Arxiv
13 Yanvar 2020, 09:20 | MƏDƏNİYYƏT
"Axırıncı aşırım", "İstintaq", "Şirbalanın məhəbbəti"ndəki Dadaş Kazımov, qadınlardan uzaq qaçan, hamıdan gizli ölən sənətkar

Dadaş Kazımov rus dilini mükəmməl bilməsi  və savadı ilə bütün həmkarlarından seçilirdi… 

 

O, filmlərdə daha çox epizodik rollar canlandırıb, daha çox tamaşalarda gördüyümüz aktyor ifa etdiyi bütün rollara həyat verməyi bacarıb.

Söhbət "Axırıncı aşırım" (Komsomolçu), "İstintaq" (çəkməçi), "Şirbalanın məhəbbəti" (Şirbalanın əmisi) və neçə-neçə film və tamaşalarda kiçik amma unudulmaz rollar ifa edən aktyor Dadaş Kazımovdan gedir.

Modern.az bu dəfə “Yaddan çıxmış sənətkarlar” layihəsində aktyor Dadaş Kazımovdan bəhs edib.

 

Arayış: Dadaş Kazımov 25 noyabr 1923-cü ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini tamamladıqdan sonra həvəskar olaraq çəkilişlərdə iştirak edən aktyorun ilk iş yeri Musiqili Komediya Teatrı olub. Müxtəlif dövrlərdə kinostudiyada çəkilişlərə dəvət alaraq epizodik rolları canlandırıb. 60-a yaxın filmdə bir çox rollara həyat verən aktyor film tarixində epizodik rol ifaçısı kimi xüsusi yer tutur.  “Bir cənub şəhərində” , “Bizim Cəbiş müəllim”, “Cansıxıcı əhvalat”  “Cin mikrorayonda” “Çexski unitaz”,“DHD”, “ Əgər bir yerdəyiksə” kimi xeyli filmdə bir-birindən maraqlı rollar canlandırıb.

Dadaş Kazımov 1992-ci  6 avqust 68 yaşında infarkt səbəbi ilə dünyasını dəyişib.

 

 

Aktyorla bağlı xatirələrini bölüşən əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov  Dadaş Kazımovun xüsusi istedadının olduğunu deyib:

“Dadaş Kazımovla tanışlığımız kinostudiyada olub, amma o ömrünün axırınadək Musiqili Komediya Teatrında çalışıb. Kinoda da belə idi ki, xarakterik obrazları canlandıracaq aktyorları teatrdan dəvət edirdik. Həmin xarakterik obrazları canlandırmaq üçün Dadaş Kazımov ən ideal seçimlərdən biri idi. Aktyor kimi o çox ziyalı adam idi, demək olar ki, hər sahədən xəbərdar idi, dünyagörüşlü olması ilə bütün kollektivdə seçilirdi. Özünə qarşı xüsusi diqqət və qayğı gözlədiyi kimi başqalarından da diqqətini əsirgəmirdi. Hər zaman dava-dalaşdan, söz-söhbətdən uzaq olmağa çalışırdı”.

 

O çox gözəl bilirdi ki, baş rollar onluq deyil…

“Düzdür, böyük rolları canlandırmırdı, amma canlandırdığı rollara həyat verməyi ustalıqla bacarırdı. Yəni, olduğu filmlərdə onu fərq etməmək mümkün deyildi. Necə deyərlər, “Rolun böyük-kiçiyi olmur, aktyorun böyük-kiçiyi olur” məsələni o, şəxsində göstərirdi. Həqiqətən də baxmayaraq ki, rusdilli idi, lakin çəkiliş zamanı bunu qətiyyən hiss etməzdin. Rus dilini bilməsi həm də onun üstünlüyü idi. Məsələn, xarici ölkələrə səfərə gedəndə Azərbaycanı layiqincə təmsil etməyi bacarırdı, fikirlərini daha rahat çatdıra bilirdi. Elə buna görə də xarici vətəndaşlar,  yəni, onu seyr edənlər də Dadaş Kazımova vurğun idi”.

 

Heç vaxt ad almaq kimi arzusu olmayıb, fikrini ancaq işinə yönəldirdi…

“Bilirsiniz, indiki zamanda aktyorların çoxu işi bir kənara buraxıb şan-şöhrət, ad arxasıyca gedir. Lakin o vaxtlar vəziyyət fərqli idi. Məsələn, elə Dadaş Kazımovun heç vaxt  ad almaq, mükafatla təltif olunmaq kimi bir istəyi olmayıb. Rəhmətlik, çox sadə adam idi, qarışqa kimi ancaq işi ilə məşğul idi. Baxmayaraq ki, işinə uyğun pul alıb, diqqət görmürdü, amma bir dəfə də olsun onun maddiyyatdan gileyləndiyini görmədik. Dediyim kimi hər şeyə qane olan adam idi. Üzündə həmişə gülüş olurdu, danışıb-gülməyi, zarafat etməyi sevirdi. Ancaq hər şeyin yerini bilirdi, uşaqla uşaq böyüklə böyük olmağı bacarırdı”. 

 

 

Dadaş Kazımovun teatrda qadın həmkarı olan aktrisa Emma Məlikova isə deyir ki, Dadaş Kazımov qadınlara qarşı xüsusi diqqətli olub:

“Dadaş müəllim məndən yaşca böyük idi. Elə də yaxın deyildik, amma bir iş yoldaşı kimi yaxşı münasibətimiz var idi. Bilirsiniz, o qadınlarla çox yaxınlıq etməzdi, ammma teatrda bütün qadınlar onun xətrini çox istəyirdi. Çünki bir dəfə də olsun ondan  artıq davranış, kobudluq görməmişdik. Əksinə, alicənablığı, diqqəti və mülayimliyi ilə digər kişi həmkarlardan seçilirdi. Demək olar ki,onun qadın dostu tək Nəsibə Zeynalova idi. Bu da tez-tez eyni səhnəni paylaşmaqlarından irəli gəlirdi. Xasiyyətindən danışmayım, da... Nəsibə Zeynalovanın dostu necə olar ki? Zarafatcıl, həyat dolu və işinə vurğun idi. İşə hamıdan tez gəlib, hamıdan gec gedirdi. Baxmayaraq ki, yaşı çox idi, amma inanın ki, gənclərdən daha həvəsli və məsuliyyətli idi. Bəzən tamaşanın başlamağına 1 saat qalmışdan artıq qrimlənib hazır dayanırdı. Sənətini çox sevirdi, məsuliyyətli olması da bundan irəli gəlirdi. Gənclərlə də arası yaxşı olub, bildiklərini öyrətməkdən çəkinməzdi. Elə gənclər də nəsə çətinliyi olan kimi Dadaş müəllimə yaxınlaşırdı. Çünki çox təmkinli, mülayim adam idi. Bəzən bir şeyi 10 dəfə izah etməli olurdu, amma əsəsbləşmədən, sevə-sevə. Elə bu sakitliyi, mədəniliyi də bütün kollektivin, xüsusilə gənclərin onu sevməsinə səbəb olmuşdu”.

 

 

Həyat yoldaşı kimi ideal görünürdü, bir-birlərini çox sevirdilər…

“Dadaş Kazımov ailəsi haqqında çox danışmazdı, nə də ki, onunla gediş-gəlişim yox idi, deyə övladları haqqında elə bir məlumatım yox idi. Bir dəfə onun xanımı teatra gəldi. İnanın mənə, kənardan Dadaş müəllimi tanımayan insan da baxıb başa düşə bilərdi ki, xanımını necə sevir.

Biri-birləri ilə danışıqları, zarafatları aralarında möhkəm bağın olmasına əyani sübut idi. Xanımı nə işlə məşğul idi bilmirəm, amma dəqiq bilirəm ki, sənət adamı deyildi. Dadaş Kazımovun xanımına vurğunluğunu elə onun sadiqliyindən də bilmək olardı. Yəni, bilirsiniz bu  sənət elədir ki, kişilərin ətrafında qadınlar, ələxsus gözəl qadınlar çox olur. İstər-istəməz həmin qadınlara vurğunluğun olması qaçılmazıdır. Amma Dadaş Kazımov çox başıaşağı adam idi, yəni bir dəfə də olsun onun hansısa xanıma gözucu baxdığını görmədik”.

 

 

Dadaş Kazımovun gənc dostu, Azərbaycanın əməkdar artisti Novruz Qartal deyir ki, Dadaş Kazımovla aralarında yaş fərqi çox olsa da, möhkəm dost olublar:

“Dadaş Kazımovla 1967-ci ildə Musiqili Komediya Teatrında tanış olmuşam. Bir yerdə eyni səhnəni çox bölüşmüşük, səfərlərə çox getmişik. Məndən xeyli böyük olsa da, dostluğumuz yaxşı tuturdu. Çünki Dadaş Kazımov gənclərlə yaxşı yola getməyi, bizim əslində nə istədiyimizi yaxşı bilirdi. Onun kimi insanlar indi demək olar ki, yoxdur. Bu gün də mən bir çox şeydə ona borcluyam.  Xaraktercə çox mülayim biri idi, heç kimlə işi olmazdı. Cavan olsun, qoca olsun, hamıyla mehriban danışırdı. Dilindən “can” kəlməsi düşməzdi. Adətən xarakterik obrazları canlandırıb. Milyonçu tamaşasında “Dilənçi” rolunu çox əla canlandırırdı.

“Həmişəxanım”, “Ləpələr”  kimi tamaşalarda daimi olaraq o xarakterik obraz canlandırıb. Adətən ömrünün son illərində tamaşalarda “çəkməçi” rolunu daha çox ifa edib. O obraz onda çox yaxşı alınırdı. Bəzi filmlərdə də biz onun hansısa peşə, sənət ustası olduğunu görə bilərik. Artıq ömrünün son illərində demək olar ki, kinoda çəkilmək üçün ona çox təklif gəlirdi. Çünki o vaxt yaşlı aktyor az olduğu üçün yaşlı sənətkarlara çox ehtiyac duyulurdu. Kinoda çox çəkildiyi üçün bir qədər teatrdan uzaq düşdü, amma ömrünün son gününədək teatra gəlib-getdi”.

 

Yeyib- içən, şən adam idi, xeyir işlərdə başda o gedirdi…

“İstər xeyir iş oldu, istərsə də şər mərasimi Dadaş Kazımov orada hamıdan fəal iştirak edirdi. Yəni bir sözlə, əsl məclis adamı idi. Toyda, bayramda ortalıqdan çıxmazdı. Elə bil real həyatdakı sakit adam deyildi. Yaxşı rəqs etməyi, məclisi ələ almağı var idi. Hamı elə ortamlarda istəyirdi ki, Dadaş Kazımovla yan-yana əyləşsin. Çünki zarafatından, deyib-gülməyindən qalan deyildi. Hansısa məclisdə kimsə sakit, bir kənarda oturardısa, gedib qolundan çəkib rəqs etməyə çağırırdı. Deyirdi ki, mən olan yerdə kimsə kefsiz, qəmgin dayana bilməz”.

 

 

Heç vaxt xəstəlikdən gileylənməyib, ölümü də səssiz oldu

“Yaşlı olsa da necə deyərlər, “min cavana dəyirdi”. İstər işində, istərsə də işdən kənardakı həyatında çox aktiv idi. Biz gənc idik, amma inanın mənə o bizdən daha gümrah, nikbin  olurdu. Bəzən tamaşanın başlamağına 2 saat qalmış gəlib dayanırdı qrim otağında, məşq edirdi. Bizi də əvvəldən çağırırdı ki, məsləhətlərini versin. İstəmirdi ki, səhnədə hansısa səhvə yol verək. Nəsə bilməyəndə kömək almaq üçün ağlımıza gələn ilk adam Dadaş Kazımov olurdu. Çünki bəzən bir səhnəni 10 dəfə özü şəxsən oynayıb bizi başa salırdı. Yəni səbirli idi, işinə vurğun idi. Bəlkə də deyərdim ki, ətrafında yaşlı aktyorlardan daha çox gənclər olardı.  Xəstə olmazdı, nasaz olanda da bir gün əvvəldən işdə hamıya xəbər verirdi ki, səhərisi gün işə gəlməyəcək. Bu da onun məsuliyyətindən irəli gələn bir məsələ idi. O öləndə də səssiz öldü. Yəni, kimsə onu xəstə, halsız görmədi. Avqust ayında dünyasını dəyişdi. Onda biz məzuniyyətdə idik deyə, dəfnində iştirak edə bilmədik. Məzuniyyətdən qayıdanda xəbər tutduq ki, Dadaş Kazımov dünyasını dəyişib. Ailəsindən də heç kimi tanımırdıq ki, bizə onun ölüm xəbərini çatdırsın. Bütün kollektiv bu xəbərə çox üzülmüşdü. Sanki ailədən biri dünyasını dəyişmişdi, dostumuzu, böyüyümüzü itirmişdik”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:13 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51 İt dişləməsindən ölən şagirdlə bağlı AÇIQLAMA: “Poliklinikaya getməyib” 25 Yanvar 2020, 15:40 Azərbaycanda ödənişli xidmətlərin dəyəri rekord vurub 25 Yanvar 2020, 15:29  Könül Nurullayeva: "Seçicilərimi əl-ələ verib birgə çalışmağa səslədim” - FOTOLAR 25 Yanvar 2020, 15:24 AŞPA-da 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək 25 Yanvar 2020, 15:20 Prezident zəlzələ bölgəsindəki azərbaycanlı tələbələrlə bağlı TAPŞIRIQ VERİB 25 Yanvar 2020, 15:13 “AzerGold” QSC “Milli KSM-2019” mükafatına layiq görüldü 25 Yanvar 2020, 14:58 Zəlzələ bölgəsindəki azərbaycanlı tələbə: “Biz zərərçəkənlərə kömək edirik, səfirlik bizlə maraqlanmır...” 25 Yanvar 2020, 14:46 Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək 25 Yanvar 2020, 14:40 Ziyafət Əsgərov seçicilərlə - FOTOLAR 25 Yanvar 2020, 14:34 Özbəkistanın yeni hökuməti təsdiqləndi 25 Yanvar 2020, 14:24 Daxili orqanında narkotik vasitə keçirmək istədi 25 Yanvar 2020, 14:12 67 nömərli marşrut da kart sisteminə keçir 25 Yanvar 2020, 14:08 Çingiz Qənizadənin seçicilərlə görüşünə müdaxilə cəhdi - FOTOLAR 25 Yanvar 2020, 13:59 Deputatlığa namizəd LƏMAN ƏLƏŞRƏFQIZINDAN DAHA BİR ÇAĞIRIŞ 25 Yanvar 2020, 13:45 “Zəhmətə qiymət vermək ən böyük alicənablıqdır” – Jalə Əliyevanın vəkili – FOTOLAR 25 Yanvar 2020, 13:33 Deputatlığa namizəd Mütəllim Rəhimlinin həyat yoldaşıSeçki kampaniyasına kömək edə bilmərəm   25 Yanvar 2020, 13:23 Ziyad Səmədzadə şəhid ailələri ilə görüşdü – FOTOLAR 25 Yanvar 2020, 13:22 Binədə 5 min manatlıq qızıl-zinət əşyalarını oğurlayanlar tutuldu 25 Yanvar 2020, 13:13 Bakıya duman çökəcək, külək əsəcək - Sabahın HAVASI 25 Yanvar 2020, 12:59 Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO 25 Yanvar 2020, 12:42 İlham Əliyev Ərdoğana başsağlığı verdi: “...məni son dərəcə sarsıtdı” 25 Yanvar 2020, 12:39 Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - FOTO 25 Yanvar 2020, 12:27
SORĞU Yeni parlamentdə kimlər olsun?