Modern.az

İradə Cavadova da deputatlığa namizəd oldu

 İradə Cavadova da deputatlığa namizəd oldu

Aktual

15 Dekabr 2019, 22:19

Tanınmış vəkil İradə Cavadova da fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb.

“Bu gün qələbəyə layiq daha bir müstəqil namizəd REAL Cümhuriyyətçilər İttifaqına rəsmən qoşuldu. Tanınmış vəkil, hüquq elmləri namizədi İradə Cavadova 25 saylı Nizami seçki dairəsində mübarizə aparacaq”, - Məmmədov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır