Arxiv
5 Dekabr 2019, 16:30 | AKTUAL
QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birgə həyata keçirdiyi 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinə dair məlumatlandırma görüşü təşkil olunub.

Modern.az xəbər verir ki, tədbir SHXÇDX Aparatında keçirilib. Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsi rəisinin müavini, polkovnik Azər Babayev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən danışıb, bu istiqamətdə QHT-lərlə birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qrant müsabiqəsinin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi üçün səmərəli platforma olduğunu deyib. Müsabiqənin “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği”, “Çağırışaqədərki vətəndaşların hərbi xidmətə hazırlanmasına dair təşəbbüslər” kimi aktual mövzulara həsr olunduğunu və bu istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə müvafiq layihələrini həyata keçirməyə əlverişli imkan yaratdığını söyləyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri, elektron xidmətlər barədə ətraflı məlumat verib.

Qrant müsabiqəsinin şərtlərinə əsasən QHT və layihə sənədlərinin qəbulu 2 dekabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:

 1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;

Bu mərhələ dekabrın 30-dək müddəti əhatə edir.

 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;

Bu mərhələ 2020-ci il yanvarın 13-dək davam edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

 3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu mərhələ gələn il yanvarın 15-dən fevralın 15-dək dövrü əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.

 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 25-dən sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə ilk dəfə həyata keçirilən qrant müsabiqəsinin əhəmiyyətindən danışıb. Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verən SHXÇDX-nin müsabiqə çərçivəsində vətənpərvərlik ruhunun yüksəldilməsilə bağlı təqdim olunan layihələrin icrasına dəstəyini əsirgəməyəcəyinə inandığını bildirib.

Sonda QHT təmsilçilərinin sualları cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dəhşətli virusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var - Nazir 27 Yanvar 2020, 12:14 Azərbaycanda bu ərazilərdə yeni məktəblər TİKİLƏCƏK 27 Yanvar 2020, 12:10 Trampdan Messiyə - Dünya məşhurları Kobi Brayanta yas tutur 27 Yanvar 2020, 12:03 Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...” 27 Yanvar 2020, 12:02 Çinin koronavirus yayılmış şəhərindəki azərbaycanlı tələbə: “Burdan çıxmağımıza icazə verdilər...” 27 Yanvar 2020, 11:58 Fransa səfiri Bakı Ali Neft Məktəbində 27 Yanvar 2020, 11:54 DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək 27 Yanvar 2020, 11:48 Növbəti Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri AÇIQLANDI 27 Yanvar 2020, 11:45 Metroda növbəti nasazlıq - Bu dəfə günahkar sərnişinlər deyil 27 Yanvar 2020, 11:44 Məktəblilər üçün avtobuslar təşkil ediləcək 27 Yanvar 2020, 11:40 Ceyhun Bayramov şagird sıxlığı olan məktəblərdən DANIŞDI 27 Yanvar 2020, 11:36 Madər Musayevin Seçki Qərərgahı 10 gündə 27 görüş keçirib - FOTO 27 Yanvar 2020, 11:34 18 yaşlı müğənni 4 “Qremmi” qazandı 27 Yanvar 2020, 11:29 2020-ci ildə Azərbaycanla yanaşı bu ölkələrdə də seçkilər olacaq - TƏQVİM 27 Yanvar 2020, 11:22 AŞPA-da Azərbaycanla bağlı məsələlər müzakirəyə çıxarılacaq 27 Yanvar 2020, 11:16 Deputatlığa namizədlərin sayı AÇIQLANDI 27 Yanvar 2020, 11:10 Maaş artımı həkimlərin “pul yanğısı”nı necə söndürəcək?   27 Yanvar 2020, 11:05 Şəkidə narkotacir saxlanıldı - FOTO 27 Yanvar 2020, 10:58 Sərxoş sürücü sakinləri yol polisi ilə mübahisəyə təhrik etdi 27 Yanvar 2020, 10:51 “Torpaqlarımızı qaytarmaq istəyiriksə...” 27 Yanvar 2020, 10:45 Bu namizədlərin adının üstünə xətt çəkiləcək - MSK 27 Yanvar 2020, 10:38 Neft 60 dollardan ucuz satılır – koronavirusa görə 27 Yanvar 2020, 10:31 Los Ancelesdə Ermənistanı  ifşa edən film nümayiş etdirilib 27 Yanvar 2020, 10:27 Seçki bülletenlərinin çapına başlanıldı 27 Yanvar 2020, 10:21 Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə görüşüb - FOTO - VİDEO 27 Yanvar 2020, 10:15 Lalə Abbasova Xaçmaz camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 10:10 Koronavirusdan ölənlərin sayı 80-ə, yoxulanların sayı 3 minə çatdı 27 Yanvar 2020, 10:05 Novruz Aslanov daha 2 kənddə oldu - FOTOLAR 27 Yanvar 2020, 09:59 Çinə səfəri planlaşdırılan iş adamlarına ÇAĞIRIŞ: “Risk etməyə dəyməz!” 27 Yanvar 2020, 09:52 İcra başçısına yeni 1-ci müavin təyin olundu 27 Yanvar 2020, 09:45 Avtomobillər geri çağırılır - Azərbaycanda isə dillerlər bu informasiyanı gizlədirlər 27 Yanvar 2020, 09:39 Vilayət Eyvazov yol polisinin rəisini işdən çıxardı 27 Yanvar 2020, 09:34 Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Yeddinci söz 27 Yanvar 2020, 09:27 Ermənilər 8 rayonumuzu atəşə tutdu 27 Yanvar 2020, 09:21 Mahmud Abbas Trampın danışıq istəyini rədd edib 27 Yanvar 2020, 09:15
SORĞU Yeni parlamentdə kimlər olsun?