Arxiv
27 Fevral 2020, 13:17 | AKTUAL
AQTA-dan koronavirusdan qorunmaq üçün zəruri TÖVSİYƏLƏR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn  COVID-19 virusu dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. İlk yoluxan insanlara xəstəliyin birbaşa heyvan mənşəli qidalardan  keçdiyi müəyyən olunub.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Modern.az-a verilən məlumata görə, xəstəliyin törətdiyi virusun heyvan mənşəli məhsullar vasitəsi ilə yayılma ehtimalı nəzərə alınaraq vətəndaşların qida məhsulları ilə davranışı, bişirmə (56 °C və ya daha yuxarı temperaturda bişirmək, yaxud termik emaldan keçirmək)  və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir. 

 

Qidalanma zamanı nələrə diqqət etməli?  

 

Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərə qarşı müqavimətini artırmaq  üçün immunitetin güclü olması çox vacibdir. İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var.  Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sink daxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə - tərəvəzlərdə, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini: sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, brüssel kələmi, gül kələm, manqo, noxud və pomidorda, D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan, zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6 vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıqda mövcuddur.

 

Sadalanan bu qida məhsullarının qəbulu ilə yanaşı, gündəlik qidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıra amillərdən qaçınmaqla da orqanizmimizi təhlükələrdən qoruya bilərik. Həmin amillər: xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə, xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, az hərəkətli həyat tərzi, artıq çəki, siqaret, spirtli içki faktorlarıdır.

 

Qida yolu ilə yoluxan xəstəliklərin qarşısını necə almalı? 

 

İstehlak etdiyimiz qida ilə davranma, bişirmə və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması çox vacibdir. Xəstəliyə səbəb ola biləcək zərərli bakteriyaları biz görə bilmirik. Unutmaq olmaz ki, istənilən qida məhsulu özü ilə mikroorqanizmləri daşıya bilir. Qidaları hazırlayarkən, bişirərkən xüsusilə çiy əti hazırlayarkən əllər, istifadə olunan qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdr. Meyvə və tərəvəzlər xüsusi həssaslıqla təmizlənməlidir. Qidalar lazımi temperaturda bişirilməli  və saxlanmalıdır. Bişirildikdən sonra isə otaq şəraitində saxlanmamalı,  dərhal soyudulmalıdır. Çarpaz çirklənməyə yol verilməməlidir. Məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır. Mətbəx mütəmadi olaraq təmizlənməli və  dezinfeksiya edilməlidir. 

 

Alış-veriş zamanı nələrə diqqət etməli?

1. Qida məhsullarının alış-verişi zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması üçün əvvəlcə tez xarab olmayan məhsulları seçmək və onları yerləşdirdikdən sonra soyudulmuş və ya dondurulmuş qida məhsullarını almaq lazımdır.

2. Qablaşdırılması pozulmuş  ət və ya quş əti məhsullarını seçmək tövsiyə olunmur.

3. İstifadə müddəti bitmiş qida məhsullarını almaq və ya istehlak etmək yolverilməzdir.

 

Qida məhsullarını necə saxlamalı?

 

Tez xarab olan qida məhsulları 2 saat ərzində, temperatur 32 ºC-dən yuxarı olduqda isə 1 saat ərzində soyudulmalıdır. Soyuducu 4.4 ºC-də və ya daha aşağı, dondurucu isə -17.7 ºC-də və ya daha aşağı temperaturda olmalıdır.

 

Təzə quş əti, balıq, çəkilmiş ət 2 gün ərzində bişirilməli və ya dondurmalı, dana, quzu əti isə 3-5 gün ərzində bişirilməli və ya dondurmalıdır. Tez xarab olan qida məhsullarının, məsələn, ət və quş ətinin keyfiyyətinı qorumaq, həm də onların şirələrinin digər qida məhsullarına keçməməsi üçün onlar etibarlı şəkildə qablaşdırılmalıdır.

 

Konservləşdirilmiş qidalar donma temperaturuna və ya yüksək temperaturlara məruz qalmamalıdır. Bükülmüş, paslanmış və ya şişmiş konserv qabları dərhal atılmalıdır. 

 

AQTA  yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün vətəndaşları  qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə, eyni zamanda  bu cür xəstəliklərlə bağlı yalnız rəsmi orqanların məlumatlarına etibar etməyə  çağırır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rüştü Rəcbərin vəziyyəti kritikdi – koronavirusa görə 31 mart 2020, 17:08 Ölkəmizdə koronavirusa doğru pik gediş var - Deputatdan ÇAĞIRIŞ 31 mart 2020, 16:52 Metronun fəaliyyəti tam DAYANDIRILIR 31 mart 2020, 16:46 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM 31 mart 2020, 16:42 Parlamentin komitəsi onlayn iclas keçirdi 31 mart 2020, 16:41 Bu ölkədə “koronavirus” sözü qadağan edildi 31 mart 2020, 16:38 Vətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - Prezident 31 mart 2020, 16:32 “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edildi 31 mart 2020, 16:26 İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Prezident Mikayıl Cabbarovu qəbul etdi 31 mart 2020, 15:50 Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR 31 mart 2020, 15:45 Goranboyda 68 tənha ahıl ailəyə ərzaq paylanılıb 31 mart 2020, 15:40 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08 Koronavirusa yoluxmama ümidi ilə... 31 mart 2020, 15:01 BMU-da tədrisin onlayn təşkilinin ilkin nəticələri müzakirə olunub 31 mart 2020, 14:56 İcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDI 31 mart 2020, 14:50 Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI 31 mart 2020, 14:45 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib 31 mart 2020, 14:38 Mətbuat Şurası jurnalistlərə xüsusi rejimlə bağlı TÖVSİYƏLƏR VERDİ 31 mart 2020, 14:32 “Burda da əvvəl virusu ciddiyə alan yox idi” - Norveçdə yaşayan azərbaycanlı jurnalistlə #evdəqal SÖHBƏTİ 31 mart 2020, 14:26 Millət vəkili: “Atılan addımlar yaxın gələcəkdə səmərə verəcək”   31 mart 2020, 14:26 Rusiyada karantin şərtlərini pozanlar həbs OLUNACAQ 31 mart 2020, 14:22 DİN:  Zərurət olmadan şəxsi avtomobildən istifadə etməyin” 31 mart 2020, 14:19 “NEON MMC” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı 31 mart 2020, 14:12 Hamilə qadınlara koronavirusla bağlı GİNEKOLOQ tövsiyəsi - VACİB   31 mart 2020, 14:06 Aprelin ilk günü üçün HAVA PROQNOZU 31 mart 2020, 14:00 Azərbaycandan Qarabağda keçirilən qondarma "seçkilərə" ETİRAZ BƏYANATI 31 mart 2020, 13:54