Arxiv
27 Noyabr 2019, 08:12 | DİASPOR
Azərbaycanlı professorun Meksikada yaşayan qızı - Onu Ali Sovetin keçmiş sədri ilə nə bağlayır... - FOTOLAR

Meksika dünya ölkələri arasında ərazisinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. Burada 130 milyondan çox insan yaşayır. Bu insanların arasında az da olsa azərbaycanlılar var. Bu gün sizə onlardan biri, 1995-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişən əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor, mərhum Tofiq Qafarovun yadigarı - Lalə Qafarzadə haqqında söhbət açmaq istəyirəm...


Qərib olmaq, vətəndən uzaqda yaşamaq maddi çətinlik deyil, mənəvi sıxıntıdır. Bu sıxıntıya qalib gəlmək çətin olsa da, Lalə xanım onu dəf etməyi bacarıb. Uzun illərdir ki, anası Elmira xanımı yanına - Meksikaya aparıb, birlikdə yaşayırlar. Axı Vətən Ana, Ana Vətən deməkdir...


1961-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1978-ci ildə orta təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində başa vurub. 1978-1984-cü illərdə BDU-nun Şərqşünaslıq fakwltəsində ərəb və rus dilləri üzrə tərcüməçi və müəllim ixtisaslarına yiyələnib. Bir il Əlyazmalar İnstitutunda çalışdıqdan sonra, 1986-1990-cı illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləyib. Arada iki il SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda elmi təcrübə kurslarında iştirak edib. Rusiyada olarkən Moskva Konservatoriyasının tələbəsi, Fernando Karmona adlı bir gənclə tanış olub. 1989-cu ildə ailə qurduqdan bir il sonra Meksikanın Mexiko şəhərinə köçüblər. Amma bu izdivac uzun sürməyib.1996-cı ildə avtoqəza nəticəsində Fernando dünyasını dəyişib...


...Fərhad adında bir oğlu var. 29 yaşındadır. İdman üzrə fotoqrafdır. Hələ ki, ailə qurmayıb...


Lalə xanım Meksikaya gəldikdən sonra üç il övladının tərbiyəsi ilə məşğul olub. 1997-ci ilədək rus dilində fərdi dərslər keçib, tərcüməçilik edib. 1997-ci ildə Meksikanın vətəndaşlığını alaraq, Səudiyyə Ərəbistanın Meksikadakı səfirliyində tərcüməçi işləyib. 2004-cü ilin aprel ayınadək orada çalışıb. 2004-cü ildən bu günədək öz evində ərəb, rus və Azərbaycan dillərini tədris edir. Eyni zamanda, 2010-2017-ci illərdə “Colegio de Mexico”nun Asiya və Afrika Mərkəzinin orta şərq bölümündə magistr tələbələrə ərəb dilindən dərs verib. Bütün bunlardan əlavə o, Meksika hökumətinin "Diario Oficial de la Federacion" adlı rəsmi bülletenində ərəb, rus, Azərbaycan dilləri üzrə tərcüməçidir...


Deyir ki, bir filoloq kimi apastrof işarəsinin ana dilimizdən yığışdırılmasının əleyhinədir: “Bunu tamamilə səhv addım hesab edirəm”...


...Nədənsə Meksikada məskunlaşan soydaşlarımızın sayı çox azdır. Bayramlarda görüşüb əlamətdar günləri bir yerdə qeyd etdiklərini, söyləyir. Azərbaycanın Meksikadakı səfirliyinin fəaliyyətindən razı qaldığını, səfirliyin keçirdiyi tədbirlərdə fəal iştirak etdiyini dilə gətirir. İstəyir ki, dünyada, ölkəmizdə həmişə əminamanlıq olsun. İnsanlar xoşbəxt həyat sürsünlər...


Pianoda ifa etməyi, kitab oxumağı xoşlayır. Meksikanın görməli yerlərini ziyarət etməkdən zövq alır. Asudə vaxtlarını təbiət qoynunda keçirməyə can atır...

P.S. Azərbaycanın ən ünlü qadınlarından biri, mərhum Elmira Qafarova onun dost-doğma bibisi olub. Bibisi uzun illər dövlət qulluğunda, mühüm postlarda çalışıb. İdarəetməni, təşkilati məsələləri dərindən bilib. İnanırıq ki, Lalə xanım da Meksikada məskunlaşan soydaşlarımızı bir araya toplayıb, Azərbaycan naminə yorulmadan işlər görəcək. Axı harada bir azərbaycanlı varsa, orada Azərbaycan da var...

Elman Eldaroğlu,
[email protected]

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov 20 Yanvar 2020, 10:43 Siyavuş Novruzov: “Biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk” 20 Yanvar 2020, 10:35 Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN   20 Yanvar 2020, 10:08 İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi 20 Yanvar 2020, 10:00 Rəşad Camalov seçicilərlə ilk görüşünü keçirib - FOTO 20 Yanvar 2020, 09:54 Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”   20 Yanvar 2020, 09:47 Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO 20 Yanvar 2020, 09:38 20 Yanvardan sonra qaboy yas müsiqi alətinə çevrildi – Kamil Cəlilov: “Şəhidlərin ah-naləsinə qaboyum ağlayırdı” 20 Yanvar 2020, 09:29 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 20 Yanvar 2020, 09:20 Bakıda QƏZA: Xəsarət alan var 20 Yanvar 2020, 09:10 Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb 20 Yanvar 2020, 09:02 Ağcabədidə təhlükəli tapıntı - FOTO 20 Yanvar 2020, 08:53 ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub 20 Yanvar 2020, 08:40 “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 "Tələsmədən işləməliyik" 19 Yanvar 2020, 23:57 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02
SORĞU Yeni parlamentdə kimlər olsun?