Modern.az

Azərbaycan Antiqua və Barbudaya yardım etdi

Azərbaycan Antiqua və Barbudaya yardım etdi

Aktual

20 Fevral 2020, 11:14

Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, ölkəmizdə istehsal olunmuş tibbi ləvazimatlardan ibarət yardım Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Sözügedən yardım 19 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tərəfindən Azərbaycan Respublikası Hökuməti adından Antiqua və Barbudanın Böyük Birtaniyadakı Ali Komissarı xanım Karen-Mae Hillə təqdim edilib.

 

Təqdimetmə mərasimində hər iki ölkənin rəsmi nümayəndələri və yerli KİV-lər iştirak ediblər. Göstərilmiş yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə edib  və Antiqua və Barbudanın Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu nəzərə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı