Arxiv
14 Yanvar 2020, 10:12 | İQTİSADİYYAT
Səfər Mehdiyev Prezidentə cinayət faktlarından danışdı: “Qaçaqmalçılıq yolu ilə gətirilərkən...”

2019-cu ilin büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulmuşdu. Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil etmiş, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülmüş və icraya 119,1 faiz əməl olunmuşdur.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.

 

Səfər Mehdiyev qeyd edib ki, 2019-cu il ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalıb. Belə ki, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib, ümumiyyətlə, güzəştlər tətbiq olunur:

 

"Azərbaycana idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq edilən əlavə dəyər vergisinin azadolmanın həcmi isə 35 faiz təşkil edib. Ümumilikdə bu kontekstdə gördüyümüz işlər nəticəsində kölgə iqtisadiyyatı ilə bağlı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflıq təmin olunmuş, xüsusilə də digər ölkələrdən, ixracatçı ölkələrdən məlumatların sistemə daxil olması ilə sahibkarların qiymət azaltma tendensiyası 2019-cu ildə azalmışdır. Bu sahədə aparılan ciddi nəzarət funksiyalarına baxmayaraq, yenə də 900 milyon dollara yaxın malların dəyərini aşağı salmağa cəhdlər edilmişdir, bunun qarşısı alınmış və 300 milyondan artıq əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir".

 

Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, ticarətçilərin, xarici ticarət iştirakçılarının ən böyük uğurlarından biri 2019-cu ildə “Yaşıl dəhliz”in tətbiqi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Fərmandır:

 

"Bu Fərmanın icrasına fevralın 1-dən başlanılmışdır və 530-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçısına həm idxalda, həm ixracda bu status tanınmış və qısa müddətdə illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilmişdir. Bu layihə özlüyündə dünyada ilk olmaqla yanaşı, ən modern layihələrdən biri kimi qəbul olunur. Eyni zamanda, iki istiqamətdə sahibkarlar bundan məmnunluğunu bildirir. Birinci istiqamət sahibkarların on milyonlarla əlavə vəsaitin gəlir olaraq kassalarında qalmasına yönəlmişdir. Bu layihənin tətbiqi ilə sahibkarlar logistika və anbar xərclərindən azad olunur. Eyni zamanda, ikinci məsələ şəffaflığın tam təmin olunmasıdır. Qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar".

 

Səfər Mehdiyevin sözlərinə görə, sahibkarlara 4 milyondan artıq elektron xidmət göstərilib və bunun sayına və həcminə görə komitənin xidmətləri ilk yerlərdə dayanır: "Qaçaqmalçılıqla mübarizə sahəsində aparılan işlər 2019-cu ildə də böyük nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilmiş və 13 min 443 hüquqpozma faktı aşkar edilmişdir. Onlardan 866-sı cinayət xarakterli faktlar olmuşdur ki, bunun da əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar təşkil etmişdir. Xüsusilə də tərəfimizdən 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılmışdır. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olmuşdur".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hindistanlı çəkiliş qrupunun Xızı dağlarında SƏRGÜZƏŞTLƏRİ 21 Fevral 2020, 15:25 “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!” 21 Fevral 2020, 15:10 Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ 21 Fevral 2020, 15:04 BMU-nun tələbələrinə smart tələbə kartları verildi - FOTO 21 Fevral 2020, 14:58 İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı 21 Fevral 2020, 14:52 Nazir müavinləri rayonlarda qəbul keçirdilər 21 Fevral 2020, 14:46 “Valiko Həsrət” ləqəbli narkobaron həbs edilib - FOTO 21 Fevral 2020, 14:40 Apelleyasiya Məhkəməsi də Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi 21 Fevral 2020, 14:35 General Həftər Liviyada sülh şərtlərindən danışdı 21 Fevral 2020, 14:30 “Azadlıq” stansiyasında “HADİSƏ”-VİDEO 21 Fevral 2020, 14:18 Avtomobili tapılan qadın oğrudan şikayət etmədi 21 Fevral 2020, 14:12 Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb 21 Fevral 2020, 14:06 Ukrayna parlamenti “erməni soyqırımı”nı qəbul etməkdən İMTİNA ETDİ 21 Fevral 2020, 14:00 Zavod direktorunun otağından oğurluq edən şəxs saxlanıldı 21 Fevral 2020, 13:55 BMT-dən İdlib ETİRAFI: “İnsanların həyatlarını xilas etməyə çalışırıq, amma...” 21 Fevral 2020, 13:49 Azərbaycanda ekoloji problemlərlə əlaqədar yeni QHT yaradıldı 21 Fevral 2020, 13:43 Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO 21 Fevral 2020, 13:37 Türkiyədə oxuyan azərbaycanlı tələbələr etiraz aksiyası keçirdi 21 Fevral 2020, 13:31 100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX 21 Fevral 2020, 13:26 Dünyanın ən zəngin 10 ailəsi 21 Fevral 2020, 13:21 YAP-da könüllülərin toplantısı keçirilib 21 Fevral 2020, 13:16 Göygöldə oğurluq edən şəxslər saxlanılıb - FOTO 21 Fevral 2020, 13:10 Yol “terror”u: Bir gündə 6 nəfər öldü, 4 nəfər xəsarət aldı    21 Fevral 2020, 13:04 Təhsil Nazirliyindən DTX tərəfindən saxlanılan şöbə müdiri ilə bağlı AÇIQLAMA 21 Fevral 2020, 12:58 Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq 21 Fevral 2020, 12:52 Mədəniyyət Nazirliyi Respublika müşavirəsi keçirəcək 21 Fevral 2020, 12:46 DTX Neftçalada daha iki vəzifəli şəxsi SAXLADI - FOTO 21 Fevral 2020, 12:40 Təhsil naziri məktəb direktoruna tapşırıq verdi - Zənginləşdirin 21 Fevral 2020, 12:35 Sabahın hava PROQNOZU 21 Fevral 2020, 12:30 "Gənclərin Dostu Milli Müfafatı"nın tədqim etmə mərasimi keçirilib – FOTO 21 Fevral 2020, 12:28 İran parlamentinə 2 erməni deputat seçiləcək 21 Fevral 2020, 12:24 Bakıdan Ankaraya gedən təyyarə təcili eniş etdi 21 Fevral 2020, 12:18 AFFA bəyanat yaydı 21 Fevral 2020, 12:12  “Ölüf-ölüf derəm saa...” ifadələri ilə məşhurlaşan Qazax sakini Modern.az-a DANIŞDI 21 Fevral 2020, 12:06 İrandan Azərbaycana koronavirus keçə bilər? - Baş infeksionist danışdı 21 Fevral 2020, 12:00