Modern.az

Məcburi köçkün məktəbində Bayraq Günü - Foto

Məcburi köçkün məktəbində Bayraq Günü - Foto

Aktual

8 Noyabr 2019, 18:09

Noyabrın 8-də Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbin I-III azkomplektli sinifində 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirin təşəbbüskarı I-III azkomplektli sinifin rəhbəri ibtidai sinif müəllimi Samir Abbaslı təşkil etdiyi tədbir dövlət himinin səslənməsi ilə başlanıb.

 

O, çıxış edərək, bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin bayrağımız haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi barədə məlumat verib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb. Həmçinin, o bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq. Dövlət bayrağı gününün ümumxalq səviyyəsində qeyd edilməsi bir daha bunu sübut edir ki, bu milli birliyin nişanəsidir. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, onlarda dövlət rəmzlərinə olan hörmət və sevginin aşılanmasında gənc müəllimin göstərdiyi xidmət tədqirə layiqdir.

 

Tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeir və mahnılar söyləyib, kompozisiyalar təqdim ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub