Modern.az

İdlibdə İranı dəstəkləyən 100-ə yaxın döyüşçü öldürülüb

İdlibdə İranı dəstəkləyən 100-ə yaxın döyüşçü öldürülüb

Dünya

15 Fevral 2020, 16:54

İdlib şəhərindən İrandan dəstək alan 100-ə yaxın döyüşçünün cəsədi Deyr-Əz-Zora gətirilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İdlibdə Bəşər Əsəd rejiminin tərəfdarlarından xeyli sayda yaralı və ölü çərşənbə və cümə axşamı günü Suriyanın İdlib şəhərindən Deyr-Əz-Zora gətirilib. Suriyalı terroristlər Deyr-Əz-Zorda dəfn olunsa da, öldürülən başqa millətlərin cəsədləri dəfn mərasimindən sonra İraqa yola salınıb.

 

Qeyd edək ki, hal-hazırda İran İnqilab Keşikçiləri, Qüds Briqadası, Nüceba Hərəkatı, Bakir Briqadası, 104-cü Briqada və 4-cü Partiyanın Gays qüvvələri İdlib və Hələbin vilayətlərində rejim sıralarında vuruşur.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü