Modern.az

Senatın “erməni soyqırımı” ilə bağlı qərarı türk deputatları HİDDƏTLƏNDİRDİ

Senatın “erməni soyqırımı” ilə bağlı qərarı türk deputatları HİDDƏTLƏNDİRDİ

Dünya

13 Dekabr 2019, 16:25

“Türkiyə lobbisini dünyanın bütün ölkələrində gücləndirilməliyik, bizə qarşı təşviqat xarakterli kampaniya var”.

Bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin AKP-çi deputatı Şamil Ayrım bildirib. O, ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanımasının Türkiyə tərəfindən hiddətlə qarşılandığını deyib:


“İndi dünyada Türkiyənin əleyhinə yürüdülən təşviqat xarakterli kampaniya var.  Kampaniyanın da əsas məqsədi Türkiyənin günahkar obrazının yaradılmasına istiqamətlənib. Qondarma “erməni soyqırımı”nı Türkiyənin adına yazaraq, bizim haqq-hüquqlarımızı heçə saymaq və Türkiyəni zəif düşürmək istəyənlər kifayət qədərdir. Bütün Türkiyə Senatın atdığı addıma qarşıdır. Ölkədə fəaliyyət göstərən müxalifət və iqtidar partiyaları bu məslədə eyni münasibəti sərgiləməkdədir. Erməni və yəhudi lobbisinin tək ABŞ-da yox, bütün dünyada aktiv olmağının  şahidiyik. Türkiyənin bu məsələdə bir qədər zəif olduğu isə göz qabağındadır. Çalışıb biz də lobbiçiliyimizi dünya ölkələrində, ələxüsus güc mərkəzlərində gücləndirməliyik”.

Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel ölkəsinin etmədiyi bir səhvə görə dünya tərəfindən günahlandırılmasına yol verməyəcəklərini bildirib:


“ABŞ Senatının qondarma “erməni soqyrımı”nı tanıması haqqında qərarını biz ciddiyə almırıq. Bizim üçün tarixdə olmayan “erməni soyqırmı” sadəcə boş bir anlayışdır. “Erməni soyqırımı” siyasətçilərin yox, tarixçilərin ortaya atdığlı bir məsələdir. Əgər gerçəkdən soyqırımı olubsa, bizə mənbə, fakt göstərsinlər. Bir qrup siyasətçinin dünyada “erməni soyqırımı”nı qəbul etdirmə iddiası tamamilə əsassızdır. Türkiyənin Xarici İşlər Nazirliyi bu qərarla bağlı rəsmi görüşlər də keçirəcək. Çalışacağıq ki, ABŞ Senatının qəbul etdiyi bu qərar ABŞ-Türkiyə münasibətlərinə xələl gətirməsin.
Dünya ölkələrinin parlamentlərində qondarma “erməni soyqırımı” əleyhinə aktiv olaraq təbliğat işləri aparırıq. Əksinə, bütün dünya Ermənistanın işğalçı rejimini tanımalı, törətdiyi qətliamlarla tanış olmalıdır. İllərdir ki, Ermənistanın Türkiyəyə ərazi iddiasının olduğu, “Böyük Ermənistan” qurmaq xəyalı ilə yaşadığı hamıya məlumdur.
Türkiyə diasporu Qarabağın sülh yolu ilə qaytarılması üçün əlindən gələni edir. Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq gəncliyi, siyasəti ilə qondarma “soyqırımı”na qarşı gedəcək və işğal olunmuş torpaqları geri qaytarmaqdan ötrü əlindən gələni edəcək”.

Qeyd edək ki, ötən gün ABŞ Senatı qondarma  "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir