Arxiv
29 Noyabr 2019, 15:28 | MƏDƏNİYYƏT
Yaşar Əliyev: “Qızım Ombudsman seçilərkən bir ata kimi sevincdən gözlərim yaşardı” - FOTOLAR

“Qızım Səbinə Əliyevanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev qızı Səbinə Əliyevanın Ombudsman seçilməsinə münasibət bildirərkən deyib.


Yaşar Əliyev çətin və məsuliyyətli işdə qızına uğur arzulayıb:

“Bir ata kimi ümid edirəm ki, Səbinə Əliyeva ona həvalə olunan vəzifənin öhdəsindən gələcək. Bu çətin və məsuliyyətli işdə ona uğurlar arzulayıram”.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin məsələsinə baxılıb.

Bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülmüşdü. 

Səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib.

Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib. Cəmi 1 deputat əleyhinə səs verib.


Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. İxtisasca hüquqşünasdır.

S.Əliyeva hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

3-cü dərəcə Dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutur.
Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır.  İki övladı var.




BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcbari tibbi sığorta ilə bağlı bank kartı BURAXILDI 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22 Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI 19 Fevral 2020, 11:15 Almaniya səfiri: “Azərbaycanla ortaq mədəniyyət mərkəzləri yaradılacaq” - VİDEOMÜSAHİBƏ 19 Fevral 2020, 11:08 “BakuBus”ın sürücüsü  noutbuku sahibinə qaytardı 19 Fevral 2020, 11:02 Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək 19 Fevral 2020, 10:56 Koreyada oxumaq istəyənlərin nəzərinə 19 Fevral 2020, 10:50 BTA-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Goranboyda olub 19 Fevral 2020, 10:45 Prezidentə daha çox müraciət edən “MİRZƏLƏR”  19 Fevral 2020, 10:40 Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF 19 Fevral 2020, 10:34 BANM-nin tələbələri Malayziyada qalib oldular - FOTO 19 Fevral 2020, 10:29 Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI 19 Fevral 2020, 10:23 “Qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsiyik” - Baş konsul 19 Fevral 2020, 10:16 Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib 19 Fevral 2020, 09:59 Daxili orqanında narkotik və psixotrop maddələr keçirmək istədi 19 Fevral 2020, 09:53 Bakıda itkin düşən 2 nəfər tapıldı 19 Fevral 2020, 09:47 Prezidentə ən çox bu rayonların polisindən şikayət edilib - SİYAHI 19 Fevral 2020, 09:41 Daha 2 tələbə koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi 19 Fevral 2020, 09:36 Ən çox şikayət edilən tikinti şirkətləri - Siyahı 19 Fevral 2020, 09:29 Cəbhədə iriçaplı pulemyotlar və snayper tüfəngləri işə düşdü 19 Fevral 2020, 09:22 Ermənilər Qarabağdan Rusiyaya alkoqollu içkilər satır, qazanc götürür - FOTOFAKT 19 Fevral 2020, 09:15 "Brent" markalı neftin qiyməti 58 dolları ötüb 19 Fevral 2020, 08:56 Çində koronavirusdan ölənlərin sayı 2004-ə çatıb 19 Fevral 2020, 08:12 Vəzifəsini düzgün yerinə yetirməyən 64 şəxs işdən çıxarılıb 19 Fevral 2020, 08:00 Bakıda 41 yaşlı kişi intihara cəhd etdi 19 Fevral 2020, 00:48 Pakistan "Raad-2" qanadlı raketini sınaqdan keçirib 19 Fevral 2020, 00:31 İranda 3,8 bal gücündə zəlzələ oldu 19 Fevral 2020, 00:14 "Ərdoğanla birlikdə işləyirik" - Tramp 18 Fevral 2020, 23:54 Almaniyada professor adını qazanmış ilk azərbaycanlı alim 18 Fevral 2020, 23:38 Gürcüstanla Rusiyanı birləşdirən yeganə yol bağlandı 18 Fevral 2020, 23:32 Ukraynada qadın deputat “erməni soyqırımı”nın qəbul olunmasına çalışır – FOTO 18 Fevral 2020, 23:20 Avropa İttifaqının komissarı Azərbaycana gəlir 18 Fevral 2020, 22:59