşmağa dəyməz. Cəsarətli və ağıllı qızdır. Ona kömək etməliyik”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47 II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi - FOTOLAR 14 Noyabr 2019, 23:30 Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı 14 Noyabr 2019, 23:14 Parlamentin binası qarşısında çadırlar qurulur 14 Noyabr 2019, 22:59 Bakıda ata və oğlu bıçaqlandı 14 Noyabr 2019, 22:46 İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu 14 Noyabr 2019, 22:28 3552 məhbus əfv edildi 14 Noyabr 2019, 22:13 Xarici İşlər Nazirliyi azərbaycanlıların Almaniyada həbsi barədə... 14 Noyabr 2019, 21:53 Məktəbdə silahlı insident 14 Noyabr 2019, 21:41 Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib 14 Noyabr 2019, 21:24 Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 "Qardaşım çirkin oyunun iştirakçısı deyil" - Şahbaz Xuduoğlu 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgəsində məktəblilər üçün təlimlər keçiriləcək - FOTO 14 Noyabr 2019, 17:46