Modern.az

Qadınlar Cümşüd Nuriyevdən üzr istəməyi tələb etdilər: “Qeyrətiniz var idisə...”

Qadınlar Cümşüd Nuriyevdən üzr istəməyi tələb etdilər: “Qeyrətiniz var idisə...”

27 Noyabr 2019, 16:13

Qarabağ Azadlıq Təşkilatının (QAT) Qadınlar Şurası keçmiş deputat Cümşüd Nuriyevin qalmaqallı fikirləri ilə bağlı bəyanat yayıb. 

 

Modern.az xəbər verir ki, QAT qadınları Cümşüd Nuriyevdən üzr istəməsini tələb ediblər.

 

"Cümşüd Nuriyev, Sizə bildiririk ki, birinicisi həyatda heç kim nə həyatından, nə də taleyindən sığortalanmayıb ki, ömür boyu sağlam, xoşbəxt, problemsiz bir həyat yaşasın. Həmçinin siz. Siz hardan bilirsiniz ki, sabah sizin qızınızın, gəlininizin və ya həyat yoldaşınızın  başına nə gələcək?

Siz hardan bilirsiniz ki, sabah sizin başınıza nə iş gələcək?

Boşanmaq eyib bir işdirsə, boşanan qadınlar küçə qadınlarıdırsa, deməli bu gün bütün dünyadakı qadınlar hamısı sizin fikrinizcə küçə qadınlarıdır?

Siz hansı haqla qadınları bu cür təhqir edir, bu fikirlə onlara yanaşırsınız?  Əgər siz belə cəsarətli, qeyrətli bir insan idinizsə, niyə siz  özünüz də o vaxt döyüşə getməmisiniz, o vaxt harda idiniz?

Bu gün ermənilər nə qədər iş görür, Qarabağ uğrunda bu qədər mübarizə apardıqları bir vaxtda siz və sizin kimilər özmüzü təhqir edir... Bununla biz nəyə nail ola bilərik?

Əsirlikdə qalmış qız gəlinlərimizin aqibətini bilə -bilə, bu ifadələri işlədən hər hansı bir şəxsi düşüncəsiz, mənəviyyatsız biri adlandırmaq olar. Deməli sizdə nə vətənpəvərlik ruhu var, nə də millətinə qarşı sevgi. Siz və sizni kimilər hər dəqiqə, çox asanlıqla vətənini də xalqını da xaincəsinə sata bilər. Biz Qadınlar adından sizə ar olsun deyirik. Və tələb edirik ki, bütün qadınlardan o cümlədən döyüşdə iştirak etmiş xanımlarımızdan üzr istəyəsiniz. Xatırladırıq ki, bu millətin iki xanım  Milli Qəhrəmanı var, Gültəkin Əsgərova- həkim, Salatın Əsgərova -jurnalist. 6 nəfər cəsur qızımız  döyüşlərdə şəhid olub, neçələri isə yaralanıb, sağalmlığını itirb", - deyə QAT Qadınlar Şurasının bəyanatında deyilir. 

 

Qeyd edək ki, keçmiş deputat Cümşüd Nuriyev AzTV-nin “Əsas məsələ” verilişində cəbhəyə getmiş qadınları təhqir edib. O, cəbhəyə gedən qadınlar haqqında bunları deyib: 

“Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı