Modern.az

Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var

Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var

25 Yanvar 2020, 22:11

Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

 

Modern.az  Türkiyə mediasına istinadən  xəbər verir ki, zəlzələ nəticəsində xəsarət alanların sayı 1466 nəfərə çatıb.

Zəlzələnin qeydə alındığı ilk andan etibarən 43 nəfər dağıntılar altından sağ çıxarılıb.

Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.

Türkiyənin Fəlakət və Fövqəladə Vəziyyətin İdarəedilməsi Orqanı (AFAD) tərəfindən verilən açıqlamaya görə, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya ciddi, 409 binaya isə az və ya orta dərəcədə ziyan dəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir