Modern.az

Meyitin üzərində zorakılıq əlamətləri yoxdur - Şəki prokurorluğu

Meyitin üzərində zorakılıq əlamətləri yoxdur - Şəki prokurorluğu

Aktual

28 Fevral 2020, 12:35

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Y.Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Şəki rayon prokurorluğunun  yaydığı məlumatda bildirilir.

 

Qeyd olunub ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur:

 

"Belə ki, yanvarın 25-də saat 02 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.

Yusif Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.

Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib".

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir