Modern.az

Dövlət Agentliyi yeni çəkilən yolda yaranan çatların səbəbini araşdırır - RƏSMİ

Dövlət Agentliyi yeni çəkilən yolda yaranan çatların səbəbini araşdırır - RƏSMİ

Aktual

19 Noyabr 2019, 15:35

Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib.

 

Bu barədə Modern.az-a Azərbaycan Avomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

 

A.Nəcəfli deyib ki, həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb:

 

“Sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb”.

 

Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.

 

Qurum sözçüsü qeyd edib ki, yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi