Modern.az

Gədəbəy kəndləri təhsil menecerinə səs verəcəklər

Gədəbəy kəndləri təhsil menecerinə səs verəcəklər

Aktual

24 Yanvar 2020, 15:44

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd İbrahimov Rahib Müseyib oğlunun təbliğat-təşviqat kampanyası çərçivəsində Gədəbəy rayonunun Novo-İvanovka və Çobankənd  kəndlərində seçicilərlə görüşü baş tutub.

 

Modern.az xəbər verir ki, çox yüksək səviyyədə baş tutan görüşdə çox sayda seçici iştirak edib. Görüşdə namizəd 104 saylı Gədəbəy-Tovuz seçki dairəsində seçki öncəsi  fəallığın çox yüksək səviyyədə olduğuna görə sakinlərə təşəkkür edib. Görüşdən razılığını ifadə edən sakinlər Rahib Müseyib oğlu İbrahimova seçkidə səs verəcəklərini bildiriblər. Sonda xatirə fotosu çəkilməklə bu kəndlərdəki görüşlərə yekun vurulub.

 

Qeyd edək ki,  İbrahimov Rahib Müseyib oğlunun seçicilərlə növbəti görüşləri İsalı, Zamanlı, Çay Rəsullu, Düz Rəsullu kəndlərində baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar