Arxiv
28 Yanvar 2020, 16:23 | AKTUAL
Çindəki azərbaycanlılardan xəbər - Səfir danışdı

“Çinin Uhan şəhərindəki tələbələrimizin, vətəndaşlarımızın vəziyyəti digər bölgələrdəki vətəndaşlarımızla müqayisədə daha ağırdır. Çünki onlar yaşadıqları mənzillərdə, təhsil aldıqları ali məktəblərin yataqxanalarında tamamilə təcrid olunmuş vəziyyətdədirlər”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” verilişinə açıqlamasında Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı deyib. Səfir bildirib ki, vətəndaşlarımız lazımi ərzaq ehtiyatı ilə təmin olunurlar: “Virusun episentri sayılan Uhan şəhərində 7 vətəndaşımız var. Onlardan 4-ü tələbədir. Biz Azərbaycan səfirliyi olaraq 23 yanvar tarixindən etibarən oradakı vətəndaşlarımızla daim əlaqə saxlayırıq. Onların qarşılaşdıqları problemləri həll etməyə çalışırıq. Çünki onlar qaldıqları binalardan çıxa bilmirlər. Küçəyə çıxmaq qadağandır.

 

Yataqxanalarda qalan tələbələr təhsil ocaqları tərəfindən yeməklə təmin olunurlar. Digərlərinə şəhər bələdiyyəsi tərəfindən yeməklər çatdırılır. Evdə yaşayan tələbələr isə uzunmüddətli azuqə toplayıblar. Çətinlik olduğu təqdirdə biz Xarici İşlər Nazirliyinin həmin əyalət, şəhərdəki şöbələri vasitəsilə vətəndaşlarımıza yardım göstəririk”.

 

Səfir qeyd edib ki, sözügedən şəhərdəki vətəndaşlarımızın oradan çıxarılması üçün Çin hökuməti ilə danışıqlar aparılır: “Hökumət karantin bölgəsindən vətəndaşların çıxarılmasını təhlükəli hesab edir. Amma biz vətəndaşlarımızı oradan çıxarmaq haqqında ciddi danışıqlar aparırıq. Ümid edirəm ki, yaxın vaxtlarda nəticə əldə edəcəyik”.

 

Ə.Zeynallı Çin Xalq Respublikası Səhiyyə Komitəsinin virusla bağlı son statistikasını da açıqlayıb: “Son məlumata görə, Çində 4599 nəfər virusa yoluxub. Onlardan 106-sı dünyasını dəyişib. Virusa yoluxma şübhəsi ilə 6973 nəfər artıq karantindədir. Onlarla təmasda olan 50 mindən çox insan isə nəzarətə götürülüb. Bu rəqəmlər onu deməyə əsasə verir ki, virus çox sürətlə yayılır. Buna baxmayaraq, Çin höküməti tərəfindən preventiv tədbirlər görülür ki, yayılmanın qarşısı alınsın”.

 

Məlumat üçün bildirək ki, Çində koronavirus adlı virus yayılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 18:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq - Sabahın hava PROQNOZU 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28