Modern.az

Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü

Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü

Aktual

5 Dekabr 2019, 21:02

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, gorüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair ətraflı fikir mübadiləsi aparıb.

E.Məmmədyarov həmsöhbətini ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında baş tutmuş son görüş barəsində məlumatlandırıb. O, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həll edilməsinin və bu xüsusda, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxardılmasının və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır