Modern.az

Azərbaycanda zorlamalar ABŞ-dan 95, Ermənistandan 2 dəfə azdır – STATİSTİKA

Azərbaycanda zorlamalar ABŞ-dan 95, Ermənistandan 2 dəfə azdır – STATİSTİKA

Dünya

17 Fevral 2020, 12:20

Azərbaycan dünyada zorlamaların ən az qeydə alındığı ölkələr sırasındadır.

 

Modern.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, hər 100 min sakinə düşən zorlama sayı Azərbaycanda 0,3 təşkil edir. Analoji göstərici qonşu Ermənistanda 0,6-ya bərabərdir.

 

Zorlama halları ilə bağlı ən acınacaqlı vəziyyət Afrikada yerləşən Lesoto Krallığında qeydə alınıb. Bu ölkədə hər 100 min sakinə 91,6 zorlama halı düşür. Zorlama hallarının kütləvi xarakter aldığı ölkələr sırasında Trinidad və Tabaqo (hər 100 min nəfər 58,4 hal), İsveç (53,2), Yeni Zelandiya (30,9), ABŞ (28,6), Belçika (26,3), Zimbabve (25,6), Böyük Britaniya (24,1), İrlandiya (22,3), İslandiya (21,6) yer alıb.

Misirdə isə hər 100 min sakinə 0,1 zorlama faktı düşür və bu dünyada ən aşağı göstəricilərdən biri sayılır.

 

  

 

 

   

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü