Arxiv
18 Fevral 2020, 14:14 | PARLAMENT
Milli Məclisə həsrət qalan PARTİYALAR

Azərbaycanda 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən qalib gələn namizədlərin siyahısı müəyyənləşdi.

Nəticələrə görə, altıncı çağırış Milli Məclisdə 9 siyasi partiya təmsil olunacaq. Halbuki, Azərbaycanda 55 dövlət qeydiyyatına alınmış siyasi partiya fəaliyyət göstərir. Onların isə çox az qismi ölkənin siyasi həyatında aktivdir.

 

Modern.az-ın məlumatına görə, qeydiyyata alınmış siyasi partiyalardan bəziləri heç vaxt Milli Məclisdə təmsil olunmaq şansı qazanmayıblar. Bu siyasi partiyalar aşağıdakılardır:

 

- Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

- Azərbaycan Xalq Demokratik Partiyası

- Milli Demokrat İdrak Partiyası

- Azərbaycan Kəndli Partiyası

- “Birlik” Partiyası

- Vahid Azərbaycan Milli Birlik Partiyası

- Vahid Azərbaycan Partiyası

- Demokratik Azərbaycan Dünyası Partiyası

- Müstəqil Azərbaycan Partiyası

- Milli Qurtuluş Partiyası

- “Qorqud” Partiyası

- Azərbaycan Milli Hərəkat Partiyası

- Azərbaycan Milli Dövlətçilik Partiyası

- Azərbaycan Vətənpərvərlər Partiyası

- Azərbaycan Vahid Kommunist Partiyası

- Sosial Ədalət Partiyası

- Milli Konqres Partiyası

- Azərbaycan Respublikaçılar Partiyası

- Azərbaycan Liberal Demokrat Partiyası

- “Azərbaycan Mübarizləri” Partiyası

- “Milli Vəhdət” Partiyası

- Müasir Musavat Partiyası

- Azərbaycan Azad Respublikaçılar Partiyası

- Azadlıq Partiyası

- Azərbaycan Tərəqqi Partiyası

- Böyük Azərbaycan Partiyası

- Azərbaycan Təkamül Partiyası

- Vətəndaş və İnkişaf Partiyası

- Azərbaycan Milli Demokrat Partiyası

- Aydınlar Partiyası

 

Bu siyahıya əlavə olaraq, Azərbaycan Liberal Partiyası (ALP) və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) adlarını qeyd etmək olar. Belə ki, ALP sədri Lalə Şövkət  2005-ci il parlament seçkilərində qalib gəlib, deputat mandatı rəsmən təsdiq edilib. Amma Lalə Şövkət bu mandatdan imtina edib. Beləliklə, ALP parlament partiyası deyil. 

 

KXCP sədri Mirmahmud Mirəlioğlu isə iki dəfə Milli Məclisin deputatı olub. O, 1990 və 1995-ci illərdə 116 saylı seçki dairəsindən deputat seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsində qalib gələn M.Mirəlioğlu bu dəfə mandatından imtina edib. Bu fəaliyyəti dövründə o AXCP üzvü idi. Amma sonradan 31 yanvar 2007-ci ildə AXCP-dən ayrılacaq, öz partiyasını KXCP-nı təsis edib.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) isə Milli Məclislə bağlı maraqlı tarixçəsi var. Belə ki, 1990-cı illərin sonunda Yeni Azərbaycan Partiyasının üzvü olan bir neçə deputat sonradan partiyanı tərk edərək ADP-yə keçib. Bu deputatlar Mahir Əsədov, Akif Şahbazov, Yusif Bağırzadə, Şamil Yusifov, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərovadır. Amma ADP-nin üzvü kimi Milli Məclisdə təmsil olunmaq şansı qazanan olmayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34 Bakının havası təmizlənib 29 mart 2020, 16:21 Biz birlikdə qalib gələcəyik 29 mart 2020, 16:18 Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ 29 mart 2020, 16:01 “Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ 29 mart 2020, 15:57 Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb 29 mart 2020, 15:52 İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT 29 mart 2020, 15:46 Nazirlik prokurorluğa müraciət etdi 29 mart 2020, 15:45 Bu imtahanlar da təxirə salındı 29 mart 2020, 15:35 “Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri 29 mart 2020, 15:32 Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir - FOTO 29 mart 2020, 15:27 Bakıda 25 yaşlı gənci maşınla vuraraq öldürən sürücü SAXLANILDI 29 mart 2020, 15:21 Birinci ledi virusa qalib gəldi 29 mart 2020, 15:18 WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur 29 mart 2020, 15:18 Koronavirus 11 aylıq körpəni öldürdü 29 mart 2020, 15:12 Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu 29 mart 2020, 15:09 Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM 29 mart 2020, 15:05 Prezident Şəfiqə Məmmədovaya orden verdi 29 mart 2020, 15:00 Naxçıvanda koronavirus  yoxdur - Rəsmi AÇIQLAMA 29 mart 2020, 14:53 Evdə bu əşyaları daha çox  təmiz saxlayın 29 mart 2020, 14:46 Koronavirusdan ölənlərin sayı 31 mini ötdü 29 mart 2020, 14:39 Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi 29 mart 2020, 14:32 Dövlət Avtomobil Nəqliyyat Xidmətindən sürücülərə MÜRACİƏT 29 mart 2020, 14:31 Moskvada koronaviruslu xəstələrin sayı 1000-i keçdi 29 mart 2020, 14:30