Modern.az

Dünyanın ən zəngin azərbaycanlısı 5 günə 400 milyon dollar İTİRDİ

Dünyanın ən zəngin azərbaycanlısı 5 günə 400 milyon dollar İTİRDİ

27 Yanvar 2020, 16:36

Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 5 gün ərzində 400 milyon dollar itirib.

 

Modern.az “Bloomberg”ə istinadən xəbər verir ki, əgər yanvarın 21-də iş adamının sərvəti 24,2 milyard dollar idisə, yanvarın 26-da bu rəqəm 23,8 milyard dollar təşkil edir. İş adamının sərvəti xüsusən yanvarın 22-də 300 milyon dollar itirib. Bu azalma dünya bazarında neftin ucuzlaşması fonunda baş verir.

Xatirladaq ki, 70 yaşlı iş adamı Rusiyanın 3-cü ən zəngin şəxsidir. Onun prezidenti olduğu “Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq