Modern.az

Gürcüstan-Azərbaycan sərhədində 2 İran vətəndaşı Gürcüstana buraxılmadı - RƏSMİ

Gürcüstan-Azərbaycan sərhədində 2 İran vətəndaşı Gürcüstana buraxılmadı - RƏSMİ

27 Fevral 2020, 12:14

"Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb. 

 

Bildirilib ki, gömrük-sərhəd keçid məntəqəsindən istifadə edən bütün şəxslər koronavirus təhlükəsi ilə əlaqədar yoxlanılır, yüksək bədən temperaturu müşahidə edilən vətəndaşlara isə Gürcüstan ərazisinə daxil olmağa icazə verilmir.

 

Yoxlamalar zamanı gömrük-sərhəd keçid məntəqəsindən iki İran vətəndaşı Gürcüstana buraxılmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi