Modern.az

Bu deputatlar seçkiyə getmədilər

Bu deputatlar seçkiyə getmədilər

Parlament

10 Yanvar 2020, 11:13

Beşinci çağırış Milli Məclisin daha iki deputatı Aytən Mustafazadə və Kamran Nəbizadə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Kamran Nəbizadə Modern.az-a açıqlamasında namizədliyini irəli sürmədiyini bildirib:

 

“Budəfəki seçkilərdə iştirak etmirəm. Namizədliyimi də irəli sürməmişəm”.

 

Aytən Mustafazadə ilə əlaqə saxlamaq mümkün olmadığından Dairə Seçki Komissiyasına müraciət etdik. 16 saylı Yasamal ikinci seçki dairəsindən saytımıza bildirilib ki, budəfəki seçkilərdə Aytən Mustafazadə iştirak etmir:

 

“Aytən Mustafazadə DSK-ya sənədlərini təqdim etməyib. O, seçkilərdə iştirak etməyəcək”.

 

Qeyd edək ki, Kamran Nəbizadə 107 saylı Qazax seçki dairəsindən, Aytən Mustafazadə isə 16 saylı Yasamal ikinci seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı olub. Hər iki deputat bitərəf idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır