Modern.az

“Arzu edirik ki, bu rəqəm yüksək olsun” - Məzahir Pənahov

“Arzu edirik ki, bu rəqəm yüksək olsun” - Məzahir Pənahov

Aktual

11 Dekabr 2019, 16:45

Azərbaycada dekabrən 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı bügünə qədər nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

M.Pənahov bildirib ki, vətəndaşların seçkilərə cəlb edilməsi üçün bütün zəruri işlər görülür:

“Biz əlimizdən gələni etməliyik ki, seçicilər fəal şəkildə seçkilərdə iştirak etsinlər. Düzdür, bələdiyyə seçkilərində fəallıq digər seçkilərlə müqayisədə aşağı olur, ancaq biz arzu edirik ki, bu rəqəm yüksək olsun”.

 

M.Pənahov vurğulayıb ki, bütün məntəqələrdə səs vermə üçün yüksək şərait yaradılıb ki, seçicilər maneəsiz gəlib səs versinlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!