Modern.az

“Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov

“Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov

21 Yanvar 2020, 16:58

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində elə namizədlər var, çalışır ki, biz onları qeydə ala bilməyək.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

M.Pənahov bildirib ki, bu addım nəyəsə xidmət edir:

 

“Mərkəzi Seçki Komissiyası namizədi qeydə almamaqda maraqlı deyil. Biz çalışırıq ki, mümkün qədər məsələləri namizədlərin xeyrinə həll edək. Ancaq qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Görünür, bununla onlar hansısa məqsədlərə xidmət edirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub