Arxiv
31 Oktyabr 2019, 09:25 | HADİSƏ
Dəm qazından niyə boğuluruq? - SƏBƏBLƏR

Havalar soyuduqca insanların təbii qazdan istifadəsinə təlabatı da artır. Ancaq bu təlabat özü ilə bəzən ölüm də gətirir. Ölkədə dəm qazından zəhərlənmə və ölüm halları getdikcə çoxalır. İnsanlar dəm qazı təhlükəsindən necə xəbərdar olmalıdırlar? Nələri bilməlidirlər?

 

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Modern.az-a bildirib ki, dəm qazı ilə bağlı məsələlərlə “Azəriqaz” məşğul olmur.

“Ancaq deyə bilərik ki, dəm qazının yaranmasına səbəb, istifadə olunan məişət cihazlarındakı nasazlıq səbəb olur. “Azəriqaz”a hər hansı bir hadisəylə bağlı  məlumat daxil olursa, dərhal mütəxəssislər və əməkdaşlar hadisə yerində olurlar. Fəsadın böyüməməsi üçün, hadisə baş verən ərazinin qaz təchizatı dayandırılır. Bizim üzərimizə bu iş düşür. Əlbəttə ki, dəm qazı əsasən hamamda baş verir. Vanna otağının içəri və çölə açılması məsələsi də var. Dəliklərin olub-olmaması məsələsinə də “Azəriqaz” ümumi rəy verir. Ancaq nəzarət məsələsi biz tərəfdən həyata keçirilmir”.

 

Ceyhun Səfərov qazın keyfiyyəti məsələsi ilə bağlı narahatlığa da münasibət bildirib. Onun sözlərinə görə, keyfiyyət məsələsini kimyaçılar daha yaxşı bilər:

“Hətta bu yaxınlarda belə bir xəbər yayılmışdı ki, qazın tərkibinə zəhərli maddələr qatılır. Yalnış verilmiş bir informasiyadır. Əgər qazın tərkibinə zəhər qatılıbsa, onda gərək hər kəs zəhərlənsin və ölsün. Bu zəhərlənmə halları da tək-tək hallarda baş verir. Görünür vətəndaş bu kimi məsələlərdə məlumatsızdır. Vanna otaqları qapalı olur, heç bir dəlik açılmır. Tüstü bacaları vaxtında təmizlənmir. Nəticədə baca dolur, içəriyə zəhərli hava daxil olur, vətəndaş hiss etmədən zəhərlənir”.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu kimi məsələlərin kökünü qanunvericilik bazasında axtarıb tapmağı daha məqbul hesab edir:

“Əhali ilə SOCAR arasında bağlanan müqavilələrdə təchizatçı öz üzərinə heç bir öhdəlik götürmür. Abonent isə öhdəlik götürərək vaxtında ödəniş edir. Nəticədə ölüm hadisəsi baş verəndə təchizatçı özünü günahsız hesab edir. Hansı ki, SOCAR-ın əməkdaşları qaz işçiləri ilə gəlib, həmin əraziyə gedən qaz təchizatını ya kəsir, ya da qaynaq edir. Vətəndaşa isə heç bir xəbərdarlıq edilmir. Düşünürəm ki, müqavilə şərtləri dəyişdirilməlidir.Təchizatçının üzərinə müəyyən öhdəliklər qoyulmalıdır. Qazın keyfiyyətli və yaxud təzyiqinin normada olması məsələsinə ciddi nəzarət edilməlidir. Ancaq təəssüf ki, bu kimi əsas məsələlər o müqavilədə yoxdur ”.


Eyyub Hüseynov dəm qazı zəhərlənmələrinin artması məsələsini isə əhalinin bu sahədə yetəri qədər məlumatının az olması ilə əlaqələndirib:

“Demək olar ki, bununla bağlı maarifləndirici tədbirlər həyata keçirilmir. Əksər hallarda günahı qaz sobalarında, xüsusilə də İrandan gələn sobalarda görürlər. Əslində İrandan gələn sobalar standartlara uyğundur. Sadəcə, ölkənin bəzi bölgələrində qaz təzyiqi aşağı olur. Bu sobalarda da qaz yaxşı yanmadığından, ondakı dəliyi genişləndirirlər və nəticədə standartdan kənara çıxılır, qaz axını baş verir. Hamamlarda isə su qızdırıcılarında böyük problem var. Əhali bilməlidir ki, çöldə bərk külək əsirsə, deməli onun qazdan boğulma ehtimalı riski daha da böyük olur. Hamamdan çıxan boru, küləyə qarşı olur, boruya daxil olan hava isə birbaşa içəriyə daxil olur. Hər kəs elə bilir ki, boğulma halı tədricən baş verir. Xeyr əksinə, boğulma anı qəfildən baş verir, nəticədə insan huşunu itirir və yıxılır. Qaz evin içərisinə daxil olan və hər kəslə eyni süfrədə əyləşən bir əcəldir. O həm çox qiymətli bir məleykədir, insanı kolori ilə təmin edir. Həm də insanın canını alan bir əzrayıldır. Qaz körpə uşaq kimi bir şeydir, onu nəzarətsiz qoymaq olmaz”.

 

Fövqaladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə idarəsi, əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş məsləhətçisi Turqay Abbaslı dəm qazı təhlükəsi ilə bağlı bir neçə məlumatı qeyd edib:

“Dəm qazı ölüm təhlükəsi yaradır. Qaz cihazı saz və standartlara uyğun olmalıdır. Cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Ümumiyyətlə, evdə havaçəkən sistem işləməlidir, nəfəslik isə açıq vəziyyətdə olmalıdır. Hamam otağına isə ventilyasiya borusu yerləşdirilməlidir. Qapının aşağı hissəsindən  bir neçə yerdən dəliklər açılmalıdır ki, dəm qazı təhlükəsi yaranarsa, o hava dəliklərdən çıxa bilsin. Ən azı ildə iki dəfə tüstü bacaları təmizlənməlidir. Vətəndaşlar bir şeyi yadda saxlamalıdır ki, dəm qazı iysiz olur, hiss edilməyəcək dərəcədə təhlükəlidir. Zəhərlənmənin ilkin əlamətləri isə  bunlardır: baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və halsızlıq. Dəm qazından zəhərlənmiş insanı dərhal təmiz havaya çıxartmaq lazımdır. Çünki həmin insanı təmiz havaya çıxartmaqla, sanki onu ölümdən xilas etmiş olursunuz. Əgər əynində nəfəsalmasını çətinləşdirəcək geyimlər varsa, dərhal çıxarılmalıdır. Daha sonra təcili tibbi yardımı çağırmaq lazımdır ki, zamanında ilkin tibbi yardımı göstərə bilsin”, - deyə FHN nümayəndəsi bildirib.


“Təmiz Baca” MMC-nin direktoru Toğrul Zeynalov isə qeyd edib ki, mütamadi olaraq, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

 

“Ancaq təəsüf ki, bəzi vətəndaşlarımız bu məsələyə bir az məsuliyyətlə yanaşmırlar. Ən azı bir dəfə təmizlənməsi vacibdir. Bəzi evlər var ki, orda tüstü bacası olmur, istilik sistemi olduğundan havalandırma kanalları olur. Kimsə təmir işi apardığından həmin bu havalandırma kanalını betonlayır. Bu kimi problemlər olanda  dəm qazından zəhərlənmə halları qaçılmaz olur. Bəzən də quş yuva salır, ev sahibi də bundan xəbərsiz olur”.

 

Toğrul Zeynalov tüstü bacalarında təmizlənmə prosesinin necə həyata keçirilməsi ilə bağlı məlumat verib:

“Kəndirin ucuna qurunc bağlanır. Quruncun çəkisi isə hardasa 1 kq-dan 5 kq-a qədər dəyişir. Həmin bu quruncu yuxarıdan, yəni tüstü bacasının içərisinə atırlar. Quruncun arxasınca isə  kirpiyə oxşar dəmir aləti atırlar ki, o da düz üzüaşağı mənzilə düşür. Mənzildən həmin aləti dartırlar,  əgər bacada nə ilişib qalıbsa, həmin dəqiqə o kirpiyə oxşar alət onu dağıdıb özüylə bərabər mənzilə tökür. Təmiz açılandan sonra, əgər bacada tutquluq varsa, aşağıdan kağız  yandırırıq. Əgər o tüstü sovrulub havaya çıxırsa, demək tüstü bacası təmamilə təmizlənib. Yox əgər tam sovrulmayıbsa, prosesi yenidən edirik”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlərin Cenevrə görüşü başladı 29 Yanvar 2020, 14:26 Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı 29 Yanvar 2020, 14:10 Seçki məntəqələrində panduslar quraşdırılacaq 29 Yanvar 2020, 14:04 Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO 29 Yanvar 2020, 13:58 Deputatlığa namizəd Elmar Musayevin uğur sirri - Seçicilər onu necə alqışlayır? - VİDEO 29 Yanvar 2020, 13:51 Makiyajlı, diqqət çəkici hicablı QADINLAR - “Seçim özlərinindir” 29 Yanvar 2020, 13:46 Tramp yəhudiləri ərəblərlə barışdıra biləcək? – “Əsrin razılaşması”nın DETALLARI 29 Yanvar 2020, 13:40 Çingiz Qənizadənin seçiciləri ilə izdihamlı görüşləri - Fotolar 29 Yanvar 2020, 13:35 Çin aviaşirkəti Bakıya uçuşları dayandırdı 29 Yanvar 2020, 13:30 Naxçıvan seçicilərindən Eldar İbrahimova böyük dəstək - FOTOLAR 29 Yanvar 2020, 13:25 Qış vaxtı, yaz havası - 16 DƏRƏCƏ İSTİ  29 Yanvar 2020, 13:20 Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI 29 Yanvar 2020, 13:13 Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrıldı - Bu xəstəxanalarda 29 Yanvar 2020, 13:07 Abituriyentlərin nəzərinə - Builki qəbul imtahanlarında ballar belə hesablanacaq 29 Yanvar 2020, 13:01 Doktorantlar Prezidentə müraciət etdi 29 Yanvar 2020, 12:56 Təhsil Nazirliyi Çindən azərbaycanlı tələbələrin gətirilməsinin yollarını AXTARIR 29 Yanvar 2020, 12:50 Səhiyyə Nazirliyindən dəhşətli virusla bağlı əhaliyə MÜRACİƏT 29 Yanvar 2020, 12:45 “Virus daşıyıcısı olan uşaqlar bağçaya, məktəbə gəlməsinlər” - Baş pediatrdan MÜRACİƏT 29 Yanvar 2020, 12:39 Pomidor, qızıl, fındıq... – Azərbaycanın neftdən sonra ən çox pul qazandığı SAHƏLƏR 29 Yanvar 2020, 12:34 Siyavuş Novruzov seçicilərlə görüşlərini davam etdirir - FOTO 29 Yanvar 2020, 12:29 Tofiq Qasımov İsveçrədə dəfn olunub: “Ailəsi bu barədə Azərbaycana gec məlumat verib” 29 Yanvar 2020, 12:23 XİN-dən İstanbuldakı Baş Konsulluğun səhvinə REAKSİYA 29 Yanvar 2020, 12:16 Ceyhun Məmmədov seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR 29 Yanvar 2020, 12:10 Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir - Mikayıl Cabbarov 29 Yanvar 2020, 12:05 “Xalqa xidmət etməkdən böyük qürur hissi duyuram” - Ziyad Səmədzadə ağsaqqallarla bir arada - FOTOLAR 29 Yanvar 2020, 11:59 BMU-nun tələbələri proqramçılar müsabiqəsinin qalibi olub - FOTO 29 Yanvar 2020, 11:53 Seçiciləri Ağalar Vəliyevi yenidən deputat görmək istəyir - FOTO 29 Yanvar 2020, 11:47 Serj Sarkisyanın cinayət işi məhkəməyə verildi 29 Yanvar 2020, 11:41 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 29 Yanvar 2020, 11:35 "Azercell" 2020-ci il üzrə Tələbə Təqaüdü Proqramının nəticələrini açıqlayıb - FOTO 29 Yanvar 2020, 11:29  “Azərsu” rəhbəri Ağcabədi və Laçın sakinlərini qəbul etdi 29 Yanvar 2020, 11:23 Bakı sakini QİÇS-dən öldü 29 Yanvar 2020, 11:17 Fəzail Ağamalının Milli Məclisdəki çıxışından VİDEO 29 Yanvar 2020, 11:15 Nazirlər Kabinetində 4 şöbənin müdir vəzifəsi bu şəxslərə həvalə olundu 29 Yanvar 2020, 11:12 Novruz Aslanovun təşviqatı davam edir - FOTOLAR 29 Yanvar 2020, 11:06
SORĞU Yeni parlamentdə kimlər olsun?