Arxiv
13 Dekabr 2019, 11:37 | AKTUAL
17 saylı seçki dairəsi üstündə QALMAQAL - Keçmiş və indiki “ReAl”çıların NARAZILIĞI

"ReAl" Partiyasının eks-məclis başqanı Azər Qasımlı Yasamal rayonu 17 saylı seçki dairəsindən deputatlığa namizədlik verəcəyini deyib.
Bu gün partiyanın üzvü - vəkil Cavad Cavadovun da eyni dairədən namizəd olacağını açıqlayıb.

Bununla da tərəflər arasında narazılıq yaranıb.

Modern.az xəbər verir ki. "ReAl" Partiyasının icra katibi Natiq Cəfərli 17 saylı seçki dairəsi ilə bağlı təşkilatın mövqeyni açıqlayıb.

““ReAl”ın 17 saylı dairədən namiqədinin “Cavad Cavadov olması haqda qərarı biz dekabrın 6-da verdik. Vasif İsmayıl, Fərhad Mehdiyev və Cavad Cavadovla keçirdiyimiz görüşdə kimin hardan gedəcəyini müzakirə edirdik və bu qərara gəldik.
Siyahımızın tədricən açıqlanması haqda da qərar verdik. Dedik ki, ilk təqdimatda Vasif İsmayıl və Elçin Haqverdiyev olacaq, sonra hər gün yeni təqdimatlar olacaq.
Toplantıda İlqar Məmmədov ayrıca vurğuladı ki, 23-cü dairədən bizdən kimsə namizəd olub Azər Qasımlıya mane olmayacaq. O görüşdə Erkin Qədirli də iştirak edirdi.
Cavad Cavadov "17-ci dairə" deyəndə İlqar Məmmədov özü ordan namizədliyini irəli sürmək fikrində olsa da (o dairədə yaşayır), geri cəkilib onu dəstəklədi.
Razılaşdığımız kimi, dekabrın 11-də ittifaqımızın ilk ictimai təqdimatı oldu. Dekabrın 12-də isə Cavad Cavadovu təqdim etdik. Yəni 1 həftə əvvəl gəldiyimiz razılığı gerçəkləşdirdik.
Xatırladım ki, “ReAl”ın qərarvermə prosesindən Azər Qasımlı özü özünü kənarda qoyub, yəni ona partiyadan heç kim çıxartmayıb, özü gedib - qalardı, qərarları birgə verərdik və bu cür rabitəsizlik olmazdı. Xüsusilə də, dediyim kimi, ona mane olmaq niyyətimiz heç olmayıb, hətta əksinə - özümüz ona keçmiş münasibətlər xatirinə yardım göstərməyi düşünürdük. 23-cü dairədə ona imzatoplamada kömək edəcək üzvlərimiz də var, onlarla da danışmışdıq və İlqar bəy dairələri açıqlayanda 23-cü dairə siyahıda yox idi.
Biz ciddi siyasi mübarizədəyik, bəzi insanlar isə həvəslə qərəzi bir-birinə qarışdırırlar - bu təəssüf doğurur. Daha bir məsələ odur ki, 17-ci dairədən 3 əla namizəd olsa - hörmət etdiyim Bəxtiyar Hacıyev də o dairədən namizəd olmaq istəyir-  bütün dairəni seçkiyə kökləməyə imkan artacaq, ən azından o dairəni hakimiyyətin əlindən qoparmağa böyük şans yaranacaq. Məsələyə bu pəncərədən də baxmaq olar. Əsas odur ki, seçki ab-havasını məmləkətə gətirməyə nail olduq. Bu isə artıq kiçik və ilkin qələbədir”.

Sözügedən məsələ ilə bağlı A.Qasımlı bildirib ki, iki gün əvvəl Erkin Qədirli ilə görüşüb: "O, məndən hansı dairədən namizəd olacağımı soruşdu. Mən də 17 saylı Yasamal dairəsini bildirdim. Elə ordaca Erkin “ReAl”dakılara bu barədə mesaj da göndərdi. Həmin gün günorta dairədən sənədlərimi götürüb namizədliyimi elan etdim. Bundan sonra Bəxtiyar Hacıyevlə yazışdıq və o, mənə həmin dairəni nəzərdən keçirdiyini dedi. Lakin mən onun seçkilərə qatılmayacağını düşünürdüm. Əgər Cavad bəy və Bəxtiyar bəy məndən əvvəl namizədliklərini irəli sürsəydilər, mən həmin dairəni seçməzdim. Çünki hər ikisinə böyük hörmətim var və mənim bu seçkilərdə rəqibim hakimiyyətin namizədidir. Bu məsələdə yersiz atmacaları və oyunbazlığı isə ümumi prosesə bağışlayıram".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xaricdə yaşayan vətəndaşlarımız parlament seçkilərində səs verə biləcəklər? 23 Yanvar 2020, 13:03 Rüşvətə görə həbs edilən keçmiş hakimdən YENİ XƏBƏR 23 Yanvar 2020, 12:58 36 min qaçqın Türkiyə sərhədinə doğru irəliləyir 23 Yanvar 2020, 12:52 Azərbaycanda şahmat məktəbinin direktoru narkotiklə TUTULDU 23 Yanvar 2020, 12:48 Eks-müdafiə naziri Aprel döyüşlərinə görə ifadə verəcək 23 Yanvar 2020, 12:42 Niyazi Bayramov Gəncənin Şıxzamanlılar qəsəbəsinin sakinləri ilə görüşüb 23 Yanvar 2020, 12:36 Putinlə Netanyahu arasında görüş başladı 23 Yanvar 2020, 12:31 Qoşa Qala qapılarının restavrasiyası başa çatıb - Əsgər Ələkbərov 23 Yanvar 2020, 12:25 20 Yanvar şəhidlərinin ailələri narazılıq etdi - Nazirlik cavab verdi 23 Yanvar 2020, 12:20 Ermənilər bu dəfə Şuşa qalasının tarixi görkəmini dəyişmək istəyir 23 Yanvar 2020, 12:13 İçərişəhərdə virtual muzey istifadəyə verilir 23 Yanvar 2020, 12:11 Fəzail Ağamalı seçicilərlə növbəti görüşünü keçirib - VİDEO 23 Yanvar 2020, 12:11 “Korona” virusunun Azərbaycanda yayılma təhlükəsi var - Baş infeksionistdən XƏBƏRDARLIQ 23 Yanvar 2020, 12:05 Beş «Qremmi» laureatı Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək 23 Yanvar 2020, 12:01 Hesablama Palatası ARDNF-ə əlavə qızıl almağı tövsiyə etdi 23 Yanvar 2020, 11:59 Vətəndaşları Qarabağa gələn ölkələrə rəsmi Bakıdan XƏBƏRDARLIQ 23 Yanvar 2020, 11:57 400-dən çox turizm mütəxəssisi Azərbaycana gəlir 23 Yanvar 2020, 11:51 Xınalıqa yeni avtomobil yolu çəkilir - FOTO 23 Yanvar 2020, 11:45 İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb - FOTO 23 Yanvar 2020, 11:39 Birinci vitse-prezident Qusmanı təbrik etdi 23 Yanvar 2020, 11:38 Baş Prokurorluq şadlıq sarayındakı ölümlə bağlı açıqlama YAYDI 23 Yanvar 2020, 11:34 İnkişafın davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq! 23 Yanvar 2020, 11:33 Parlament seçkilərini izləmək üçün 210-dan çox beynəlxalq müşahidəçi gələcək 23 Yanvar 2020, 11:31 Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb - VİDEO 23 Yanvar 2020, 11:28 Azərbaycanda 83 əcnəbiyə qaçqın statusu verilib 23 Yanvar 2020, 11:26 Dövlət Miqrasiya Xidməti migrationto.az saytını təqdim etdi 23 Yanvar 2020, 11:20 Bakıda kişi qadına 16 bıçaq zərbəsi vurub qaçdı 23 Yanvar 2020, 11:17 Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü 23 Yanvar 2020, 11:13 Zahid Oruc İlqar Məmmədova cavab olaraq BMT-ni çağırdı 23 Yanvar 2020, 11:06 “İnsanları aldadıb, seçkini hörmətdən salıb...” - "Belə də partiya sədri olar?" 23 Yanvar 2020, 11:00 Ölkədə yaşayan əcnəbilərin sayında artım var - Vüsal Hüseynov 23 Yanvar 2020, 10:54 Bu təşkilatlar seçkilərdə exit-poll aparmaq üçün müracit edib - MSK 23 Yanvar 2020, 10:48 Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 23 Yanvar 2020, 10:42 Dünyanın iki üzünü bir ayara gətirən FOTOLAR 23 Yanvar 2020, 10:40 Qarabağa səfər edən əcnəbilərin STATİSTİKASI:  Minsk qrupu “üçlüyü”nün vətəndaşları liderdir 23 Yanvar 2020, 10:35
SORĞU Yeni parlamentdə kimlər olsun?