Arxiv
25 Fevral 2020, 13:17 | AKTUAL
İcra başçılarını qorxudan gizli kameraların yeri - Onlar pultla idarə edilir

Gizli kameralar Azərbaycanda fəaliyyətdə olan əksər məmurların qorxulu yuxusuna çevrilib. Dövlət Təhlükəsizlik Xidmətinin ard-arda Ağstafa və Neftçala İcra Hakimiyyətlərində gerçəkləşdirdiyi əməliyyatlarda gizli kameralardan istifadə edilməklə təsbitedici faktlar toplaması diqqətin bu qurğulara cəmləşməsinə də səbəb olub. Bu gün gizli kameralar icra başçılarının başı üzərindəki “Damokl qılıncı”na çevrilib.

 

Bəs ölkə gündəmini dəyişdirən gizli kameraların texniki funksiyaları nədir? Onların hansı növləri və nə kimi xüsusiyyətləri var?

 

Modern.az xəbər verir ki, gizli kamera hiss etdirmədən görüntüləri çəkib, səsləri yaddaşda saxlayan cihazdır. Texnologiyanın inkişafı ilə birlikdə kameralar o qədər çox kiçildi ki, artıq onların düyü boyda olanı da hazırlanır. Kameraların ölçüsü kiçildikdə insanlar onlardan başqa məqsədlər üçün də istifadə etməyə başladılar. Artıq gizli kameraların hansı modeldə düzəldilməsi və ya haraya yerləşdirilməsi yaradıcının fantaziyasından asılıdır. Səs və görüntüləri yaddaşda saxlayan bu kameraları bütün hər şeyin üzərində görmək mümkündür. Qol saatlarında, qələmlərdə, düymələrdə, divar şəkillərinin üzərində kameralar yerləşdirmək olur. Mütəxəssislər isə düşünür ki, bu günə qədər düzəldilən kameraların imkanları azdır, daha kiçik və ağıla gəlməz yerlərdə kameralar quraşdırmaq mümkündür. Son zamanlarda düzəldilən gizli kameraların ən böyük özəlliklərindən biri odur ki, onlara kabel qoşmadan istifadə etmək mümkündür.

 

Əməliyyat istintaq tədbirləri zamanı gizli kamerlardan istifadə olunmaqla sübutların toplanması praktikası isə illərdir ki, tətbiq olunur. Məmurların ifşası üçün gizli kameralara ehtiyac duyulur. Dünya ölkələrindəm texnologiya cihazları satılan əksər mağazalarda gizli kameralara rast gəlmək mümkündür. Gizli kameralar 2 saatdan 24 saata çəkiliş apara bilirlər. Onlar müxtəlif modeldə olduğu kimi müxtəlif funksiyalara da malikdir. Papaqlar üzərində yerləşdirilən gizli kameraların çəkdiyi videoların effekti professional kameralardan heç də fərqlənmir. Onların yaddaşı 4 GB-dır, 65 dərəcə bucaq altında video çəkə bilir, batareyası 2 saat dayanmadan işləyə bilir. Eynək tipli kameraların yaddaşı 4 GB-dan 16 GB-a qədərdir. Eynək üzərində yerləşdirilən kameraları adi gözlə hiss etmək mümkün deyil. Kamera bütün görüntüləri həmin anda yaddaşda saxlaya bilir. Bu kameraların şüşələri linzadan hazırlanır.

 

Neftçala İcra Hakimiyyətində qurulan gizli kameranın yeri

 

 

140 saat dayanmadan video çəkə bilir, 60 dərəcə bucaq altında çəkiliş aparması mümkündür. Qalstuk üzərində yerləşdirilən kameralar isə uzaqdan pult vasitəsi ilə idarə edilir. Bu kameralarla şəkil və video çəkmək mümkündür. Yaddaşı 4 GB-dır, 10 metr uzaqlıqda olan görüntüləri çəkə, 200 dəqiqə dayanmadan işləyə bilir. Otaq spreyi üzərinə yerləşdirilən kameraları evdə və işdə istifadə etmək mümkündür. Kabeli olmadığı üçün harasa aparmaq olduqca asandır. Bu kameralar vasitəsi ilə 100 saat çəkiliş aparmaq olur. Kameranın ən yaxşı özəlliyi hərəkətlərə qarşı hissiyyatlı olmasıdır, yəni yerləşdiyi yerdə hərəkət olduğu zaman çəkiliş aparır, əks halda işləmir. Divar saatları üzərində yerləşdirilən kameralar isə səsə və hərəkətlərə qarşı hissiyyatlı olur, lazım olmadığı zamanlarda heç nəyi çəkmir. Çox geniş bucaq altında çəkiliş aparır. Ətrafda olan maşın səslərini, əlavə gurultuları, hərəkətsiz görüntüləri, televiziya və radio səslərini yaddaşda saxlamır.

 

Dünyanın ən yaxşı çəkiliş aparma qabiliyyətinə malik olan düymə kameralar 23 millimetr böyüklüyündədir. Yaddaşı 20 GB-dır və 40 saat dayanmadan çəkiliş aparır. Uçan mikro video kameraların ağırlığı 50 qram olur, daha çox təyyarə və vertolyotlarda istifadə edilir. 2,5 saat video çəkə bilir. Açarlıqlar üzərinə yerləşdirilən kameralar isə ən yeni texnologiyalardan biri hesab edilir. 2 saat ərzində səsləri, 70 dəqiqə ərzində isə görüntüləri yaddaşda saxlaya bilir. Şəkil çəkmək özəlliyinə sahibdir və 8 GB-lıq yaddaş sistemi mövcuddur. Qol saatı üzərinə yerləşdirilən video kameraları isə satın almaq olduqca çətin prosesdir. Adi saatların üzərinə yerləşdirilə bilməyən kameralar üçün xüsusi saatlar hazırlanır. Bu kameraların yaddaşı 2 GB-dır və 2 saat çəkiliş aparmaq mümkündür. Telefonların batareya yığması üçün istifadə olunan cihazların üzərinə yerləşdirilən kameralar isə 3 gün dayanmadan işləyə bilir. Bu kameraların yaddaşı 16 GB həcmindədir.

 

DTX-nın Ağstafa İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı gizli kameranın icra başçısı Nizaməddin Quliyevin kreslosunun arxa hissəsinə yerləşdirildiyi sezilirdi. Neftçala İcra Hakimiyyətində baş tutan əməliyyatda isə gizli kamera icra başçısının kabinetinin tavanından çəkiliş apardığı aydın olur.

 

Ağstafa İcra Hakimiyyətində qurulan gizli kameranın yeri

 

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, gizli kameraların yerləşdirilməsi özü də bir əməliyyatın nəticəsidir: “Həmin kameraların otaqda hansı mövqedə yerləşdirilməsi elə də əhəmiyyət kəsb etmir. Əsas məsələ obyektin rüşvət almasını və ya digər qanunsuz hərəkətini müəyyən etməkdən ibarətdir. Hər dəfə də gizli çəkilişlərin daha təkmil olması diqqət çəkir. Əvvəlki videodan daha keyfiyyətli görüntülər var. 3 ay əvvəlki görüntülərdə icra başçısının rüşvət aldığı arxadan aparılan gizli çəkilişlə təsbit olunmuşdu. Sonrakı çəkilişdə isə icra başçısı rüşvət alır, pulu verəndən çox alanın üzü görünür. Sabah isə daha təkmil videolar görə bilərik”.

 

İlham İsmayıl deyir ki, gizli kameralar vasitəsi ilə əldə olunan görüntülər əməliyyat-istintaq tədbirləri üçün müstəsna əhəmiyyət kəsb edir: “Fikir verdinizsə gizli kameralarla aparılan çəkilişlər zamanı əldə olunan sübutlar dərhal digər sübutların da toplanmasına yol açdı. İcra başçısının eşşək ferması və digər obyektlər saxlamasını sübuta yetirən videolar da ortaya çıxdı. Gizli videolar ortaya çıxandan sonra müsahibə tipində videolar çəkilməsi və orada danışanların obyektin icra başçısına məxsusluğunu demələri də təsadüfi deyil. Adamlar bəlkə də əvvəllər belə fikirləri dillərinə gətirməzdilər, deməzdilər ki, filan yer icra başçısınındır. Amma ortada gizli videoçəkiliş varkən adamların da rahat danışmalarına yol açılır. Gizli videoçəkiliş cinayət əməllərinin təsbiti üçün zəruri əməliyyat tədbiridir və sonrakı istintaq tədbirləri üçün olduqca vacibdir” (musavat.com).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 Su kanalında batan ata və oğlunun meyiti tapılıb 6 Aprel 2020, 20:04 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32 Neftçalada 2 nəfər su kanalına düşüb 6 Aprel 2020, 18:28 Əli Hüseynli: “Beşinci kolon təmsilçilərinə təxribat törətməyə imkan verilməyəcək” 6 Aprel 2020, 18:24 “evdeqal.az” saytı istifadəyə verildi 6 Aprel 2020, 18:21 SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb 6 Aprel 2020, 18:17 Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE 6 Aprel 2020, 18:12 8103-lə bağlı ən çox verilən suallara CAVAB 6 Aprel 2020, 17:57 Neftçalada aztəminatlı ailələrə yardım edilib - FOTO 6 Aprel 2020, 17:52 Milli Teleradio Şurasına yeni sədr seçildi - Nuşirəvan Məhərrəmli kənarlaşdırıldı 6 Aprel 2020, 17:50 Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub 6 Aprel 2020, 17:46 İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib 6 Aprel 2020, 17:40 Koronavirus həm də 3-cü Dünya Müharibəsini BAŞLADIB 6 Aprel 2020, 17:35 Əfv Komissiyasının üzvü: “Prezident sərəncamı yaşlı məhkumların izolyasiyası üçün verdi” 6 Aprel 2020, 17:30 Milli Qəhrəmanlarımız evdə qala bilirmi? - “Xəstəxanaya getmək üçün SMS-lə icazə aldım” 6 Aprel 2020, 17:26 İlham Əliyev yaşlı qadın məhbusları da əfv etdi - ADLAR 6 Aprel 2020, 17:20 İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar AÇIQLANDI 6 Aprel 2020, 17:13 Dağlıq Qarabağda seçkilər yalnız bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər - XİN 6 Aprel 2020, 17:07 “MTN-çi general” Sübahir Qurbanov da əfv OLUNDU 6 Aprel 2020, 17:00 İlham Əliyev Akif Çovdarovu ƏFV ETDİ 6 Aprel 2020, 16:55