Arxiv
20 Yanvar 2020, 22:20 | AKTUAL
Serbiyada Qanlı Yanvar faciəsinin 30-cu ildönümü anıldı - FOTO

Bu gün  Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyində Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirib.

Modern.az  xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Serbiyada fəaliyyət göstərən, ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, səfirliyin əməkdaşları, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.    


Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Sonra Səfir Eldar Həsənov çıxış edərək 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırıb.


Tədbirdə1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun və mövcud rejimin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edilib. Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışılıb. Faciə zamanı 140-dan artıq dinc sakinin qətlə yetirildiyi, 700-dən çox insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi vurğulanıb, həmin hadisələrə məhz Ulu Öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi bildirilib.


Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb.Eyni zamanda Səfirliyin təşəbbüsü ilə Serbiyanın aparıcı "Balkanin" xəbər portalında "Qara Yanvar – 30-cu ildönümü" başlıqlı məqalə dərc edilib.


Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anma mərasimləri keçirilib.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rafael Dadaşovun səhhətindən XƏBƏR VAR 26 Fevral 2020, 14:37 Ayaz Mütəllibov Prezidentlə görüşündən DANIŞDI: “Biz hər zaman bir olmalıyıq” 26 Fevral 2020, 14:33 Koronavirus İrandan Azərbaycana turist axını AZALDACAQ 26 Fevral 2020, 14:32 Alman publisisti Mattias Volfun Azərbaycan SEVGİSİ - VİDEO 26 Fevral 2020, 14:28 Nazirlik daha bir tikinti şirkətini 50 min manat cərimələdi 26 Fevral 2020, 14:22 Xocalı qurbanları Serbiyada anıldı 26 Fevral 2020, 14:16 Lənkəranın icra başçısı kənddə səyyar qəbul keçirib 26 Fevral 2020, 14:10 Prezident Xocalı qurbanlarını belə yad etdi - FOTOLAR 26 Fevral 2020, 14:04 İran Səhiyyə Nazirliyindən açıqlama: Daha 4 nəfər koronavirusdan öldü 26 Fevral 2020, 13:58 Xocalı faciəsi çinlilərin gözü ilə 26 Fevral 2020, 13:52 Komfort zonanı tərk etmək qorxusu – Bunu necə yenməli? 26 Fevral 2020, 13:48 Rezidenturaya sənəd qəbulu başa çatır 26 Fevral 2020, 13:42 Xocalı soyqırımının qurbanları Binəqədidə də anıldı 26 Fevral 2020, 13:36 Xocalı Soyqırımını tanımış ölkələr - SİYAHI 26 Fevral 2020, 13:30 “Xocalı soyqırımının tanıdılmasında Avropadakı türk icmalarından istifadə etməliyik” 26 Fevral 2020, 13:24 Prezidentin yeni fərmanı qeyri-formal məşğulluğun qarşısını alacaq 26 Fevral 2020, 13:18 Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu 26 Fevral 2020, 13:12 İsgəndər Həmidov dəfn olundu - YENİLƏNİB - FOTO 26 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU 26 Fevral 2020, 13:06 İlham Əliyev Ərdoğana zəng vurdu 26 Fevral 2020, 13:00 Lənkəranda Xocalı qurbanları yad edildi 26 Fevral 2020, 12:55 Prezident İlham Əliyev Ayaz Mütəllibovla görüşdü - FOTO 26 Fevral 2020, 12:46 Xəzərdə zəlzələ oldu 26 Fevral 2020, 12:42 Zakir Qaralov köməkçisini yeni vəzifəyə TƏYİN ETDİ 26 Fevral 2020, 12:38 Ermənistanın cinayətləri nəticəsində 10 min soydaşımız öldürülüb - Hərbi Prokurorluq 26 Fevral 2020, 12:33 Azərbaycanda kabinetində həbs olunan MƏMURLAR 26 Fevral 2020, 12:30 “Xocalı cinayəti həm dövlət, həm də fərdi qaydada məsuliyyət doğurur” - Nazir müavini 26 Fevral 2020, 12:27 Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA 26 Fevral 2020, 12:24 Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur 26 Fevral 2020, 12:15 İlham Əliyev ABŞ Dövlət katibi müavininin müşavirini qəbul edib 26 Fevral 2020, 12:10 Serj Sarkisyan və Robert Koçaryanla bağlı istintaq davam etdirilir 26 Fevral 2020, 12:05 CHP-li deputatın Xocalı PAYLAŞIMI 26 Fevral 2020, 11:59 Çavuşoğlu Xocalı qurbanlarını yad etdi 26 Fevral 2020, 11:53 Vətəndaş etirazları: 20 ölü, 189 yaralı 26 Fevral 2020, 11:50 Bakıda müşahidə olunan qatı dumanın səbəbi AÇIQLANDI 26 Fevral 2020, 11:47