Modern.az

Tələbə köçürmələrinin nəticələri AÇIQLANDI

Tələbə köçürmələrinin nəticələri AÇIQLANDI

Təhsil

26 Fevral 2020, 15:38

2019-2020-ci tədris ili üçün tələbələrin köçürülməsinin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun APA-ya verdiyi məlumata görə, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. Tələbə köçürülmələrinə dair geniş məlumat sabah açıqlanacaq.

 

Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün tələləbərin köçürülməsi prosesinə başlanılıb. Fevralın 7-dək davam edən elektron sənəd qəbulu zamanı ümumilikdə 3083 müraciət qeydə alınıb. Ali təhsil müəssisələrindən köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edənlərin sayı 2668 nəfər, orta ixtisas təhsil müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 415 nəfər təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır