Modern.az

\"Azərişıq\" sayğaclara müdaxilə halları aşkarladı

\

27 Fevral 2020, 16:11

Bir sıra abunəçilər qanunsuz olaraq elektrik ölçmə cihazlarına müdaxilə edirlər.

 

Modern.az-ın məlumatına görə, bunu “Azərişıq” ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

 

Onun sözlərinə görə, bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir: "Belə hallar əsasən fərdi yaşayış evləri və müəssisələrdə qeydə alınır. Bunu edən abunəçilərə qarşı Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Son 1 ildə quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq".

 

Qurum rəsmisi deyib ki, son 5 ildə ölkədə 1,2 milyon yeni sayğac quraşdırılıb: “Bundan sonra 1 milyona yaxın istismar müddəti keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçiriləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?