Modern.az

Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir

Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir

Aktual

6 Dekabr 2019, 17:38

Xəbər verildiyi kimi, dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük söz ustadı, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə ərazisində bir gündə 650 min ağacın əkilməsi aksiyası keçirilib.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, aksiyada paytaxt Bakının mədəniyyət müəssisələri ilə yanaşı, regional mədəniyyət idarələri də yaxından iştirak edib:

 

"Mədəniyyət işçilərinin, muzey, kitabxana, musiqi məktəbləri, teatr və konsert müəssisələri kollektivlərinin qatıldığı ekoloji aksiya dəyərli təşəbbüs kimi dəyərləndirilir. Hər kəs Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayır.

Mədəniyyət Nazirliyinin regional idarələrinin təşkilatçılığı ilə mədəniyyət ocaqlarının kollektivləri ağac əkini mərasimində rəngarəng mədəni proqram təqdim edərək bu nəcib təşəbbüsü daha da yaddaqalan edirlər.

Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə aparılan genişmiqyaslı yaşıllaşdırma tədbiri olmaqla yanaşı, vətənimizin abadlığına və estetik gözəlliyinə də xidmət edir. Dahi şair İmadəddin Nəsimi poeziyası insanları paklığa, mənəvi kamilliyə səslədiyi kimi, kütləvi yaşıllaşdırma aksiyası da təbiətin saflaşmasına, ekoloji tarazlığın qorunmasına dəyərli töhfədir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır