Arxiv
16 Yanvar 2020, 12:10 | İQTİSADİYYAT
Əmək müqavilələrinin sayı artıb - RƏSMİ

“Vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7.672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat həcmində azaldılıb”.

 

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə yetirilib ki, bu da indiyədək əldə edilmiş ən yüksək göstəricidir:

 

“Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və ya 9,1 faiz artaraq 5.432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6 faiz artıb”.

 

M.Cabbarovun sözlərinə görə, regionlar üzrə daxilolmalar 11,9 faiz artaraq 795,4 mln. manat olub:

 

“Şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaradır. Bu dinamika fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərin verilməsi şəraitində formalaşıb.

 

Əmək bazarının leqallaşdırılması məqsədilə ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8000 manatadək olan əmək haqları gəlir vergisindən azad olunub. Nəticədə 300 milyon manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb. Bu islahatın səmərəsi əmək müqavilələrinin dinamikasında aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minə yaxın (18,3 faiz) artıb. Qeyd olunan islahat sayəsində, həmçinin əmək haqlarının artırılması nəticəsində əməkhaqqı fondunun artması müşahidə edilib".

 

Nazir qeyd edib ki, əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalara müsbət təsir edib. "2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1 faiz artıb. Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirib və büdcədən transfertin DSMF-nin gəlirlərində payının 2017-cı ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizə enməsi gözlənilir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
MSK-dan Ramil Həsənin lider olduğu dairə barədə QƏRAR 21 Fevral 2020, 16:41 İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi 21 Fevral 2020, 16:36 Bakıda uşaq poliklinikasında yanğın olub 21 Fevral 2020, 16:30 Bakı metrosu koronavirusa qarşı dezinfeksiyada “ProGreen ProFix” dərmanından İSTİFADƏ EDİR 21 Fevral 2020, 16:24 Gülnar Əliyevanın qəbrinin görüntüləri bizdə də varMSK üzvü ölüf-ölüf videosundan danışdı 21 Fevral 2020, 16:18 MSK-nın iclası başladı 21 Fevral 2020, 16:12 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - İyirminci və iyirmi birinci söz 21 Fevral 2020, 16:06 Nazirlik sahibkarlara müraciət etdi 21 Fevral 2020, 16:00 Yaşıllıq sahələrinə elektron formada nəzarət ediləcək 21 Fevral 2020, 15:55 I sinfə qəbul qaydaları AÇIQLANDI 21 Fevral 2020, 15:49 Gürcüstanda adam öldürüb Bakıda gizlənən şəxs tutuldu - FOTO 21 Fevral 2020, 15:45 İmtahanların nəticələri AÇIQLANDI 21 Fevral 2020, 15:39 “Ana harayı” abidəsinin yeri və forması dəyişdiriləcək? – Əməkdar memar DANIŞDI       21 Fevral 2020, 15:34 Elçibəyin oğlu maddi vəziyyətindən danışdı: “İdarə edirik” 21 Fevral 2020, 15:30 Hindistanlı çəkiliş qrupunun Xızı dağlarında SƏRGÜZƏŞTLƏRİ 21 Fevral 2020, 15:23 İctimai nəqliyyatda gediş haqqı telefonla ödəniləcək 21 Fevral 2020, 15:17 “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!” 21 Fevral 2020, 15:10 Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ 21 Fevral 2020, 15:04 BMU-nun tələbələrinə smart tələbə kartları verildi - FOTO 21 Fevral 2020, 14:58 İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı 21 Fevral 2020, 14:52 Nazir müavinləri rayonlarda qəbul keçirdilər 21 Fevral 2020, 14:46 “Valiko Həsrət” ləqəbli narkobaron həbs edilib - FOTO 21 Fevral 2020, 14:40 Apelleyasiya Məhkəməsi də Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi 21 Fevral 2020, 14:35 General Həftər Liviyada sülh şərtlərindən danışdı 21 Fevral 2020, 14:30 Səfər Mehdiyev Litva səfiri ilə görüşdü 21 Fevral 2020, 14:24 “Azadlıq” stansiyasında “HADİSƏ”-VİDEO 21 Fevral 2020, 14:18 Avtomobili tapılan qadın oğrudan şikayət etmədi 21 Fevral 2020, 14:12 Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb 21 Fevral 2020, 14:06 Ukrayna parlamenti “erməni soyqırımı”nı qəbul etməkdən İMTİNA ETDİ 21 Fevral 2020, 14:00 Zavod direktorunun otağından oğurluq edən şəxs saxlanıldı 21 Fevral 2020, 13:55 BMT-dən İdlib ETİRAFI: “İnsanların həyatlarını xilas etməyə çalışırıq, amma...” 21 Fevral 2020, 13:49 Azərbaycanda ekoloji problemlərlə əlaqədar yeni QHT yaradıldı 21 Fevral 2020, 13:43 Müəllimdən prezidentə gözlənilməz sual: "Siz 170 dollara dolana bilərsiz?" - VİDEO 21 Fevral 2020, 13:37 Türkiyədə oxuyan azərbaycanlı tələbələr etiraz aksiyası keçirdi 21 Fevral 2020, 13:31 100 il əvvəlki Qarabağ: 1920-ci ildə AXC Xankəndini necə azad etmişdi? - TARİX 21 Fevral 2020, 13:26