Arxiv
25 Noyabr 2019, 11:14 | ANALİTİKA
İrandakı  etirazları hansı  qüvvələr törədir?.. - TƏHLİL

Ramazan SİRACOĞLU 

 

Bizi mənəvi tellərlə özünə bağlayan, milyonlarla soydaşımızın, dindaşımızın, dost-tanışımızın yaşadığı qonşu İranda baş verən olaylar yenə dünya ictimaiyyətinin diqqətini özünə çəkir.  İnternet bağlantısının hələ  kəsilmədiyi ilk gündə nəzərə çarpan şüarlar təxminən əvvəlki illərdəki kimi idi: سوریه رو رها كن فكری به حال ما كن – Suriye ru rəha kon, fekri be hal-e ma kon- Suriyanı boş ver, bizim halımızı düşün”, نترسیم، نترسیم: ما همه با هم هستیم – Nə tərsim, nə tərsim, ma həme ba həm həstim- Qorxmuruq, qorxmuruq, biz hamımız birik”, بریز بیرون هموطن حق ات رو فریاد بزن – Beriz birun, həmvətən, həqqat ru fəryad bezən- Vətəndaş, tökül çölə, haqlarını qışqır”, روحانی حیا كن، ریاست را رها كن  - Ruhani, həya kon, rəyasət ra rəha kon- Ruhani, utan, rəhbərliyi burax”, رضا شاه روحت شاد – Reza şah, ruhət şad- Reza şah, ruhun şad olsun”, ای شاه ایران برگرد به ایران -Ey şah-e İran, bər gərd be İran- Ey İran şahı, İrana geri dön” və s.  


İran İslam Respublikasının Ali dini rəhbəri, Ayətullah Seyyid Əli Xamenei yanacağın bahalaşmasından həmən sonra ildırım sürəti ilə bütün İranı bürümüş antihökumət etirazları haqqında 17 noyabr 2019-cu ildə açıqlama verdiyi zaman bütün iğtişaşların, bankların, yanacaq stansiyalarının, rəsmi məqamlara aid maşınların, hökumət rəhbərlərinin portretlərinin yandırılmaını, asayiş keşikçilərinə və güc strukturlarına qarşı hücumların sıravi xalq tərəfindən deyil, xaricdə bu işi təşkil edən “xəbis və cinayətkar” Pəhləvi xanədanlığı mənsublarının və digər “bütün riyakar şər qüvvələrin” təhrik və təşviqi ilə gerçəkləşdiyini bildirmişdir. İnqilab rəhbərinin sözlərinə görə, “ dünyanın bütün şər mərkəzləri bizim əleyhimizədir, bu ( etirazları ) işi təşviq və təqdir  edirlər”: این کار مردم نیست، این کار اشرار است؛ کار اشرار است . همه‌ی مراکز شرارت دنیا علیه ما، این کارها را تشویق کردند؛ از خانواده‌ی منحوس خبیث خاندان پهلوی تا مجموعه‌ی خبیث و جنایت‌کار منافقین، اینها دارند مرتّباً در فضای مجازی و در جاهای دیگر تشویق میکنند، ترغیب میکنند که این شرارتها انجام بگیرد . ((Bax: http://farsi.khamenei.ir/news-content?id=44020)


Ağa-ye Xamenei öz çıxışında tam beş dəfə israrlı şəkildə yanacağın qiymətinin artırılmasında özünün şəxsi fikri olmadığını, iqtisad eksperti  bu sahənin mütəxəssisi olmadığını vurğuladıqdan sonra  “üç qurumun rəhbəri bu qərara gəlirsə mən dəstəkləyirəm” buyurmuşdur: من صاحب ‌نظر نیستم لکن اگر سران سه قوّه تصمیم بگیرند، من حمایت میکنم  ( Bax: videonun 5-ci- 10- cu saniyələrində Ali dini rəhbəri özünün  ekspert olmadığını, lakin   yanacağın

qiymətinin artırılmasında üç qurum rəhbərinin ümumi rəyini dəstəklədiyini bildirir. https://www.youtube.com/watch?v=xzAyBoiiuF4 )

20.11.2019. Ərdəbil


Maraqlananlar üçün bildirək ki, yanacağın qiyməti artırıldıqdan sonra ( 16 noyabr 2019-cu ildən ) İranda benzinin bir litri 13 sent ( bizim pulla, 21,1 qəpik ) olmuşdur.  Bir məqamı da xatırlatmaq lazımdır ki, hər avtomobil sahibi bir ay üçün 60 litr benzini köhnə qiymətlə alacaqdır. ABŞ-ın iqtisadi sanksiyalarından çox əziyyət çəkən İran əsas gəlir mənbəyi olan neft və neft məhsullarını dünya bazarına çıxara bilmir, ABŞ-ın qəzəbinə tuş gəlməkdən ehtiyat edən xarici şirkətlər  də İran neftini almaqdan, onunla iqtisadi əməkdaşlıqdan çəkinir. Müqayisə üçün bildirək ki, əgər İran 2015-ci ildə gündə 2 milyon barel ( bir barel 159 litrdir ) neft hasil edirdisə, indi bu rəqəm 500 min barelədək düşüb. Onsuz da çıxarılan nefti satmaq müşkül məsələyə çevrilib, işsizlik baş alıb gedir, milli pulun alıcılıq qabiliyyəti günbəgün azalır (təsəvvür edin ki, 42 min riyalın rəsmi kursu  bir ABŞ dollarıdır ).



Ali dini rəhbərin  Pəhləvi xanədanlığından savayı “اشرار - əşrar” adlandırdığı qüvvələrdən biri haqqında bəhs etmək oxucular üçün maraqlı oduğunu düşünürəm. Ağa-ye Xamenei onların adlarını  konkretləşdirməsə də, şəxsi mülahizəmizə görə, bu “şər qüvvələr” arasında  1965-ci ildən İranda fəaliyyətə başlamış və özlərini İran Xalq Döyüşçüləri Təşkilatı- İXDT- ( Sazman-e  mocahedin-e xəlğ-e İran-    سازمان مجاهدین خلق ایران ) adlandıran qurumun da olduğunu düşünürəm.


İran Xalq Döyüşçüləri Təşkilatı Pəhləvi rejimindən narazı tələbə gənclər tərəfindən  yaradılmışdı. 1965-ci ildən gizli fəaliyyət göstərən  sosialist düşüncəli İXDT tam  beş il İran xüsusi xidmət orqanı olan SAVAK-dan  ( سازمان امنیت و اطلاعات کشور ) xəbərsiz qalmağı bacarmışdı. 12-16 oktyabr 1971-ci ildə İran şahı Məhəmməd Reza Pəhləvinin əmri ilə ölkədə İran şahənşahlığının təsis edilməsinin mifik 2500 illiyi  (   دوهزاروپانصدمین سال بنیانگذاری شاهنشاهی ایران) mərasiminə ciddi hazırlıq işləri görüldüyü ərəfədə SAVAK həmin qrupun) izinə düşdü və  təşkilat liderlərini həbs etdi. O zamanın məhkəməsinin qərarı ilə tutulanlardan dörd nəfəri edam, qalanları isə müxtəlif müddətli həbs cəzası aldı.

 

Edam cəzası alan Məhəmməd Hənifnəjad (1939-1972) təbrizli, Səid Mohsen ( 1940- 1972  ) zəncanlı,  Əliəsğər Bədizadəqan ( 1941-1972) isfahanlı, Məsud Rəcəvi ( 1940- 2003-cü ilin 13 martından itkin düşüb ) xorasanlı idi.  Məsud Rəcəvinin qardaşı Kazım Rəcəvi o zamanlarda professor və  Cenevredə İranın səfiri idi. Kazım Rəcəvi öz qardaşını edamdan qurtarmaq üçün 1972-1981-ci illərdə BMT-nin Baş katibi  olmuş Kurt Valdhayma, o zamanlar Fransa Sosialist Partiyasının Baş katibi, sonralar isə ( 1981-1995 )  Fransanın Prezidenti olmuş Fransua Mitterana və   İsveçrə Konfedarsyonun başçısı Pyer Qrabelə müraciət etmişdir. Həmin şəxslərin İran şahına şəxsi xahişindən sonra Məsud Rəcəvinin ölüm  cəzası ləğv olunmuşdur. Qalan məhkumlar isə şiddətli işgəncələrdən sonra 25 may 1972-ci ildə asıldılar. Edam olunanlar İran Xalq Döyüşçüləri Təşkilatının qurucular idilər. Edam hökmü  ömürlük həbs cəzası ilə dəyişdirilmiş Məsud Rəcəvi İran islam inqilabından sonra həbsdən buraxıldı. (Bax: جریدة لوموند ۲۰۱۸-۰۵-۰۹)


İXDT mənsubları 1978- 1979-cu illərdə siyasi rejimin devrilməsində böyük fəalllıq göstərmişlər. O zaman İXDT üzvlərini  sayı 100 mindən çox idi. ( Bax: Годс Махмуд Реза. Иран в XX веке.  М; Наука, 1994, s. 283) Pəhləvi rejiminin süqutundan sonra İXDT referendumda iştirakdan imtina etdiyi üçün onun rəhbəri Məsud Rəcəviyə və yoldaşlarına  hökumətdə vəzifə tutmağa imkan verilməmişdir. İran Xalq Döyüşçüləri Təşkilatının təqdimatı və  İran solçular blokunun, Milli Demokrat Cəbhənin və  İran Kürdlərinin Demokrat Partiyasının dəstəklədiyi Məsud Rəcəvi İran prezidenti seçkilərində  namizəd kimi iştirak etmək istəyirdi. Lakin Xomeyni onun seçkilərdə iştirakına veto qoydu.  Siyasi düşüncə baxımından marksist solçu olan  İXDT ilə islamçıların məfkurəsi arasında kəskin ziddiyyət yarandığı üçün   1981-ci ildən  mücahidlərin fəaliyyəti İranda  yasaqlandı. İran Xalq Döyüşçüləri Təşkilatının təxminən 50 min tərəfdarın iştirakı ilə  20 iyun 1981-ci ildə təşkil etdiyi etiraz aksiyası hökumət qüvvələri tərəfindən silahlı üsulla dağıdıldı. İddialara görə, qarşıdurma zamanı 50 adam öldürülmüş, 200 nəfər yaralanmış və mindən çox adam həbs olunmuşdur ( Bax: Svensson Isak. Ending Holy Wars: Religion and Conflict Resolution in Civil Wars, 2013 ) Tərəflər bir-birini qarşılıqlı şəkildə ittiham etməyə başladı. Rəsmilər mücahidləri “münafiq”likdə, “kafirlik”də, “ekletik”likdə ( “elteqatgerai-  التقاط گرای – fərqli anlayışları bir araya gətirib məzmunsuz danışan ); mücahidlər isə rəsmiləri “qəsbkarlıq”da, “inhisarçi”lıqda, inqilabı “oğurluq”da ittihama başladılar ( Bax: Abrahamian Ervand. Radical Islam: The Iranian Mojahedin. I.B. Tauris. 1989, s. 206 )



Özlərini aldadılmış sayan mücahidlər qisas yolunu tutdular. 28 iyun 1981-ci ildə İran müdhiş terror aktıyla sarsıldı. İslam partiyasının qərargahında baş vermiş qorxunc partlayışda İran Ali Məhkəməsinin sədri Məhəmməd Beheşti başda olmaqla ölkənin 72 nəfər yüksək rütbəli şəxsi həyatını itirdi. Həmin hadisədən 62 gün sonra, 30 avqust 1981-ci ildə İran Xalq Döyüşçüləri Təşkilatı daha bir qanlı terror hərəkəti gerçəkləşdirdilər. Bu dəfə onlar İranın yeni seçilmiş ( 2 avqust 1981-ci ildə ) Prezidenti Məhəmməd Rəcainin,  Baş nazir Məhəmməd Cavad Bahonərin və Daxili İşlər  naziri Vahid Dostgərdin həyatına son qoydular. Terror aktı nəticəsində Müdafiə naziri Namcu ağır yaralandı. İXDT tərəfdarları bütün İranı, sözün əsl mənasında, terrorla çalxalandırırdılar. Təkcə onu  qeyd etmək lazımdır ki, 1981-ci ilin iyul-avqust aylarında terrorçular İranda 60 yerdə partlayış etmiş, 26 avqust 1981— 31 dekabr 1982-ci ildə İXDT 336 terror aktı törətmiş, hər dəfəsində də yüksək rütbəli şəxslər hədəfə alınmışdır (Bax: Alexander R. Dawoody (ed.), Eradicating Terrorism from the Middle East, Policy and Administrative Approaches, 17, Springer International Publishing Switzerland, p. 204  ). Məsələn, İranın Baş pokuroru A. Quddusi də həmin ildə qətlə yetirilmişdir. 10 aprel 1999-cu ildə İran Baş Qərargah Rəisinin müavini, general Əli Səyyad Şirazi öz evinin astanasında İXDT tərəfindən öldürüldü. ( Bax: Combs Cindy C.; Slann Martin. Encyclopedia of terrorism. New York, NY: Facts On File. 2002, s. 188)


Qeyd edək ki, İran İslam Respublikasının indiki Ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamenei özü də İXDT terroruna məruz qalmışdır. İran-İraq müharibəsi zamanı Müdafiə Ali Şurasının üzvü və Ruhullah Xomeyninin xüsusi təmsilçisi olan imamcümə Xamenei cəbhə bölgəsindən yenicə dönmüş və təəssüratlarını bölüşdürmək üçün  27 iyun 1981-ci ildə, şənbə günü  Tehrandakı Əbuzər məscidinə getmişdi. Orada  çıxış edərkən bir gənc ona sualla müraciət etdi və cavabını almaq üçün əlində tutduğu  böyük maqnitofonu stolun üstünə qoyub salona doğru getdi. Təxminən bir dəqiqədən sonra həmin maqnitofonun içərisinə yerləşdirilmiş partlayıcı maddə dəhşətli gurultuyla partladı, nəticədə ağa-ye Xameneinin sağ qolu, səs telləri və ağ ciyəri ciddi xəsarət aldı. ( Bax: https://www.yjc.ir/fa/news/6144545 ) Ayətullah Xamenei uzun müddət xəstaxanada müalicə alsa da sağlamlığı tam bərpa olunmadı.


İXDT üzvləri mütəmadi olaraq İslam qvardiyaçılarına, polisə, rejim tərəfdarlarına və ya şübhələndikləri fərdlərə  qarşı gözlənilməz hücumlar təşkil edir, onları qaçırır, işgəncələrə məruz qoyurdular. Bu təşkilatın bir sabiq üzvünün etirafına görə, mücahidlər də öz qurbanlarına qarşı “işgəncə işlətməyə məcbur idilər; hansı tərəf daha çox işgəncə verirsə o tərəf qalibdir” –

ما شکنجه می‌کنیم چون مجبور هستیم، هر کدام بیشتر شکنجه کند، برنده است   

İran Xalq Döyüşçüləri Təşkilatı mənsubları, bir qayda olaraq, ən nüfuzlu adamları sıradan çıxartmağa çalışırdılar. Məsələn, 18 avqust 1982-ci ildə onlar İran İslam inqilabının rəhbəri Ayətullah  Ruhulla Xomeyninin oğlu Əhməd Xomeyniyə qarşı terror aktı törətmiş, lakin Əhməd Xomeynini öldürə bilməmişdilər.


İranda fəaliyyətləri yasaqlanmış mücahidlər Fransada, İraqda, Albaniyada yerləşərək öz əməllərini sürdürmüşlər. İran-İraq müharibəsi zamanı İXDT mənsubları, birmənəlı şəkildə, İraq tərəfinə keçərək İrana qarşı vuruşmuşlar. Onlar 1992-ci ildə dünyanın müxtəlif şəhərlərindəki İran səfirliyinə qarşı  da terror aktı həyata keçirmişlər. 2003-cü ildə ABŞ - İraq  müharibəsi bitdikdən sonra İXDT mənsubları tərksilah olunmuş, əksər üzvləri həbs edilmiş, İXDT özü isə həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına salınmışdır. Lakin 2009-cu ildə  öncə Avropa İttifaqı, 2012-ci ildə isə ABŞ İXDT-ni bu siyahıdan çıxarmışdır.  


Xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqları istisna edilməyən xalq döyüşçüləri 2002-ci ildə nüvə ölkələrinə sahib dövlətlərin yetkililərinə İranda gizli nüvə proqramı çərçivəsində fəaliyyət göstərilməsinə dair faktlar ötürmüş, nəticədə BMT Təhlükəsizlik Şurası İran haqqında 4 qətnamə qəbul etmiş, ölkəyə müxtəlif sanksiyalar tətbiq olunmuşdur. Həmin təşkilatın təqdimatı əsasında BMT Baş Assambleyası və İnsan Haqları Komissiyası İranın əleyhində daha iki qərar çıxarmışdır
. ( Bax:  Eileen Barker. Revisionism and Diversification in New Religious, Movements. Routledge, 2016,  s. 174)


İXDT mənsubları İranlı olmayanları da məqsədyönlü şəkildə dünyanın fərli yerlərində keçirdikləri  antirejim etirazlarına səfərbər etməyə başlayıblar. Əcnəbi könüllüləri müxtəlif şirnikləndirici təkliflər və vədlərlə aksiyalara qoşaraq İranın beynəlxalq nüfuzuna zərbələr vururlar. Uzun müddət ABŞ-ın The New Yorker jurnalında hərbi mövzulu yazılar yazmış, 2013-cü ildən London Review of Booksla əməkdaşlıq edən tanınmış jurnalist yazıçı Seymur Herş (Seymour Myron Hersh ) iki sabiq amerikan hərbçisi və kəşfiyyatçısına istinadən  iddia edir ki, oğul Corc Buşun zamanında ( 2001-2009 ) İran Xalq Döyüşçüləri Təşkilatının bir qrup üzvü Amerika ərazisində təlim keçmişdir. Onun yazdıqlarına görə, həmin təlim 2005-ci ildə Las Veqasın 100 km-liyində, Nevada ştatında bir zamanlar nüvə silahlarının sınaqdan keçirildiyi yerdə, hazırda əkskəşfiyyat əməliyyatlarının  öyrədildiyi ərazidə aparılmışdır. ( Bax: https://www.bbc.com/persian/iran/2012/04/120406_hersh_mek_training.shtml )


İrandan xaricdə fəaliyyətlərini davam etdirən İXDT sözdə zorakılığın əleyhinə olduqlarını bildirsələr də özlərinin Milli Müqavimət Şurasını yaradaraq imkan tapdıqları hər fürsətdə İran yetkililərinə hücum edirlər. ABŞ Konqresinin İran, İraq və Əfqanıstan məsələləri üzrə təhlilçisi Kennet Katsman (Kenneth Katzman ) hesab edir ki, İXDT mənsubları digər təşkilat üzvlərindən daha əzmkar və fədakardırlar.  ( Bax: Kenneth Katzman. "Iran: The People's Mojahedin Organization of Iran", 2001, s.104 ) Bölgədə marağı olan beynəlxalq qüvvələr İXDT-ni rəsmi Tehrana təzyiq vasitəsi kimi görürlər.


Lakin qeyd etmək lazımdır ki, İXDT-in 1980-1988-ci illərdə İran-İraq müharibəsində İran əleyhində fəaliyyət göstərməsi, terrorçuluqla məşğul olması,  İran Xalq Döyüşçüləri Təşkilatını iranlıların gözündə bir mənfur düşmən obrazı kimi tanıtdığından ölkə əhalisinin mütləq əksəriyyəti onları xain hesab edir. Çox təəssübkeş olan İran vətəndaşları öz ölkələrinin ərazi bütünlüyünü,  bölünməzliyini istəyir və bu amal uğrunda istənilən fədakarlığa hazırdırlar. Buna istənilən qədər sübut gətirmək olar, lakin bu yazıda sadəcə iki nümunə ilə kifayətlənmək istəyirəm.   Keçən əsrin əvvəllərində adını tarixə yazdırmış, qəhrəman sərdari-milli Səttar xan  ( 1868?- 1914 ) mühasirədə olanda Rusiyanın Təbrizdəki baş konsulu İ.F. Poxitonov ( 1853-1913 ) ona  “oturduğun evin damına rus bayrağı as ki, Yeprem Davtyanın silahlıları o evə atəş açmasınlar”- deyə təklif edəndə Səttarxan rus baş konsuluna   

“ ! من زیر بیرق بیگانه نروم من می خواهم هفت دولت زیربیرق ایران در آید.  “- Mən istəyirəm yeddi dövlət İran bayrağı altına girsin. Mən yad bayrağı altına girmərəm!”- söyləyib. Milli qəhrəman Səttar xanı ayağından ağır yaralamış Yeprem Davtyan ( 1868- 1912 ) Yelizavetpol ( Gəncə ) quberniyasının Barsum ( Şamxor/ Şəmkir ) kəndindən idi. Daşnaksütun partiyasının qatı fəallarından  olan Yeprem  ( İran mənbələrində onu یپرم خان ارمنی   - “Yeprem xan erməni” şəklində təqdim edirlər )  Tehranın polis rəisi, 1909-1912-ci illərdə isə İran silahlı qüvvələrinin baş komandanı vəzifəsinə yüksələ bilmişdi. Həmin Yeprem 6 may 1912-ci ildə Kermanşahda, Şurçe qalasında əsib-coşub “bu ərazidə erməni dövləti quracağıq” dediyi anda bir şahsevən onu oradaca ağzından vuraraq öldürmüşdür.


