Modern.az

“Regional İnkişaf” İctimai Birliyi ağacəkmə aksiyası keçirib - FOTO

“Regional İnkişaf” İctimai Birliyi ağacəkmə aksiyası keçirib - FOTO

Aktual

8 Noyabr 2019, 15:21

"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə 9 noyabr- Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.



Modern.az xəbər verir ki, Suraxanı rayonunda təşkil olunan aksiya “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində həyata keçirilib.



Bu dəfə rayon sakinləri, gənclər 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində bir olaraq ekoloji aksiyaya öz töhfələrini veriblər.



Qeyd edək ki, “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi üzrə Bakıda və respublikanın müxtəlif rayonlarında 100-lərlə ağacın əkilməsi nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir