Arxiv
20 Fevral 2020, 12:20 | AKTUAL
BANM-da “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub

Bakı Ali Neft Məktəbində (BANM) “Wing” – Qadınlar Mühəndislikdə Hərəkatı və BANM-in birgə təşkilatçılığı ilə “İnteqrasiya Olunmuş Mentorluq” proqramının təqdimat mərasimi keçirilib. Mərasimdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Wing”-in rəhbəri Vüsalə Kazımova çıxış ediblər.

Tədbirdə həmçinin “Qadınlar və mühəndislik” mövzusunda mütəxəssislərlə panel müzakirələri aparılıb.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Vüsalə Kazımova STEM və kompüter elmləri peşələri üzrə qızların az bir qisminin karyera qurmaq arzusunda olduqlarını bildirib.

 

O, “Wing” - Qadınlar Mühəndislikdə Hərəkatının ilk layihələrindən olan “İnteqrasiya Olunmuş Mentorluq” proqramı çərçivəsində məktəbli və tələbə qızların mühəndislik sahələrində fəaliyyət göstərən nüfüzlü şirkətlərin mühəndisləri ilə zəncirvari “öyrən-öyrət” prinsipi əsasında yeni formatda əməkdaşlıq əlaqələrinin qurulacağını qeyd edib.

 

V.Kazımova qadın kadr potensialının hazırlanması işində ölkəmizdə həyata keçirilən mühüm səylərə öz tövhələrini verəcəklərini vurğulayıb.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirin faydalı təcrübə mübadiləsi və qadınların mühəndislik peşələrinə həvəsləndirilməsi baxımından əhəmiyyətindən söz açıb. O, qızların bu sahəyə ildən-ilə marağının artdığını, BANM-də ən yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən tələbələr arasında qızların xüsusi çəkiyə malik olduğunu qeyd edib.

 

“STEM Education Azerbaijan”-nın təsisçisi Ceyhun Cabbarov, Təhsil İnstitutunun əməkdaşı, “STEAM Azərbaycan”-ın layihə rəhbəri İqrar Nəzərov, BP-nin Qrup rəhbəri Nigar Cəlilova, “Engineering For Kids Azerbaijan”-nın Texniki direktoru Mario Caicedo , BMT-nin İnkişaf Proqramının Araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, İnnovasiya texnologiyaları və prosesləri üzrə ekspert Şəbnəm Məmmədova panel sessiyalarında çıxış ediblər. Panel müzakirələrdə qızlar və oğlanların fərqli fənn sahələrinə marağının təşviq edilməsi və seçimlərin formalaşmasında sosial amillərin böyük rol oynadığı qeyd olunub. Təhsil siyasətinin qızların özünə inamının gücləndirməsi və mühəndis olmaq üçün zəruri bacarıqlarının inkişaf etdirməsinə yönəlməsinin vacibliyinə toxunulub.

 

Tədbirə qatılan məktəb direktorları, müəllimlər və müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbələr müzakirələrdə fəal iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08 Azərbaycanda 300 min nəfərə 215 milyon kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02 DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət etdi 4 Aprel 2020, 18:54 İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat 4 Aprel 2020, 18:46 "Gəlin, gözəlliyimiz üçün qurbanlar verməyək" - Fəxriyyə Xələfova xanımlara SƏSLƏNDİ 4 Aprel 2020, 18:35 KİVDF-nin yeni rəhbəri kimdir? - DOSYE 4 Aprel 2020, 18:10 TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi AXTARIR 4 Aprel 2020, 18:08 Təhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildi 4 Aprel 2020, 18:00 OPEC+ nazirlərinin görüşü niyə TƏXİRƏ SALINDI? 4 Aprel 2020, 17:55 Çində 3 dəqiqəliyə həyat dayandı - VİDEO 4 Aprel 2020, 17:50 Əcnəbilərin hərəkətinə də məhdudiyyət qoyulacaq 4 Aprel 2020, 17:23 Prezidentdən MTRŞ-ə yeni üzv təyinatı 4 Aprel 2020, 17:08 “...gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın” - Hamlet İsaxanlı ilə #evdəqal SÖHBƏTİ 4 Aprel 2020, 17:01 İlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdi 4 Aprel 2020, 17:00 Vüqar Səfərli işdən çıxarıldı - SƏRƏNCAM 4 Aprel 2020, 16:56 “Nə Ağcabədi, nə də Füzulidə koronaviruslu var” - Deputat Qarabağ bölgəsindəki vəziyyətdən DANIŞDI 4 Aprel 2020, 16:52