Arxiv
21 Fevral 2020, 14:18 | AKTUAL
“Azadlıq” stansiyasında “HADİSƏ”-VİDEO

21 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə metronun “Azadlıq” stansiyasında “Xidmətin xilasedici qruplarının çağırış zamanı hərəkətləri” mövzusunda xüsusi-taktiki təlim keçirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təlim əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyətinin xəbərdaretmə sxeminə uyğun olaraq müəyyən edilmiş vaxt çərçivəsində təyin olunmuş ərazidə toplanışının yoxlanılması, xilasetmə və mühafizə işlərinin təşkili sahəsində təcrübələrinin artırılması, şəxsi heyətin Metropolitendə xilasetmə, mühafizə və ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələri üzrə (real şəraitə uyğun olaraq) praktiki bilik və bacarıqlara daha dərindən yiyələnməsinə nail olmaq məqsədilə keçirilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə və mühafizə işlərinin təşkilində komandirlərin bacarıqlarının və qərargahın uzlaşmasının praktiki fəaliyyətdə yoxlanılmasından, metrostansiyalarında partlayıcı qurğuların zərərləşdirilməsi prosesinin öyrənilməsindən ibarət olub.

Bundan əlavə, stansiyalarda və hərəkət qatarlarında axtarış və qəza-xilasetmə işlərinin aparılması zamanı Xidmətin və “Bakı Metropoliteni”nin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi əsas məqsədlərdən biri olub.

Təlimin planına əsasən, ilkin olaraq Xidmətin idarə və dəstələrinin hazırlıq vəziyyətinə gətirilərək təlim üzrə sənədlərin dəqiqləşdirilməsi və hadisə yerinə yürüş həyata keçirilib. Hadisə yerində komanda-qərargah məntəqəsi və tibb məntəqəsi yaradılıb, şərti fövqəladə hallar rayonuna çatan mühafizəçilər Metropolitenin əməkdaşları ilə birlikdə stansiyanın ərazisini mühafizə edib, kənar şəxslərin stansiya ərazisinə daxil olmasının qarşısını alıblar.

Şərti baş vermiş hadisə yerinə çatmaq üçün xilasedicilər stansiya rəisinin göstərişlərinə uyğun olaraq təyin edilmiş bələdçilərlə hərəkət edərək, hadisə yerinə çatdıqdan sonra kəşfiyyat işlərinə başlayıblar.

Ən müasir xüsusi geyimlərlə və avadınlaqlarla təchiz olunmuş xilasedicilər tərəfindən kəşfiyyat zamanı qatarın relsdən çıxaraq şərti qəzaya uğraması, çoxlu sayda sərnişinlərin xəsarət alması barədə qrup komandirlərinə məlumat verilib. Məlumat verildikdən sonra xilasedicilər dərhal xilasetmə işlərinə başlayıb, xilasetmə alət və avadanlığından istifadə edərək şərti qəzaya uğramış qatardan zərərçəkmişləri çıxararaq onlara ilk tibbi yardım göstərib və xərəklər vasitəsilə metropolitenin şəxsi heyəti ilə birlikdə təxliyə işlərini həyata keçiriblər.

Xüsusi-taktiki təlimin yekunu olaraq xilasedici, pirotexnik-istehkam qrupları qəza-xilasetmə işləri sona çatdıqdan sonra kinoloqlarla birlikdə hadisə yerinə təkrar baxış keçirərək komanda-qərargah məntəqəsinə məruzə ediblər. Təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08 Azərbaycanda 300 min nəfərə 215 milyon kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02 DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət etdi 4 Aprel 2020, 18:54 İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat 4 Aprel 2020, 18:46 "Gəlin, gözəlliyimiz üçün qurbanlar verməyək" - Fəxriyyə Xələfova xanımlara SƏSLƏNDİ 4 Aprel 2020, 18:35 KİVDF-nin yeni rəhbəri kimdir? - DOSYE 4 Aprel 2020, 18:10 TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi AXTARIR 4 Aprel 2020, 18:08 Təhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildi 4 Aprel 2020, 18:00 OPEC+ nazirlərinin görüşü niyə TƏXİRƏ SALINDI? 4 Aprel 2020, 17:55 Çində 3 dəqiqəliyə həyat dayandı - VİDEO 4 Aprel 2020, 17:50 Əcnəbilərin hərəkətinə də məhdudiyyət qoyulacaq 4 Aprel 2020, 17:23 Prezidentdən MTRŞ-ə yeni üzv təyinatı 4 Aprel 2020, 17:08 “...gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın” - Hamlet İsaxanlı ilə #evdəqal SÖHBƏTİ 4 Aprel 2020, 17:01 İlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdi 4 Aprel 2020, 17:00