Modern.az

Hərbi hissələrə hücum edənlər saxlanıldı

Hərbi hissələrə hücum edənlər saxlanıldı

3 Dekabr 2019, 20:17

İranda benzinin qiymətinin artırılması ilə əlaqədar ölkənin bəzi şəhərlərində keçirilən kütləvi etiraz aksiyaları zamanı hərbi hissələrə və polis idarələrinə hücumlar olub.

Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu kimi olaylarda iştirak etməkdə şübhəli bilinən 80 nəfər həbs edilib. Onların bir neçəsinin xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli fəaliyyət göstərərək müvafiq göstərişlər aldıqları iddia edilir.

Bu göstərişlərə əsasən, öyrədilmiş adamlar iğtişaşlar zamanı hərbi hissələrə daxil olub partlayış törətməli və İran ordusunun zəifliyini göstərməli idilər. Həmin şəxslər hərbi hissələrə daxil olmağa cəhd etsələr də, onların qarşısı alınıb. Onlar təhlükəsizlik kameraları vasitəsilə müəyyən olunaraq həbs ediliblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...