Modern.az

Şənbə etüdləri - Şöhrət Eyvazov yazır

Şənbə etüdləri - Şöhrət Eyvazov yazır

Aktual

25 Yanvar 2020, 20:14

8 fevral - bir günlük atəşkəs

 

“Tipindən və inkişaf dərəcəsindən asılı olmayaraq demokratiyanın şəffaflığı və çiçəklənməsi əhəmiyyətsiz texniki detaldan- seçki prosesindən asılıdır”- Orteqa-İ-Qasset.

Qassetin “əhəmiyyətsiz texniki detal” adlandırdığı səsvermə azca tələsmiş meteroitin planetimizə tuşlanıb gəldiyi  kimi ölkəmizə yaxınlaşır. Siyasi gündəmin bu qədər maraqlı və gərgin olduğu çoxdan müşahidə olunmurdu. Və yəqin ki, bir müddət olmayacaq..


Bu mübarizə (müharibə) seçkiyə bir gün qalmışadək davam edəcək… Yəni istəsələr də, istəməsələr də 8 fevralda atəşkəs olacaq.


Adı bülletendə olanların az qala yarısını tanıyırıq. Risk etdiklərinə görə sevinirik.Orta hesabla 40 min seçiçinin səsi olmaq və daha sonra  onlara xidmət edə bilmək risk deyilmi?  Azərbaycanın sosial, siyasi, iqtisadi və digər həyatlarında yeni mərhələnin əsası qoyulur.


Corc Uill isə deyir ki, “Səsvermə hadisələrin gedişini təyin eləmir. Səsvermə hadisələrin gedişini təyin edəcək adamları meydana çıxarır”.


Hamınız kimi, mənim də bir səsim var. Onu kimə etibar edəcəyimi və ya etibar eləməyəcəymi  seçki başlamadan bilirəm. Elə siz də bilirsiniz.


Sadəcə, seçici arzularımdan danışmaq istəyirəm..


Hamınız kimi, mənim də çoxlu “sosial tərəfim”, borcum var. Bu tərəflərin içində həmişə üstünlük təşkil edən isə Qarabağ müharibəsində iştişak edən bir zabit olmağımdır. Mən indi Azərbaycan Ordusunun şəxsi heyətində olmasamda, yenə özümü onlardan ayırmıram.


Deyirlər ki, yer kürəsi kvadarat və yumru deşiklərə bölünüb. İnsanlar da yumru yada kvadratdırlar. TƏƏSSÜF Kİ, YUMRU İNSANLAR KVADRAT YERƏ, KVADRATLARLA YUMRU YERƏ YERLƏŞMƏK İSTƏYİRLƏR!


Bilirsiniz ki, Konstitusiyamızın “seçki hüququ” ilə bağlı olan 56-cı maddəsində deyilir ki, “Hərbi qulluqçuların  seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər”. Və bir qayda olaraq məhdudlaşdırlılr.
 Hərbi xidmətdə zabit kimi ön xətdə qulluq edərkən eşitdik ki,  Milli Məclisdə hərbçilərin maaşının artırılmasıyla bağlı  müzakiərə  zamanı müğənni bir deputat buna etraz edib.  Həmin müğənni  “Ermənistanın xalq artisti” adını haqq eləmişdi bu adımıyla. Amma pisi buydu ki, elə bizim xidmət elədiyimiz bölgədən seçilmişdi.


O vaxt hamımız - niyə  Milli Məclisdə hərbçilərin səsi olan kimsə etirazını bildirmədi deyə təəssüf eləmişdik...


Ta o vaxtlar deyil. Azərbaycan Respublikasının Prezdenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  “yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır”- deyir.


Heç kəsin adını çəkməyəcəyəm. Sadəcə olaraq seçiciləri daha diqqətli olmağa, cəbhə bölgəsində xidmət etmiş hərbçilərə, barıt qoxusunu tanıyanlara səs verməyə cağıracam!


Onların çoxunu tanıyıram və ictimai vəkillik edə biləcəyim insanlardırr. Ön xətdə xidmətlə yanaşı müxtəlif müsssilərdə də çalışıblar.  Praktiki və nəzəri biliklərini  deputat fəaliyyətlərində də göstərə biləcəklərinə inanınırıq!


Ehtiyatda olan hərbçilərdən sonra Milli Məclisdə daha çox görmək istədiyimlərim  isə jurnalistlər, hüquqşünaslar və xalq sevgini qazanan digər peşəkarlardır!


İnanırıq ki, yeni parlamentin üzvləri


- Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına daha çox çalışacaqlar;


- Cəbhə bölgəsində yaşayan və işləyən  fədakar insanlara layiqli qiymətlərini verəcəklər;


-  Qanunvericilik fəaliyyətində şəhid ailələrinin, müharibə əlilləri, veteranları və aztəminatlı ailələrin mənəfeyini qoruyan qanun layihələrinin haazırlanmasında aktiv iştirak edəcəklər;


-  Hərbi xidmətdə və ehtiyyatda olan hərbi qulluqçuların, onların ailə üzvlərinin hüquq və mənafeylərinin müdafiəsi istiqamətində qanunvericilik təşəbbüsü ilə çıxış edəcəklər!


Atalar üçdən deyib, qoy aforizm də 3 olsun: “Siyasət – birini digərindən qorumağa söz verməklə, kasıblardan səs,  seçki kampaniyasının keçirilməsi üçün varlılardan pul almaq sənətidir”. Bunu da amerikan sosilaisti Oskar Amerincer deyib. Amma bura Azərbaycandır,  Amerika deyil ki...

Yeni və ya çoxdan tanıdığımız layqli namizədlərə dəstək verək!


O ki qaldı seçki təbliğatına. Söz verdiklərini gözləyəcəyik. Sonra nöbəti seçkilər gəlib çatacaq...



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!