Modern.az

Rza Zərrabın banan yeyən atı quru samana möhtac qalıb - FOTO

Rza Zərrabın banan yeyən atı quru samana möhtac qalıb - FOTO

Dünya

21 Yanvar 2020, 09:56

Azərbaycanlı iş adamı Rza Zərrabın çempion atı quru samana möhtac olub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rza Zərrabın ABŞ-a uçuşu çempion atının lüks həyatının sonu oldu. Belə ki, bir zamanlar banan, kivi, ananas və xüsusi yeməklərlə bəslənən çempion at, artıq quru samana möhtac qalıb. Rza Zərrab sevimli atının xərcləri ilə maraqlanmadığı üçün Türkiyə Jokey Klubu da 2018-ci ildə haqqındakı ittihamlar səbəbiylə Zarrabın "At sahibliyi sənədini" də ləğv edib.

 

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu 1 dekabr 2017-ci ildə Rza Zərrabla birlikdə 22 qohumunun əmlakını da müsadirə edib. Zərrabın şirkətləri və mülklərindən başqa, atları da siyahıda yer alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?