Modern.az

Xırdalanda yaşayış evində partlayış: ev sahibi ağır yaralanıb  

Xırdalanda yaşayış evində partlayış: ev sahibi ağır yaralanıb  

Aktual

9 Dekabr 2019, 11:43

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu