Arxiv
13 Dekabr 2019, 18:05 | AKTUAL
Bakıda polisə silah çəkənlər tutuldu

Daxili işlər orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində baş verən bir neçə cinayət faktının üstü “isti” izlərlə açılıb.


DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib. Qeyd edək ki, saxlanılan zaman onlar polis əməkdaşlarına da müqavimət göstəriblər. Bölmədə araşdırma aparılan zaman onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və qohumu  Mahmud Məmmədov olmaları müəyyən ediliblər.


Hər iki şəxs barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin  xuliqanlıq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Keçirilən daha bir əməliyyat zamanı isə polis əməkdaşlarına qarşı odlu silahdan istifadəyə cəhd göstərən şəxs tutulub.


Belə ki, dekabrın 12-də Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən mağazalardan birindən  2500 manat dəyərində tütün məmulatları, danışıq kartları və ərzaq məhsulları naməlum şəxslər tərəfindən oğurlanıb. Mağazanın sahibi baş verən hadisə barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.  Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxslərdən biri Bakı şəhər sakini Kamran Səfərəliyev saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, Kamran Səfərəliyevlə bərabər oğurluq hadisəsində əvvəllər Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, qanunsuz olaraq üzərində odlu silah gəzdirmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə maddələri ilə dəfələrlə məhkum olunmuş Sabunçu rayon sakini Elşad Məmmədov da iştirak edib. Eyni zamanda Elşad Məmmədovun daimi olaraq üzərində odlu silah gəzdirməsi barədə  məlumat daxil olduğundan xüsusi əməliyyat qrupu yaradılıb və onun  Sabunçu rayonu ərazisində olduğu müəyyən edilib.

Qeyd edək ki, Elşad Məmmədov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edərək üzərində olan odlu silahı atəş vəziyyətinə gətirib və bu zaman polislərin çevikliyi sayəsində o, dərhal zərərsizləşdirilərək tutulub. Saxlanılan zaman Elşad Məmmədovun  üzərindən “Makarov” tipli tapança, 3 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində  Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət Miqrasiya Xidməti migrationto.az saytını təqdim etdi 23 Yanvar 2020, 11:20 Bakıda kişi qadına 16 bıçaq zərbəsi vurub qaçdı 23 Yanvar 2020, 11:17 Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü 23 Yanvar 2020, 11:13 Zahid Oruc İlqar Məmmədova cavab olaraq BMT-ni çağırdı 23 Yanvar 2020, 11:06 “İnsanları aldadıb, seçkini hörmətdən salıb...” - "Belə də partiya sədri olar?" 23 Yanvar 2020, 11:00 Ölkədə yaşayan əcnəbilərin sayında artım var - Vüsal Hüseynov 23 Yanvar 2020, 10:54 Bu təşkilatlar seçkilərdə exit-poll aparmaq üçün müracit edib - MSK 23 Yanvar 2020, 10:48 Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 23 Yanvar 2020, 10:42 Dünyanın iki üzünü bir ayara gətirən FOTOLAR 23 Yanvar 2020, 10:40 Qarabağa səfər edən əcnəbilərin STATİSTİKASI:  Minsk qrupu “üçlüyü”nün vətəndaşları liderdir 23 Yanvar 2020, 10:35 Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı HƏBS EDİLDİ 23 Yanvar 2020, 10:30 Eldar Əzizovdan tələb: Xərclənən vəsait barədə ictimaiyyətə məlumat verilsin 23 Yanvar 2020, 10:24 Rüşvətə görə işdən qovulan polis öldü - FOTO 23 Yanvar 2020, 10:17 ADU-da Çin Yeni ili qeyd olunub 23 Yanvar 2020, 10:14 Kamran Bayramov Şəmkirin iki kəndinin sakinləri ilə bir araya gəlib - FOTOLAR 23 Yanvar 2020, 10:08 Novruz Aslanov dörd kəndin təhsil işçiləri ilə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 10:02 Seçki tarixində ilk: Deputat videohesabatında aparıcı oldu 23 Yanvar 2020, 10:01 Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı - FOTO 23 Yanvar 2020, 09:57 Vulkan püskürməsi zamanı ölü sayı 20-yə çatdı 23 Yanvar 2020, 09:50 Qatarlara bilet satışında dəyişiklik EDİLDİ 23 Yanvar 2020, 09:46 Nazirlik rəsmisi Prokurorluğa göndərilən materialların çoxluğuna aydınlıq gətirdi 23 Yanvar 2020, 09:43 Gəncədə 10-cu sinif şagirdi itkin düşdü 23 Yanvar 2020, 09:36 “Azəriqaz” xəbərdarlıq etdi: Bu ərazilərdə qaz olmayacaq 23 Yanvar 2020, 09:35 İlham Əliyev tanınmış jurnalisti təbrik etdi 23 Yanvar 2020, 09:30 Argentinanın Azərbaycandakı səfiri futbolumuz barədə: “İstəsəniz Argentina razılıq verəcək” – MÜSAHİBƏ 23 Yanvar 2020, 09:25 Prezident Mixail Qusmanla bağlı sərəncam imzaladı 23 Yanvar 2020, 09:20 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Beşinci söz 23 Yanvar 2020, 09:14 “Bizimkilər” Elnarə Kərimova:Uşaqlarımdan utanıram, onlara “mən işləyirəm, sən böyüməyə tələs” demək olmaz”   23 Yanvar 2020, 09:08 Cəbhədə iriçaplı pulemyotlar və snayper tüfəngləri işə düşdü 23 Yanvar 2020, 09:02 Yeni virusa görə karantin elan olundu 23 Yanvar 2020, 08:27 Dondar Quşçuda bədbəxt hadisə 23 Yanvar 2020, 00:46 Sabirabadda məskunlaşan köçkünlərdən Vüqar Bayramova dəstək - FOTOLAR 23 Yanvar 2020, 00:33 Gəncədə poliklinikada yanğın 23 Yanvar 2020, 00:14 Türkiyədə güclü zəlzələ: insanlar küçələrdə 22 Yanvar 2020, 23:56 İlham Əliyev İsveçrə Prezidenti ilə müzakirə apardı - FOTO 22 Yanvar 2020, 23:22
SORĞU Yeni parlamentdə kimlər olsun?