Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Azərbaycan öz ordusuna güvənməli və Nijdeyə qoyulan abidənin yox, bütövlükdə işğaldakı Qarabağ abidəsinin dərdini çəkməlidir...
Faşizm deyəndə hər kəsin göz önünə ilk növbədə Adolf Hitler gəlir. Hərçənd bu vəhşi siyasi cərəyan hələ 1922-ci ildə Benito Mussolininin başçılığı ilə İtaliyada yaradılıb. Faşizm ideologiyası antidemokratizmi, rasizmi, şovinizmi, qəddarlığı, amansızlığı təşkil və təbliğ edir. Bütün bunlar cəmiyyətin beyninə və gündəlik həyatına elə yeridilir ki, bu, lazımi anda adi vətəndaşların qeyri-ixtiyari olaraq yaşayış normasına, həyat tərzinə çevrilir.
Sözsüz ki, özlərini dünyanın ən qədim, ən sivil xalqı kimi dünyanın gözünə dürtməyə çalışan haylar demokratiya deyib nə qədər haya-küyə bassalar da onlar birmənalı olaraq faşistdirlər. Çünki İtalyancadan mənası "birlik" olan faşizm elə "yanların" "Miaçum"- "birləşmə" ideologiyası ilə eyni yanda dayanır.
Ermənilərdən fərqli olaraq dünyada elə bir xalq tapmaq çətindir ki, onun ziyalısı, şairi, yazıçısı humanizmi təbliğ etməsin. Amma faşizmi öz iliklərinə yeridən Silva Kaputikyan "Xəritənin və qəlbin meridianları", M.Şaginyanın "Tarixdə mühüm tarix", S.Ayvazyanın "Erməni taleyi", Z.Balayanın "Ocaq" və digər "yanların" "əsərlərində" erməni xalqının başqa xalqlardan yüksək olması indiyədək təbliğ edilir. Bundan başqa, məgər Z.Balayan 1996-cı ildə çapdan çıxardığı "Ruhumuzun dirçəlişi" kitabında - 13 yaşlı türk uşağının başından, sinəsindən, qarnından dərisini soyduğunu, saata baxıb onun 7 dəqiqəyə öldüyünü, sonra dostu Xaçaturun o uşağın cəsədini doğrayıb itlərə atdığını və bundan sevindiyini, qürurlandığını, ruhunun dirçəldiyini yazmaqla faşist olduğunu etiraf etmirmi?
Doğrudur, rəsmi Bakının Njde abidəsinin sökülməsinə yönəli olan diplomatik addımları dünyanın gözünə "məzlum", eyni zamanda "demokratik xalq" kimi soxulan haylar üçün müəyyən mənada vurulan böyük bir zərbə olardı. Ancaq qeyd etdiyimiz təkcə "Balayan faktını" nəzərə alsaq, Qarabağ boyda abidəsi olan Azərbaycanın dərdi Nijde abidəsi olmamalıdır.
Çünki 3 il öncə mayın 28-də İrəvanda Hitlerə xidmət etmiş, millətçi rejiminin nökəri və başkəsəni Qaregin Njdenin "şərəfinə" ucaldılmış abidə, Ermənistan dövlətinin faşizm ideologiyası ilə yaşadığını bütün dünyaya tam şəkildə sübut etmiş oldu. Bu azmış kimi, haylar onun uzun müddət Vladimir şəhərində həbsxanada əzab içində qalıb öldüyünü əsas gətirərək, o zaman öz həyasızlıqlarını tam çılpaqlığı ilə bir daha nümayiş etdirib Rusiyanın Vladimir şəhərinin adının belə, dəyişdirilib Qareqin Njdenin şərəfinə adlandırılmasını da Moskvadan tələb etdilər. Bütün bunlar onu təsdiq edir ki, dünya sökülsə də, ermənilər "xalq qəhrəmanı" saydıqları faşistin abidəsini öz ölkələrində heç vaxt sökməyəcəklər.
Odur ki, bu gün Azərbaycan mediasının gündəmini müəyyən qədər Njde mövzusu bürüsə də, amma Azərbaycan diplomatları öz diqqətlərini daha çox "Qarabağ abidəsinə" yönəltmiş olsalar bu, daha yaxşı olardı.
Çünki düşmən qarşısında susduqca dil qəfəsə qoymur. Baxın, məgər son vaxtlar erməni mediası türk ordusunun Suriyada anti-terror əməliyaytına başı qarışıqdığını əsas gətirib Ermənistanın fürsətdən istifadə edərək, aktivlik sərgiləyib Naxçıvan ərazisinə daxil olmaq və Azərbaycana qarşı yeni hücumlar təşkil etmək barədə çağırışlar etmirmi?
Təzada baxın ki, Qarabağı azad etmək üçün bu kimi çağırışları işğala məruz durumda olan Azərbaycan etməli olduğu halda, bunu işğalçı tərəf edir. Yəni Ermənistan elə bağırır ki, Azərbaycanın bağrı yarılır.
Bu arada onu da qeyd edək ki, bəzən Azərbaycanda nəinki bütövlükdə Qarabağın, hətta kiçik bir kəndin azad olunmasını istəyən şəxsə az qala düşmən kimi baxırlar.
Məgər, Bakıda nəşr olunan "Qarabağ" qəzetinin Əntiqə Rəşid adlı bir jurnalistinin özünün sosial şəbəkə hesabında paylaşdığı statusunda ölkə başçısından işğal altındakı kəndinin azad edilməsi üçün etdiyi çağırışa - istəyə, xahişə, tələbə görə, adı çəkilən qəzetin baş redaktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsini kobudcasına pozaraq onu öz işindən azad etmədimi? Hərçənd, hər bir Azərbaycan vətəndaşının, xüsusən də illərdir Qarabağdan didərgin düşmüş məcburi köçkünlərin öz doğma yurd-yuvalarının tezliklə azad olunmasını istəmələri tam təbii haldır.
Əslində öz işini itirməkdən qorxanlar, həmçinin, hər bir kəs bilməlidir ki, vətəndaşların bu kimi çağırışları və tələbləri ölkə başçısına Qarabağın azad edilməsi istiqamətində apardığı danışıqlarda sözün əsl mənasında güclü bir dəstəkdir. Çünki danışıqlar zamanı ölkə başçısı ilə üz-üzə əyləşən bütün beynəlxalq təşkilatların nümayəndələri və Ermənistanı dəstəkləyənlər artıq birdəfəlik anlamalıdırlar ki, Azərbaycan xalqının səbri ölçüsüz deyil. Bundan əlavə, onlar bilməlidirlər ki, Qarabağ məsələsində Azərbaycan xalqının mövqeyi bir mənalı olaraq öz rəhbərinin mövqeyi ilə eynidir. Hərçənd, onlar bunu 2016-cı ilin aprel döyüşlərində yaxşı gördülər. Digər tərəfdən ötən ay Azərbaycan prezidentinin Soçidə Valday forumunda bütün dünyaya bəyan etdiyi - "Qarabağ Azərbaycandır və nida işarəsi" çağırışı niyə unudulmalıdır? Odur ki, əslində işğalda qalan Azərbaycan torpaqlarının azad olunmasına çağırış edənlər arasında "Qarabağ" adlı qəzetin hər bir əməkdaşı özünü hamıdan öndə, ilk sıralarda görməlidir.
Baxın, Rusiya telekanallarında yayımlanan siyasi-şou verilişlərindən çoxlarının tanıdığı erməni əsilli politoloq Qevorq Mizayan özünün teleqram-kanalında Njdenin Rusiyada - Armavirdə erməni kilsəsinin ərazisində qoyulmuş memorial lövhəyə münasibət bildirərək öz stausunda - "Njdenin Hitlerə köməyini, o dövrdə erməni xalqının sağ qalması naminə edildiyi kimi qələmə verilən bütün bəyanatlar, ya yalandır, ya da satqınlığa bəraət qazandırmayan bir haldır" yazdığına və onun sökülməsini təqdirə layiq hesab etdiyinə görə, erməni təbliğat maşını onu "zəhərli gülləyə" tutaraq "daxili erməni "türkləri" bütün türklərdən pisir" - deyib qınayırlar. İndi görün Mirzayan Njdenin İrəvanda ucaldılmış abidəsinin sökülməsi barədə bir söz desəydi nə baş verərdi.
Ancaq təzada baxın ki, Azarbaycanda "Qarabağ" adlı qəzetin əməkdaşının öz kəndinin azad olunmasını istəməsi onu minimum əmək haqqından da aşağı - 240 manat maaş aldığı işindən uzaqlaşdırdı.
Əlbəttə dünyanın güclülər, eyni zamanda arxalılar qarşısında gözünün kor, qulağının kar və dilinin lal olduğunu çoxdan, ən azı 30 ildir ki, bütün Azərbaycan xalqı yaxşı bilir. Ancaq onu da bilmək lazımdır ki, Ermənistan Nijdenin abidəsini onsuz da sökməyəcək, əksinə gələcəkdə bu tipdən olanların abidəsini ucaltmaqla öz "qəhrəmanlarının" sayını daha da artıracaqlar. Odur ki, Azərbaycan öz ordusuna güvənməli və Nijdeyə qoyulan abidənin yox, bütövlükdə işğaldakı Qarabağ abidəsinin dərdini çəkməlidir...