Arxiv
19 Noyabr 2019, 19:03 | AKTUAL
Gənc jurnalistin müsahibəsi Cəlil Məmmədquluzadənin nəticəsini necə Bakıya gətirdi...

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana səfər ediblər.

 

Modern.az  xəbər verir ki,  Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Martin Cavanşir və Pşemislav Cavanşirin Bakıya dəvət olunması ilə bağlı detalları bölüşüb.

"Bildirmək istəyirik ki, Cəlil Məmmədquluzadənin oğlu Ənvər Məmmədquluzadə 1942-ci ildə Bakını tərk edib, ailəsi ilə birlikdə Tehrana köçüb.

 

Uzun müddət onlar haqqında Azərbaycanda məlumat olmayıb. 1992-ci ildə akademik İsa Həbibbəyli Tehranda o nəslin nümayəndələrini tapıb və görüşə bilib. Çünki onlar özləri də müxtəlif səbəblərdən nəslin nümayəndələri olduğunu etiraf etmək istəməyiblər. 1992-ci ildə Tehranda akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəvəsi Teymur Cavanşiri, onun bacısı İrena Cavanşiri və qardaşı Midhət Cavanşiri (Bakıya gələn Martin Cavanşirinin atası) ilə görüşüb. O vaxtkı dövrü mətbuatda, qəzetlərdə bu barədə geniş yazılıb.

 

Hətta hazırda Bakıda səfərdə olan Martin Cavanşiri həmin qəzeti özündə saxladığını bildirdi. Daha sonra İsa Həbibbəyli Midhət Cavanşiri ilə Tehranda müxtəlif illərdə bir neçə dəfə görüşüb, söhbətlər ediblər. Çox təəssüf ki, ciddi cəhdlərə baxmayaraq ədibin nəvələrinin Azərbaycana gəlişi baş tutmayıb. Professor Vilayət Quliyevin yazdığı kimi, İsa Həbibbəylinin təşəbbüsü ilə 2009-cu ildə Cəlil Məmmədquluzadənin 140 illik yubileyi ərəfəsində ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşiri ilə əlaqə yaradılıb. Amma Azərbaycana gəlişləri yenə baş tutmayıb.
Jurnalist Hafiz Əhmədovun müsahibəsi bu əlaqənin yenidən qurulması üçün əhəmiyyətli oldu. Onun vasitəsilə ədibin kötücəsi Pşemişlav Cavanşirinin Facebook ünvanını əldə edə bildik. Daha sonra e-mail vasitəsilə ilə atası, ədibin nəticəsi Martin Cavanşiri ilə polyak dilində yazışmalar apardıq.

Nəticədə onların Cəlil Məmmədquluzadənin 150 illik yubileyində iştirak etmələrinə nail ola bildik. Bu işdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirova, Azərbaycanın Polşadakı səfiri  Həsən Həsənova, o cümlədən əlaqənin qurulmasında xidməti olan jurnalist Hafiz Əhmədova minnətdarlıq düşür.

 

İsa Həbibbəyli 18 noyabrda gündüz saat 2-də Hafiz Əhmədova zəng vurub, onu Bakıdakı tədbirlərdə iştirak ertmək üçün dəvət edib. Lazım olan zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirib.

 Böyük ədibimiz Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının ulu babalarının vətəninə gəlmələri hər birimiz üçün qürurverici hadisədir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Canavar yuvası” 2 İyul 2020, 11:01 Millimizin üzvünün axtarışa verildiyi qətlin TƏFƏRRÜATI: “Asfalta yıxaraq…” 2 İyul 2020, 10:57 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini TOPLADI 2 İyul 2020, 10:51 Mətbuat xidmətinin rəisi TƏLTİF OLUNDU 2 İyul 2020, 10:46 Azərbaycanda yeni magistral yolun tikintisinə başlanıldı 2 İyul 2020, 10:43 Bu dərsliklərin istifadə müddəti dəyişdirilir 2 İyul 2020, 10:40 Deputat: “Pandemiyaya baxmayaraq parlamentin işində boşluq yaranmadı” 2 İyul 2020, 10:37 Türk özünü qorumur, Tanrı türkü qorusun... 2 İyul 2020, 10:32 Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir 2 İyul 2020, 10:27 Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz AZALTDI - ÖZƏL 2 İyul 2020, 10:21 DİM pulsuz onlayn sınaq imtahanı keçirir 2 İyul 2020, 10:18 Dərsliklərlə bağlı yeniliklər 2 İyul 2020, 10:13 İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi” 2 İyul 2020, 10:08 Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ 2 İyul 2020, 10:02 Neft yenidən bahalaşdı 2 İyul 2020, 09:56 Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib 2 İyul 2020, 09:50 Dünyada koronavirusa qarşı 141 fərqli vaksin hazırlanır 2 İyul 2020, 09:45 Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi 2 İyul 2020, 09:40 Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ 2 İyul 2020, 09:34 Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI 2 İyul 2020, 09:28 Bu gün dollar neçəyədir? - Rəsmi məzənnə 2 İyul 2020, 09:22 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 2 İyul 2020, 09:16 Şamaxı icra başçısına yeni müavin təyin olundu 2 İyul 2020, 09:10 İlham Əliyev: “Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” 2 İyul 2020, 09:05 2 iyul Polisin GÜNÜDÜR 2 İyul 2020, 09:00 Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” - Nazir 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00 Donald Tramp vəd verdi: “Çox tezliklə bizdə vaksin olacaq” 2 İyul 2020, 00:59 “Zaminbank”ın sədri həbs edilib 2 İyul 2020, 00:46 Sosial şəbəkə ilə bağlı mövqe siyasilər arasında qarşıdurma yaratdı 2 İyul 2020, 00:33