Arxiv
31 Oktyabr 2019, 15:52 | PARLAMENT
“ABŞ əgər ədalətdən danışırsa, Xocalı soyqırımını tanısın” - Deputatlar

Oktyabrın 30-da ABŞ Konqresinin Nümayəndələr Palatası Osmanlı İmperiyasında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan 296 saylı qətnamə qəbul edib.

 

Konqresdə bu məsələ ilə bağlı müzakirələr ərəfəsində Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc qətnamənin Türkiyə ilə Birləşmiş Ştatlar arasında siyasi münasibətlərə xələl gətirəcəyi barədə xəbərdarlıq edib.

 

Maraqlıdır, qətnamənin qəbul edilməsinin səbəbləri nədir və bu hansı nəticələrə səbəb ola bilər? Həmçinin qondarma erməni soyqırımından fərqli olaraq, törədilməsi faktlara əsaslanan Xocalı soyqırımı ABŞ Konqresində niyə tanınmır?

 

Modern.az məsələ ilə bağlı Milli Məclis deputatlarının fikirlərini öyrənib.

 

Deputat Asim Mollazadə deyir ki, ABŞ Konqresi tarixçilərin məsələsini siyasiləşdirərək əslində çox səhv addım atıb.

“ABŞ-Türkiyə  münasibətlərinin pozulmağını çox mənfi qiymətləndirirəm. İki müttəfiq ölkənin münasibətlərində belə bir problemin yaranmağı və sonda “erməni soyqrımı”nın qəbul edilməsi qeyri-düzgün bir qərardır. Bunun bizim tərəf üçün təbii ki, mənfi təsiri çox olacaq. Soyqırımla bağlı qərar şantaj xarakteri daşıyır.  Bununla yanaşı onu da demək istəyirəm ki, artıq Türkiyəni heç nə ilə şantaj edə bilməyəcəklər. Qərarın qəbul edilməsi Amerika tərəfinə daha mənfi təsir edəcək, nəinki Türkiyəyə. Qərar ABŞ Konqresində qəbul edildiyi üçün çalışmaq lazımdır ki, Xocalı soyqırımının tanıdılması üçün də işlər getsin”.

 

Deputat Musa Qasımlı isə hesab edir ki, ABŞ Nümayəndələr Palatası bu addımı atmaqla qisas almaq istəyir.

“Nümayəndələr Palatasının uydurma “erməni soyqırımı"na dair qətnamə qəbul etməsi qəti şəkildə tarixi gerçəklikləri əks etdirmir. Çünki erməni soyqırımı deyilən bir hadisə olmayıb. Nümayəndələr Palatasının üzvləri bu qərarı qəbul etməmişdən əvvəl yaxşı olardı ki, 20-ci illərin əvvəllərində ABŞ-ın İstanbulda olmuş ali komissarı Bristolun yazdığı məktubları oxuyardılar. Nümayəndələr Palatasının üzvləri tarixçilərin rolunu öz üzərilərinə uğursuz bir şəkildə götürüblər. Bu addım tarixin saxtakarlıqla siyasiləşdirilməsidir. Soruşula bilər ki, belə bir addımın atılmasının səbəbi nədir ? Bu hər şeydən əvvəl Türkiyənin “Böyük Orta Şərq” layihəsini pozması ilə bağlıdır. Bu qərarı qəbul edənlər Türkiyənin sərhədində terror dəhlizi yaratmasına qarşı hərbi əməliyyatlar keçirməsi üçün qisas almaq istəyirlər. Lakin qəribədir ki, bundan bir neçə gün əvvəl ABŞ rəsmiləri Ankarada bu məsələ ilə bağlı razılaşmışdılar ki, Türkiyə hərbi əməliyyatları dayandıracaq və hansı proseslər gedəcək. İkincisi, ABŞ Nümayəndələr Palatasının üzvləri Rusiya-Türkiyə yaxınlaşmasından narahatdırlar”.

 

Millət vəkili bildirir ki, Xüsusilə Türkiyənin Rusiyadan S-400 raket sistemini alması ABŞ-da narahatlıq yaradır.

“Bu qətnamənin qəbul edilməsi ABŞ və Türkiyə arasındakı müttəfiqlik ruhuna qətiyyən uyğun gəlmir. Çünki hər iki ölkə NATO-da müttəfiqidir və Türkiyə NATO-nun cənub qanadıdır. Əgər NATO üzvü olan Türkiyənin təhlükəsizliyi təhdid altına düşərsə, o zaman bütövlükdə NATO ölkələri üçün təhlükə yarana bilər. Çox təəssüf ki, Nümayəndələr Palatası bəzi lobbi qruplarının təsiri altındadır. Türkiyə dövləti və milləti tarixdə olmayan “erməni soyqırımı”na dair hər hansı bir ölkədə qəbul edilən qətnaməni qətiyyən qəbul etməyəcək və belə qətnamələr onlar üçün “yox” hökmündədir. Uydurma erməni soyqırımına dair qətnamə qəbul edənlər bilməlidir ki, tarixdə bu cür soyqırım olmayıb, bu tip soyqırım Xocalıya qarşı törədilib. Ermənistan Xocalıda dinc əhalini soyqırıma məruz qoymaqla dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib. Hesab edirəm ki, soyqırımdan danışanlar videogörürüntüləri, şəkilləri və ən əsası şahidləri olan Xocalı soyqırımını unutamamalıdırlar”, - deyə M.Qasımlı bildirib. 

 

Deputat Elman Məmmədov deyir ki, tarixi oxuyan hər kəs, istər amerikalı istər rusiyalı, istərsə də almaniyalı bilir ki, “erməni soyqırımı” deyə bir anlayış yoxdur.

“Ermənilər  Türkiyə, Cənubi Qafqaz, hətta Orta Asiyada belə soyqırımlar törədiblər. Türkiyə Cümhuriyyətinin prezidenti dəfələrlə bəyan edir ki, bizim arxivdə bununla bağlı milyonlarla sənəd var. Əgər erməninin də sənədi varsa çıxarıb ortalığa qoysun. Fakt odur ki, soyqırım müsəlmanlara, türklərə, kürdlərə qarşı törədilib. Xocalı soyqırımında həlak olan azərbaycanlılara aid şəkilləri belə ermənilər guya ki, öz xalqlarına qarşı törədilən cinayət kimi təqdim etdilər. Yəni burdan görünür ki, onlar necə saxtakardır. Son 30-40 ilə nəzər salsaq görərik ki, nə vaxt ki, Amerika, eləcə də dünyanın başqa ölkələri Türkiyədən nəyisə almaq istədikləri zaman bu soyqırım məsələsini gündəmə gətiriblər. Bu gün də elədir. Türkiyə öz sərhədini, vətəndaşının təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyatlar keçirib uğur qazanan kimi ABŞ tərəfi bunu həzm edə bilmədi. Eyni zamanda, Amerika Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasını qəbul edə bilmir. ABŞ ondan da narahatdır ki, Türkiyə, Azərbaycan, Çin və Orta Asiya dövlətlərinin güclü iqtisadi-siyasi birliyi yaranır. Amerikayadək bu soyqırımı bəzi ölkələr qəbul edib, lakin baxaq görək bunun Türkiyəyə hansı mənfi təsiri oldu. Təbi ki, heç nə. İndi də itirən tərəf ABŞ olacaq. Amerikanın 14 ştatı Xocalı soyqırımını tanıdığı kimi ABŞ Konqresi də tanımalıdır. Çünki bu gün həmin soyqırımın mənim kimi minlərlə şahidi var. Lakin gəlin baxaq görək, 1915-ci ildə guya ki, yaşanan “erməni soyqırımı”nın kimdir şahidi və ya hər hansı sübutu varmı? ABŞ əgər ədalətdən danışırsa, Xocalı soyqırımını tanısın, qondarma soyqırımı yox”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya vətəndaşlarını İran, Koreya və İtaliyaya getməməyə çağırdı 26 Fevral 2020, 23:42 Gürcüstan İranla bütün gediş-gəlişi dayandırıb 26 Fevral 2020, 23:23 Avropa Liqasında ilk 1/8 finalçı məlum olub 26 Fevral 2020, 23:08 Gürcüstanda koronavirus aşkarlandı: Yoluxan İrandan Azərbaycan vasitəsilə qayıdıb 26 Fevral 2020, 22:52 İnternat məktəblərində psixoloji yardım həyata keçiriləcək 26 Fevral 2020, 22:41 Daha bir ölkədə koronavirus aşkarlandı 26 Fevral 2020, 22:27 SOCAR Belarusa bir tanker neftin çatdırılmasını təsdiqlədi 26 Fevral 2020, 22:13 İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb 26 Fevral 2020, 21:51 Bakıda kişi metronun çıxışında öldü 26 Fevral 2020, 21:43 “Könlüm Xocalı” - Gənclər soyqırımı belə andı - FOTOLAR 26 Fevral 2020, 21:25 Azərbaycanın hərbi nümayəndələri İranda 26 Fevral 2020, 21:09 Nazirlər Kabineti məktəblərlə bağlı qərar verdi - RƏSMİ 26 Fevral 2020, 20:47 Qaradağda 3 avtomobil toqquşdu: ölən var 26 Fevral 2020, 20:33 ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır 26 Fevral 2020, 20:18 Elmar Məmmədyarov Avropa İttfaqı rəsmisi ilə Qarabağı müzakirə etdi 26 Fevral 2020, 20:03 Vilayət Eyvazovdan yeni rəis təyinatı 26 Fevral 2020, 19:54 Rusiya İran vətəndaşlarına viza verməyəcək 26 Fevral 2020, 19:50 DİN və Baş Prokurorluqdan Masallıdakı qətllərlə bağlı AÇIQLAMA 26 Fevral 2020, 19:35 Rusiyalı alimlər koronavirusa qarşı peyvənd hazırlayır - Baş nazirin müavini 26 Fevral 2020, 19:29 Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir - Səfir Elman Abdullayev 26 Fevral 2020, 19:11 “Azərbaycan və Türkiyə hər sahədə tam bir müttəfiqdirlər” - Prezidentin köməkçisi 26 Fevral 2020, 18:57 Öldürdüyü arvadını 6 yaşında zorlayıb - Masallıdakı qətlin təfərrüatı 26 Fevral 2020, 18:40 Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə 26 Fevral 2020, 18:34 9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU 26 Fevral 2020, 18:17 Azərbaycan XİN başçısının müavinindən Zöhrab Mnatsakanyana CAVAB 26 Fevral 2020, 18:05 Putin Ərdoğanın ad gününü təbrik etdi 26 Fevral 2020, 17:57 Türkiyə Naxçıvanla sərhədi açdı 26 Fevral 2020, 17:55 Bakıda saxta kərə yağı istehsal edən müəssisə AŞKARLANDI 26 Fevral 2020, 17:50 Gəncədə 16 yaşlı qız dəm qazından boğuldu 26 Fevral 2020, 17:47 Salyanda “Xocalı soyqırımının” 28-ci  ildönümü ilə qeyd edilib - FOTO 26 Fevral 2020, 17:45 Bakıda zəncirvari qəzada 3 nəfər öldü 26 Fevral 2020, 17:39 Azərbaycandan çıxışına qadağa qoyuldu - Sərhəddə saxlanıldı - FOTO 26 Fevral 2020, 17:32 “Xocalı soyqırımı - Unutmadıq! Unutmarıq” - FOTO 26 Fevral 2020, 17:26 Masallıda özünü, arvadını, qaynını və qayınanasını güllələyən şəxs Bakıya GƏTİRİLİR 26 Fevral 2020, 17:20 Bakı və Abşeronda toz dumanı 2,6 dəfə çox müşahidə edilir 26 Fevral 2020, 17:14