Sadə xalqın  hər yerdə hökumətdən təxminən eyni istəyi, bənzər gözləntisi var: azadlıq,  iş, normal əmək haqqı, qanunun aliliyi, əmin-amanlıq. Təminatsız insan üçün nə ekstravaqant avtomobillərin, nə göz oxşayan parkların, nə bərq vuran hotellərin, nə avrostandart yolların, nə də addımbaşına inşa edilən supermarketlərin önəmi var. Minimal təminatı ödənməyən xalq, əlbəttə ki, asanlıqla bölgədə marağı olanların hərəkətverici qüvvəsinə çevriləcəkdir. Bu gün çoxlarının bəyənmədiyi, lakin ömründə qətiyyən qavrayamayacağı Karl Marks tarixi marerialistcəsinə anlayışın önəmini vurğulayaraq yazıb ki, “insanlar mədəniyyət, siyasət, elm, incəsənət və idmanla məşğul olmazdan əvvəl yeməli, içməli, geyinməli və yaşayış sahəsinə malik olmalıdırlar. Bu təminatı insanlara dövlət verməlidir.”


Heç kim öz ölkəsinin düşməni deyil. Yaşayış ehtiyacı ödənilən şəxs nə öz doğma yurd-yuvasını tərk edib qürbətə gedər, nə də hansısa siyasi məqsədlərin vasitəsinə çevrilib küçələrə tökülüşər. Bu sadə həqiqəti qəbul edib əldə rəhbər tutmadıqca  nə aşağılar köhnə qaydalarla yaşamaq istəyəcək, nə də yuxarılar əski yollarla onları rahat  şəkildə idarə edə biləcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vikipediyada Nizami Gəncəvi haqqında özbək dilində bölmə yaradıldı 2 Aprel 2020, 10:34 Karantin qaydalarını pozan 12 sürücü həbs olundu - 1 243 nəfər cərimələndi 2 Aprel 2020, 10:30 Koronavirus testi verən 11 dövlət başçısı - Onlardan 2-si virusa YOLUXUB 2 Aprel 2020, 10:28 Neft 7 faiz bahalaşdı 2 Aprel 2020, 10:26 Prezident sərəncam imzaladı - Yeni nazir müavini TƏYİNATI 2 Aprel 2020, 10:21 Qovaq ağacını kəsdi, cinayət işi başlandı 2 Aprel 2020, 10:16 Qubada xüsusi karantin rejimini pozan şəxslər cərimələndi 2 Aprel 2020, 10:10 Koronavirusa görə devalvasiyaya uğrayan MDB ölkələrinin valyutaları - SİYAHI 2 Aprel 2020, 10:03 Professordan koronavirusa yoluxmaya dair maraqlı AÇIQLAMA: “5%-i ya ölür, ya da…” 2 Aprel 2020, 09:57 Manatın xarici valyutalara qarşı məzənnəsi AÇIQLANDI 2 Aprel 2020, 09:50 Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ 2 Aprel 2020, 09:46 Dövlət Statistika Komitəsi sahibkarlara müraciət etdi 2 Aprel 2020, 09:40 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 2 Aprel 2020, 09:35 Bələdiyyələr niyə qanuzusuzluq edir? DEPUTATDAN CAVAB 2 Aprel 2020, 09:30 Bu ölkədə bir gündə virusdan ölənlərin sayı 1000-i keçdi - SON STATİSTİKA 2 Aprel 2020, 09:24 Çilinin Argentinadakı konsulu koronavirusdan vəfat etdi 2 Aprel 2020, 09:21 Baş Nazir qərar İMZALADI   2 Aprel 2020, 09:16 ABŞ-da 1200-dən çox insan koronavirusdan ölüb 2 Aprel 2020, 09:10 Türkiyədə zəlzələ oldu 2 Aprel 2020, 09:05 İsrailin Səhiyyə naziri koronavirusa yoluxdu 2 Aprel 2020, 09:00 Dünyanın koronavirus STATİSTİKASI: 823626 yoluxma, 40598 ölü... 2 Aprel 2020, 08:51 Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49