Modern.az

BMU-da “Qızıl Payız” tətil proqramı təşkil olunub - FOTO

BMU-da “Qızıl Payız” tətil proqramı təşkil olunub - FOTO

20 Noyabr 2019, 12:13

Bakı Mühəndislik Universitetində (BMU) “Uşaq Universiteti” layihəsi çərçivəsində məktəblilər üçün “Qızıl Payız” tətil proqramı təşkil olunub.

 

Modern.az xəbər verir ki, proqram universitetin Pedaqoji fakültəsi, Tələbə Həmkarlar Təşkilatı, YAP Universitet Gənclər Təşkilatı və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

 

 Proqram şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunması, onlarda məktəb illərindən universitetə marağın oyadılması, həmçinin BMU tələbələrinin şagirdlərlə birgə işləyərək təcrübə qazanması məqsədilə keçirilib.

 

İkigünlük proqram ilk rüb tətili müddətində universitet əməkdaşlarının VI və VII sinfində təhsil alan şagirdləri üçün nəzərdə tutulub. Ödənişsiz təşkil olunan proqramda məktəblilər üçün “Riyazi məntiq”, “Mühəndislik”, “İncəsənət”, “İngilis dili”, “Maraqlı elmlər” dərsləri keçirilib.

 

Dərslərdə məktəblilər riyazi məntiqlə bağlı məsələlər üzərində çalışıb, ingilis dilində maraqlı diskusiyalarda iştirak edib və 3d şəkilləri çəkiblər. Onlar, həmçinin, laboratoriyalarda insan orqanizminin quruluşu və bir sıra kimyəvi təcrübələrlə də  tanış olublar. 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...