Arxiv
20 Dekabr 2019, 13:48 | AKTUAL
Bethovenin 250 illiyinə dəvət

“Ay işığı” sonatasını ilk dəfə Qretanın ifasında eşitmişəm. Altı, ya yeddi yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi. Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı.

 

Sonra o musiqini illər uzunu çox eşitdim: kirayəçi qızlar dəyişsə də, “aylı sonata” evimizi tərk eləmədi.

 

***

 

Üç il olar, uşaqları Vyanaya gəzməyə aparmışdım. Bethovenin ev-muzeyində onu bir də dinlədim. Bəstəkarın muzeyi bir andaca çönüb evimiz “olmuşdu”: huşum artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getmişdi.

 

Kosmik fəza kimi bir boşluğa düşmüşdüm. Heç nə eşitmirdim. Bethovenin özü kimi kar idim. Ancaq gözüm görürdü. Elə bil, onun musiqisini dumanın, tüstünün yerdən qalxan halı kimi görürdüm, yağışdan islanan torpağın ətri kimi duyurdum.

 

Bunu da oxu: Vyanada Şuşalı günlər

 

***

 

Deyirlər, musiqini gecə dinləmək yaxşıdı. Elə konsertlər də bir qayda olaraq axşamlara salınır. Amma mən böyük həvəslə bu qaydanı pozardım. Səhərlər musiqi səsinə oyanmaq qədər gözəl nəsə varmı? Mənim o sabahlarımın yerində, görəsən, indi hansı səhərlər açılır?

 

Bethovenin piano dillərindən qopub ürək titrədən “aylı sonata”sı yatanlar oyanmasın deyə barmaq ucunda çölə axır, baharın ilıq sübh nəfəsini elə bu gecə çiçəkləyən armud ləçəklərinin qoxusu ilə birlikdə içinə çəkib yuxarı mərtəbəyə qalxır, açıq pəncərədən ruh kimi yatmış bədənə hopur… İlahi, o anları mənmi yaşamışam? O səhərləri mənmi açmışam?

 

Musiqini səhərlər ifa edərlər – hava hələ çirklənməmiş, sular dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, …ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda…

 

“Ruhlar şəhəri”ndə bu sözləri yazarkən yaşadığım duyğuların eynisiydi o muzey-evdə keçirdiyim hisslər.

 

***

 

Bethoveni Tarkovskinin “Nostalgiya” filmində bir başqa yandan tanıdım. Burada o “Ay işığı”nı həsr etdiyi Cülyetta Qviççardinin aşiqi Lüdviq yox, Tanrını sorğu-suala çəkən müdrik filosofuydu.

 

Böyük rejissor öz möhtəşəm filmində dahi bəstəkarın 9-cu simfoniyasından vəsfəgəlməz parçalar səsləndirmişdi. Nə qədər axtarsam da, sehrinə düşdüyüm o simfoniyanı Ağdamda tapıb dinləyə bilmədim. Ona yalnız tələbə vaxtı Bakıda rejissor dostum Şahin Sinariyanın evində sabahacan uzanan məhrəmani bir məclisdə qulaq asdım. İndi Parisdə yaşayan Şahinin o vaxt gözəl valları vardı.

 

Daha sonralarsa onun şəxsiyyətinə heyran olacaqdım. “Etiraz – ləyaqətin bir başqa adı” yazısında Bethovenin şəxsiyyətdən yazacaqdım. Monarxiyaya son qoyub respublika qurmuş Napoleona simfoniya həsr etməsindən, tirana çevrildiyini biləndə isə qəzəblə “Napoleon” adını simfoniyanın partiturasından silməsindən, Avropanın despotik dönəmində heç bir krala baş əyməməsindən bəhs edəcəkdim.

 

Bunu da oxu: “Etiraz – ləyaqətin bir başqa adı”

 

***

 

Bu gün isə sadəcə sizə uşaqlığımın ən şirin çağlarını – ömrün “aylı sonata”yla keçən illərini yada salan musiqidən danışmaq istədim. Elə bilin sizi Bethovenin konsertinə dəvət edirəm. Özü də 250 illiyi bütün dünyada qeyd edilən bir gündə. Gəlin, hamınızı gözləyəcəm!

 

Konsertin yerini tanıyırsınız, təzə gələnlərə də nişan verin. Deyin, Ağdamdakı evimizə, qara piano olan otağa yığışacayıq. Otağın balacalığından qorxmayın, hamıya yer olacaq…

 

Vahid Qazi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozaran dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58